Azərbaycan döVLƏt neft və SƏnaye universiteti Fakültə qnmf kafedra: Neftin, qazın nəqli və saxlanması İxtisas: 050607 Qrup: 221. 18 Kurs


Fəsil I Quyuların fontan üsulu ilə istismarı



Yüklə 0,96 Mb.
səhifə3/11
tarix18.11.2022
ölçüsü0,96 Mb.
#69759
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10   11
xtisas 050607 Qrup 221. 18 Kurs

Fəsil I
Quyuların fontan üsulu ilə istismarı


1.1 Quyuların istismar üsulları

Quyuların istismarı neft mədənlərində üç dövr müşahidə edilir.


Birinci dövr onun fontan vurmasıdır. Bu dövrdə neft laydan quyuya daxil olaraq layın təbii enerjisi, kənarsuların yaratdığı basqı qüvvəsi və ya laydakı sıxılmış qazın enerjisi hesabına yer səthinə qalxır.
Bundan sonra quyu həyatın ikinci dövrünə keçir . Yəni kompressor vasitəsilə sıxılmış hava və qazın vurulması. Quyuya vurulan sıxılmış hava və ya qaz nefti yer səthinə qal dırır . Kompressor istismar dövrü fontan dövründən bir qədər çox davam edir. Quyunu kompressor üsulu ilə istismar etdikcə lay enerjisi azalır, və elə bir hala çatır ki, bu enerji nefti ancaq quyu dibinə yönəldir və quyuda çox az hündürlüyə qaldıra bilir . Bu neftləri yerin səthinə qaldımaq üçün quyunun üçüncü dövrü başlanır. Quyuları dərinlik nasosu ilə istismar dövrü başlanır. Bu dövrdə quyudan nefti ora endirilən nasoslarla (bunlara dərinlik nasosu deyilir) çıxardılır. Quyunun həyatında bu dövr uzun müddət 15-20 il davam edə bilir . Ancaq bu dövrdə quyunun gündəlik məhsuldarlığı az olur . Neft quyularının əsas istismar üsulları bunlardır:

Şəkil 1.1 Quyuların əsas istismar üsulları
Son dövrlərdə quyuların təkrar istismar edilməsi geniş yayılmışdır . Təkrar neft çıxartma üsullarından sənayedə ən çox tətbiq ediləni , laydakı neft qalığını istismar quyusunun dibinə endirmək məqsədilə xüsusi qazılmış quyudan yatağa su , qaz, sıxılmış hava və isti neft vurmaqla istifadə edilir.

1.2 Quyuların fontan vurmasının əsasları

Quyuların istismarı zamanı laydan maye ilə qaz, yaxud təkcə qaz çıxarılır. Laydakı neftdə, adətən, müəyyən miqdarda qaz həll olur ki, bu da istər layda, istərsə də quyuda neftin hərəkəti zamanı təzyiqin düşməsi nəticəsində qismən neftdən ayrılır. Həmin qaz təzyiq altında olduğundan müəyyən enerjiyə malik olur. Laydan quyuya içərisində qaz həll olmuş neft ilə yanaşı sərbəst qaz da gəlir; bu, şübhəsiz quyudibi təzyiqinin qazın neftdə tam həllolma təzyiqindən az olduğu hala aiddir. Sərbəst qaz da təzyiq altında olduğundan müəyyən enerjiyə malikdir.


Neft yataqlarının işlənmə proseslərinin ən məhsuldar dövrü fontan istismar üsulu ilə istismarıdır. Quyuların fontan vurması əsasən yeni açılmış yataqlarda baş verir. Bu zaman layın enerji ehtiyatı böyük olur. Yəni quyu dibində olan təzyiq maye sütununun hidrostatik təzyiqi, quyu ağzında əks təzyiq və mayenin hərəkəti ilə bağlı olan sürtünmə qüvvəsinin dəf edilməsinə sərf olunan təzyiqi üstələyir. Yəni:

Fontan istismar üsulunda iki təbii enerji mənbəyi vardır:

  1. layın hidrostatik təzyiqi;

  2. lay qazının potensial enerjisi.

Layda və quyuda qazlı mayenin hərəkət qanunları başqa-başqa olduğuna baxmayaraq, qərarlaşmış axında hər iki hərəkət tənliyində mayenin və qazın sərfi eyni və quyudibi təzyiq qaldırıcının başmağındakı təzyiqə bərabər olmalıdır (qaldırıcının quyudibinədək endirildiyi nəzərdə tutulur). “Lay-qaldırıcı” hidrodinamik sistemın bir üzvünün işində dəyişiklik olan kimi, bu dəyişiklik o biri üzvün də işinə təsir göstərir və bu təsir, qərarlaşmış axın əmələ gələnədək davam edəcəkdir.
Fontan zamanı neftdən qazın ayrılması nəticəsində neft və mayenin xüsusi çəkisi dəyişəcəkdir. Bunu nəzərə almaq və hesablamanın dəqiqliyini artırmaq üçün yuxarıdakı düsturlarda neftin və qazın xüsusi çəkisinin orta qiymətini yazmaq lazımdır.
Qazın enerjisi bir sıra hallarda neftin quyudan yerin üstünə çıxarılması, yəni quyunun fontan vurması üçün istifadə olunur. Laydan quyunun dibinə hər bir ton neftlə daxil olan enerji:
Wq=104 ( +Q0p0ln )
ifadəsi ilə tapılır.
Burada pq-quzudibi təzyiqi, atm ilə;
p0— atmosfer təzyiqi (p0=1 atm);
γ—mayenin xüsusi çəkisi, kq/m3 ilə;
Q0—atmosfer təzyqindəki qaz amili, m 3 /t ilə.


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin