PLATFORMALARIN VƏ QIRIŞIQLIQ ƏYALƏTLƏRIN
HƏMSƏRHƏD STRUKTURLARI
Platformaların və geosinklinal əyalətlərin qarşılıqlı əlaqələri, adətən, üç tektonik forma ilə ifadə olunur: a) kənar tikişlər; b) kənar çökəkliklər; c) kənar vulkanik qurşaqlar.
Kənar tikişlər, geosinklinal əyalətlə platformanın böyük çıxıntısının (qalxanının) sərhəddində meydana gəlir və dərin tektonik yarıqların ensiz, dar zonası kimi əzünü göstərir. Bu tektonik yarıqlar yer qabığının yüz kilometrlərlə dərinliyinə gedir. Kənar tikişə Ən yaxşı misal, Rus platformasının Baltik qalxanı və Norveç kaledonidləri arasında mövcud olan tikişdir.
Dostları ilə paylaş: |