Mikroplitə, seqment və bloklar iri plitələrin müxtəlif ölçüdə qopmuş ayrı-ayrı hissələrinə deyilir. Mikroplitə iri plitələrdən ayrılmış və əvvəldən konsolidə olunmuş platformaya bənzər parçadır. Subduksiya olduqda enməyə məruz qalır və çöküntü qatı toplanmağa başlayır. Çöküntü qatının qalınlığı müxtəlif olur. Məsələn, Şimali Qafqaz, Zaqafqaziya mikroplitələn. Seqment və bloklar dərinlik qırılmaları nəticəsində makro və ya mikroplifələrdan qopmuş konsolidə olunmuş iri qeyri-bərabər parçalardır. Onlar dərinlik qırılmalarının sonrakı inkişaf mərhələsindən asılı olaraq bir-birindən çöküntülərin toplanma intensivliyinə və xarakterinə görə fərqlənir. Məsələn, Zaqafqaziya mikroplitasında əmələ gəlmiş Kür və Cənubi Xəzər seqmentləri və onlarda da sonradan əmələ gəlmiş ayn-ayn bloklar geodinamik və geotektonik şəraitdən asılı olaraq müxtəlif cür inkişaf etmişdir. Cənubi Xəzər seqmenti Hersin və Alp tektogenezlərində enmə xarakterli olduğu halda, Kür seqmenti yalnız Alp tektogenezində enmə xarakterli olmuşdur. Ona görə də Cənubi Xəzər seqmentində çöküntü qatının qalınlığı təxminən 20-25 km olmuşdur. Kür çökəkliyində isə bu rəqəm 15-18 km- dən artıq deyildir.
Əgər bu iki seqmentə bloklar nöqteyi-nəzərdən baxsaq: onda yenə də qalınlıqlara görə müəyyən diferensiasiya müşahidə olunacaqdır.
Çox güman ki, irsi və inversion geostruktur elementlərin əsasınıı yuxarıda haqqında danışdığımız tektonik parçalar təşkil edir. Daha doğrusu, müasir geostruktur elementlər həmin parçaların çöküntülərindəki inikasıdır.
Dostları ilə paylaş: |