Azərbaycan döVLƏt neft və SƏnaye universiteti Fakültə qnmf kafedra: Neftin, qazın nəqli və saxlanması İxtisas: 050607 Qrup: 221. 18 Kurs



Yüklə 0,96 Mb.
səhifə11/11
tarix18.11.2022
ölçüsü0,96 Mb.
#69759
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10   11
xtisas 050607 Qrup 221. 18 Kurs

Şəkil 2.5 Alçaq təzyiqli trap

  • 1,2-yönəldicilər;

  • 3-qaz borusu;

  • 4-quyu məhsulunun daxil olduğu yer;

  • 5-nov;

  • 6-qumdöyən;

  • 7-qoruyucu klapan;

  • 8-çıxış borusu;

  • 9-səviyyəni tənzim edən üzgəc;

  • 10-giriş;

  • 11-təzyiqin tənzimləyicisi;

  • 12-klapan;

  • 13-neft üçün çıxış xətti;

  • 14-qızdırıcı boru;

  • 15-siyirtməli çıxış borusu;

  • 16-metal altlıq.

Şübhəsiz trapda ayrılan qazın miqdarı trapdakı təzyiqdən asılıdır. Təzyiq az olduqca daha çox qaz ayrılar. Trapdakı təzyiq, ondan sonra qazın harada işlədiləcəyindən də asılıdır; yüksək təzyiqli qaz kəmər vasitəsilə uzaq yerə göndərilə bilər, həmçinin ondan sıxılmış qazdan başqa (kompressor) quyularda maye çıxarmaq üçün işlək qaz kimi də istifadə etmək olar.
Trapda qazın bir hissəsi ayrılmayıb neftdə həll olmuş halda qalır və yalnız nisbətən alçaq təzyiqdə ayrıla bilər; belə halda qazı daha yaxşı ayırmaq üçün çoxpilləli separasiya tətbiq olunur, yəni qaz əvvəlcə yüksək təzyiq altında (yüksək təzyiqli trapda) ayrılır, sonra bu trapdan çıxan neft orta və alçaq təzyiqli trapa göndərilir.
Fontan trapı bir və bəzən bir neçə quyunun birlikdə hasilatını ayırır.
Şəkil 2.5-də mədənlərdə geniş yayılmış traplardan alçaq təzyiqli TQ-1400-6 trapın sxemi göstərilmişdir.
Quyunun məhsulu trapın gövdəsinə yanakı birləşdirilmiş 4″ boru ilə (4) daxil olur. Axını yönəltmək üçün novabənzər hissə (5) vardır. Qum, gövdəni yeməsin deyə divara xüsusi qumdöyən (6) qaynaqlanmışdır.
Trapda qazı lazımı istiqamətdə hərəkət etdirmək üçün yönəldicilər (1 və 2) qurulur; qaz onların yanından qaz borusuna (3) keçir. Bu boruya yandan (8) qoruyucu klapan (7) bağlanmışdır.
Trapı təmizləyə bilmək üçün giriş (10) vardır, digər atqı xətti isə (15) trapdakı qumu və lehməni yuyub təmizləmək üçündür. Trapın gövdəsi metal altlıq (16) üzərində qurulur.
Trap belə işləyir. Qazlı maye qarışığı quyudan boru (4) vasitəsilə trapa daxil olub, novdan (5) keçir; mərkəzdənqaçma qüvvəsinin təsiri altında neft trapın divarları ilə axır və öz ağırlığı ilə aşağı süzülüb atqı xəttinə (13) keçir, qaz isə trapın mərkəzi hissəsi ilə yuxarı qalxır və yönəldicilərin (1 və 2) yanından keçərək qaz borusuna daxil olur.
Trapın neft xəttində (13) səviyyəni tənzim edən klapan qurulur; bu klapan səviyyəni tənzim edən üzgəc vasitəsilə idarə olunur. Üzgəc trapda mayeni avtomatik surətdə həmişə eyni səviyyədə saxlayır ki, bu da qazın neft xəttinə və neftin qaz xəttinə keçməsinin qarşısını almış olur.
Gövdənin aşağasında, lazım gələndə, mayeni qızdırmaq üçün boru (14) quraşdırılmışdır.
Neftölçən şüşədən istifadə edərək quyunun gündəlik hasilatını bilmək olar. Trapın diametri 1,4 m, hündürlüyü 4,5 m-dir. Trap 6 atm təzyiqə hesablanmışdır.Trap səviyyəni və təzyiqi tənzim edən avtomatik cihazlarla avtomatik olaraq işləyir.


Nəticə
“Fontan istismar üsulunda mayenin yer səthinə qaldırılması şərtləri” adlı kurs işi iki fəsildən ibarətdir.
Fəsil 1-də Quyuların istismar üsulları, quyuların fontan vurmasının əsasları, fontan quyusu qaldırıcısının seçilməsi, fontan quyusu iş rejminin təyini və tənzimi haqqında bəhs olunub.
Fəsil 2-də Fontan armaturu, ştuserlər, trap haqqında bəhs olunub.


Ədəbiyyat siyahısı

  1. A.X.Mirzəcanzadə, M.Ə.İskəndərov, M.Ə.Abdullayev, R.Q.Ağayev, S.M.Əliyev, Ə.C.Əmirov, Ə.F.Qasımov “ Neft və qaz yataqlarinin istismari və işlənilməsi”

  2. Ç.Abbasov, L.Məlik-Aslanov “Neft yataqlarının istismarı”

  3. T.Ş.Salavatov, B.A.Osmanov “Quyuların məhsuldarlığının artırılması üsulları”

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin