Azərbaycan döVLƏt neft və SƏnaye universiteti «Geoloji-kəşfiyyat» fakültəsi 050602 – “Geologiya mühəndisliyi” ixtisası


Vallar, kristallik bünövrənin mühüm tektonik tikişləri boyu yaranan az meyilli platforma qalxımları zənciridir. Fleksuralar



Yüklə 256,5 Kb.
səhifə3/22
tarix02.01.2022
ölçüsü256,5 Kb.
#39118
1   2   3   4   5   6   7   8   9   ...   22
NEFTLİ-QAZLI ƏRAZİLƏRİN RAYONLAŞDIRILMASI

Vallar, kristallik bünövrənin mühüm tektonik tikişləri boyu yaranan az meyilli platforma qalxımları zənciridir.

Fleksuralar –bünövrənin qayma (iri parçalar)pozulmalarının əksidir (Rus plitəsində Jiquli fleksurası).

Antklizləri və sineklizləri bəzən ikinci dərəcəli formalar adlandırırlar. Onların yamacları, adətən, üçüncü dərəcəli tektonik formalarla – vallar və fleksuralarla mürəkkəbləşir. Vallar kristallik bünövrənin mühüm tikişləri boyu yaranan az meylli platforma qalxımları zəncirləridir.

Perikraton çökəkliklər – müəyyən cəhətdən sineklizlərə oxşasa da onlardan fərqlənir. Perikraton çökəkliklər plitələrin geniş sahələri olub, bünövrənin çox dərində yerləşən hissələridir (5-6 km, hətta 10-15 km) və həm də uzun inkişaf yolu keçir. Bu tip strukturlar platformanın kənarı boyu xətti uzanmış olur. Bu strukturlarda (çökmə örtükdə) duzlu və molass formasiyaları geniş yayıla bilər (Rus plitəsində Xəzər qarşısı perikraton çökəkliyi, Sibir platformasında Anqara –Lena çökəkliyi və s. ).

Dördüncü dərəcəli tektonik formalar plakantiklinallar (platforma əyalətlərin qırışıqlarıdır. Bu strukturların qanadları son dərəcə az meylli olur) və duz gümbəzləridir. Bunlar anteklizlərin, sineklizlərin və valların quruluşunu mürəkkəbləşdirir. Bir qayda olaraq, onların struktur planları dərinliyə getdikcə dəyişir.



Yüklə 256,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin