Azərbaycan döVLƏt neft və SƏnaye universiteti «Geoloji-kəşfiyyat» fakültəsi 050602 – “Geologiya mühəndisliyi” ixtisası


Neft –qaztoplanma proseslərinə nəzarət edən geostruktur elementlər



Yüklə 256,5 Kb.
səhifə11/22
tarix02.01.2022
ölçüsü256,5 Kb.
#39118
1   ...   7   8   9   10   11   12   13   14   ...   22
NEFTLİ-QAZLI ƏRAZİLƏRİN RAYONLAŞDIRILMASI

Neft –qaztoplanma proseslərinə nəzarət edən geostruktur elementlər
Yer qabığında geostruktur elementlərin təsnifatı bir neçə tədqiqiatçı tərəfindən Rus platforması timsalında aparılmışdır.

Struktur elementlərin təsnifatı zamanı onların eyni ölçülü olması və ierarxik tabeçiliyi yer təkində neftlilik–qazlılığın keyfiyyətcə və kəmiyyətcə qiymətləndirilməsində əsas şərtlərdəndir. Bu səbəbdən neftli –qazlı ərazilərə nəzarət edən struktur elementlərin ayrılması zamanı aşağıdakı əlamətlər nəzərə alınmalıdır: struktur elementlərin əmələgəlmə xüsusiyyətləri və geoloji inkişaf rejimi; onların eyni ölçülü olması və ierarxik tabeçiliyi; morfoloji xüsusiyyətləri

Cədvəldə litosferdə neft-qaztoplanma prosesinə nəzarət edən geostruktur, litoloji və stratiqrafik elementlərin sistemi göstərilmişdir (cədvəl 1).
Cədvəl 1

Element-lərin

sırası


Neft-geoloji

rayonlaşdır-

ma vahidləri


A. Platforma ərazilərinin

struktur elementləri



B. Qırışıqlıq və keçid ərazilərinin struktur elementlər







müsbət

mənfi

müsbət

mənfi

Böyük ərazilər

Neftli-qazlı əyalətlər birliyi

Platformalar

Geosinklinallar sistemi

I

Neftli-qazlı əyalətlər və subəyalətlər


Plitələr

Seqmentlər



Meqantiklinorium



Meqasikli-norium



Meqantik

lizlər


Meqasinek

lizlər


Kənarmeqa

Sineklizlər












Antiklizlər

Sineklizlər

(platforma-daxili)



Antiklinori-

umlar


Sinklinori-

umlar


Dağqarşısı

çökəkliklər sistemi vəkənar tikiş zonaları


II




Neftli –qazlı vilayətlər

Meqavallar

assosyasiyası



Avlakogenlər

(iri qrabenlər) və riftlər



Meqantikli-

nallar


Meqasikli-nallar

Aralıq massivlər

Dağarası çökəkliklər

Tağlı qalxımlar

Platformadaxili çökəkliklər




Köksüz çökəkliklər

Köksüz


çökəkliklər





Eninə

Eninə çökəkliklər

Rift sistemləri



Platformaların yamacları (regional monoklinallar)

III

Neft-qaztoplanma zonaları

Qalxımlar zonası (izometrik)






Antiklinallar assosiasiyası

Meqavallar

Vallar


Bloklu

qalxımlar



Horstvari qalxımlar

Qrabenvari çökəkliklər

Rif massivləri zonası




Regional yarıqlar zonası

Regional və dərinlik qırılmaları zonası

Rif massivləri

zonası








Struktur pillələr

Duz gümbəzləri strukturları




IV

Neft və qaz lokal yığımları

Lokal qalxımlar: antiklinallar və sadə quruluşlu gümbəzlər; antiklinallar və mürəkkəb quruluşlu gümbəzlər; duz gümbəzli strukturlar, rif massivləri; erozion paleoqalıqlar; lokal kristallik çıxışlarla

mürəkkəbləşmiş antiklinal strukturlar






Lokal qalxımlar: mürəkkəbləşmiş antiklinallar və braxiantiklinallar; mürəkkəb quruluşlu antiklinallar və braxiantiklinallar; duz gümbəzləri ilə mürəkkəbləşmiş antiklinallar; diapirizmlə mürəkkəbləşmiş antiklinallar; palçıq vulkanizmi

ilə mürəkkəbləşmiş antiklinallar















Qapalı olmayan strukturlar: struktur burun; fleksuralar

Qırılmalarla mürəkkəbləşmiş

monoklinallar




Rif massivləri





Hal-hazırda tədqiqatçılar qlobal tektonika baxımından okean və qitələrin, Dünya okeanı dibinin quruluşu, Yer litosferinin quruluşu, onun inkiaşf tarixi və s. bu kimi məsələləri öyrənirlər. Eyni zamanda litosfer plitələr nəzəriyyəsi müxəlif növ faydalı qazıntıların, o cümlədən neft və qaz yataqlarının yaranma qanunauyğunluqlarını, onların ən çox toplanması üçün əlverişli olan şəraitləri öyrənməyə və aşkar etməyə imkan verir. Bu baxımdan litosfer piltələr nəzəriyyəsinin işiəmnəsi nəinki böyük elmi və eləcə də təcrübi mahıyətə malikdir, çünki o axtarış-kəşfiyyat işlərini ən əlverişli olan istiqamətlərə cəhətiəndinuəyə və onların səmərəli kompleksini təyin etməyə imkan verir.

Axtarış-kəşfiyyat işlərinin səmərəli kompleksi geoloji, geofiziki, geokimyəvi üsui növlərinin və qazıma işlərinin elə bir düzümüdür ki, onların müəyyən ardıcıllıqla tətbiqi qoyulmuş məsələnin ən qası müddətdə, yüksək səmərəliliklə və ən az vəsait qoyuluşunu həll etmiş olsun.

Neft və qaz yığımlarının Yer qabığında regional paylanması xüsusiyyəti onların qlobai tektonik proseslər ilə əlaqədar olmasını göstərir. Bu şəbədən də liotosfer plitələr nəzəriyyəsinin öyrənilməsi və onun əsasında neft-qazəmələgəimə və neft-qaztoplanma qanunauyğunluqlarının öyrənilməsi neft-qazlılığın ən düzgün proqnozlaşdırılmasına imkan verir.

Son 25-30 ıl ərzində belə tədqiqatlar əsasmda Yer kürəsinə aid yeni təsəvvür formalaşmışdır və qlobai tektonikaya aid yeni təsəvvürlər yaranmışdır, yəni litosfer plitələr nəzəriyyəsi meydana gəlmişdir. XXəsrin 60-cı illərinin axırına kimi tədqiqatçıların əksəriyyəti Yeri sərti bir səma cismi, onun okean çökəkliklərini və qitələrini üfüqi mütəhərrikiiyə malik olmayan qlobai elementləri kımı qəbul edirdilər. Hal-hazırda isə əksər tədqiqatçılar hesab edir ki, yer qabığı daimi hərəkətdə olan müxtəlif ölçülü nəhəng litosfer plitələrdən ibarətdir. Plitələr dəfələrlə bir-biri ilə toqquşur, bölünür və yenidən bitişirlər. Belə hərəkətlər nəticəsində yeni okeanlar, dağlar yaranır, zəlzələ baş verir, vulkanlar püskürür, yeni geoloji strukturlar formalaşır və başqa təbii hadisələr baş verir. Bu elmi inqilab yeni nəzəriyyənin – litosfer plitələr nəzəriyyəsinin meydana gəlməsinə səbəb oldu.

Neftli-qazlı əyalətlərin geodinamikası kursunun məqsədi qlobal tektonika, yeni litosfer plitələr nəzəriyyəsi baxımından Yer qabığında neft və qazın əmələgəlmə şəraitini və onların yığımlarının paylanma qanunauyğunluqlarını öyrənməkdir. Bu məsələlərin həllində neftli-qazlı ərazilərin geodinamikası kursu ilk növbədə “Geodinamika”, “Geotektonika”, “Neft və qazın geologiyası” və bir sıra başqa elmlərə istinad edir.




Yüklə 256,5 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin