Azərbaycan döVLƏt neft və SƏnaye universiteti Fakültə qnmf kafedra: Neftin, qazın nəqli və saxlanması İxtisas: 050607 Qrup: 221. 18 Kurs



Yüklə 0,96 Mb.
səhifə7/11
tarix18.11.2022
ölçüsü0,96 Mb.
#69759
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10   11
xtisas 050607 Qrup 221. 18 Kurs

Şəkil 2.1 Fontan armaturları
Fontanın optimal rejimdə vurması, lay enerjisindən istifadəni tənzim etmək üçün quyu ağzında hər hansı bir vasitə ilə əks təzyiq yaratmaq lazım gəlir. Deməli, fontan quyusunun ağzındakı avadanlıq atqı xəttində istənilən əks təzyiqi yaratmağa, o cümlədən quyunu bağlamağa imkan verməlidir.
Bundan başqa quyuağzı avadanlığı boru arxasındakı, atqı xəttindəki təzyiqləri ölçməyə, həmçinin lazım gələrsə, quyuya qaz və ya maye vurmağa imkan verməlidir.
Fontan armaturu adlandırılan quyuağzı avadanlıq bütün bu deyilənləri həyata keçirməyə, habelə fontan quyusunun işinə hər cür nəzarət yetirməyə imkan verir.
Fontan armaturunu seçərkən əsas etibarilə aşağıdakılar nəzərdə tutulur:

  1. Qazın, yaxud qazlı mayenin armaturda gözlənilən təzyiqi;

  2. Qumun miqdarı və onun armaturdakı sürəti;

  3. Fontanın xüsusiyyəti.

Avadanlıq başlıca olaraq qazın və qazlı neftin gozlənilən təzyiqinə əsasən seçilir. Atqı xəttindəki təzyiq dib təzyiqindən - qazlı maye sütununun təzyiqi ilə sürtünməyə sərf olunan təzyiq düşküsünün cəmi qədər az olur; quyu bağlı olanda atqı xəttində təzyiq sürtünməyə sərf olunan təzyiq itkisi qədər artır. Əgər quyu, məsələn, yatağın qaz papağı hissəsinə düşmüşsə, onda quyunu bağlayan zaman atqı xəttində təzyiq təqribən quyudibi təzyiqinə yaxın olur. Ümumiyyətlə quyudibinə neft sərbəst qazla birlikdə daxil olursa, fontan armaturuna təsir edən təzyiq təqribən quyudibi təzyiqinə bərabər götürülür.
Neft yataqları müxtəlif dərinlikdə yerləşdiyindən, lay təzyiqi, həmçinin fontan armaturuna təsir edəcək təzyiq də müxtəlif olur. Buna görə fontan armaturları müxtəlif təzyiqlər üçün bir neçə tip hazırlanır. Hazırda fontan armaturları aşağıdakı təzyiqlərə müvafiq olaraq hazırlanır:

  1. Sınaq təzyiqi-75 atm, işlək təzyiq-40 atm (AF-75);

  2. Sınaq təzyiqi-150 atm, işlək təzyiq-75 atm (AF-150);

  3. Sınaq təzyiqi-250 atm, işlək təzyiq-125 atm (AF-250).

Bundan başqa 400 atm sınaq təzyiqinə, 200 atm işlək təzyiqə və 600 atm sınaq təzyiqinə, 300 atm işlək təzyiqə hesablanmış fontan armaturları da hazırlanır. İşlək təzyiq dedikdə, fontan quyusunun ağzında gözlənilən ən böyük təzyiq nəzərdə tutulur. Zavodda quraşdırılmış armatur su ilə preslənərək, işlək təzyiqdən 1,5-2 dəfə artıq təzyiq altında sınanılır. Bu təzyiqə sınaq təzyiqi deyilir.
Fontan armaturları bir-birindən aşağıdakı səbəblərə görə fərqlənir:

  1. Birləşmənin tipinə görə - flans və yivli birləşməli armatur. Yivli birləşməli fontan armaturunun ayrı-ayrı hissələrini dəyişdirmək mədən şəraitində xeyli çətin olduğundan hazırda onlar az tətbiq edilir;

  2. Fontan borularının cərgələrinin sayına görə bircərgəli və ikicərgəli armatur;

  3. Atqı xətlərinin quruluşuna görə - üçboğaz və dördboğaz (xaçvarı) tipli fontan armaturları;

  4. İçərisində maye keçən hissənin diametrinə görə 4″ və 2″ armaturlar.

Yuxarıda dediyimiz fərqlənmələrə görə fontan armaturları, məsələn, belə işarələnir: 1AFK2½″-40, yaxud 2AFT-4″-75. Burada birinci rəqəm fontan borusunun necə cərgəli olduğunu bildirir (1, yaxud 2 cərgəli); AF işarəsi fontan armaturu sözünü bildirir; atqısı üçboğaz olan armaturu T hərfi (rus dilindəki troynik sözünün birinci hərfidir), dördboğaz, yaxud xaçvarı atqılı fontan armaturunu K hərfi (bu rus dilindəki krestovıy sözünün ilk hərfidir); bunun ardınca gələn rəqəm isə mayeyə keçən hissənin diametrini (2″, yaxud 4″) bildirir; nəhayət sonuncu rəqəm işlək təzyiqi bildirir.
Fontan armaturu üç əsas hissədən ibarətdir:

  1. Kəmər başlığı;

  2. Boru başlığı;

  3. Fontan yolkası.


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin