Vulkanik qurşaqlar – adətən cavan platformaların hissələrində və onu haşiyələyən cavan geosinklinalın sərhəddində yaranır.
Dərinlik yarıqları - Yer səthində dərinlik yarıqları pozulmaların, çatların gərginləşmə zonaları şəklində ifadə olunur, dərinliyə getdikcə isə vahid struktur tikişlə bitişir. V.Y.Xainin dediyinə görə dərinlik yarığı, başlıca olaraq, üç əsas əlamətlə səciyyələnir:1) böyük məsafələrə uzanması, fəal endogen proseslərin təzahürü və davamı; 2)Yerin və yer qabığının böyük dərinliklərinə qədər davam etməsi; 3) uzun müddətli və çoxfazalı inkişafa malik olması. V.Y.Xain dərinlik yarıqlarını aşağıdakı kateqoriyalara ayırır:
1)həddindən artıq böyük dərinliklərə davam edən yarıqlar (400-700 km dərinliklər); 2) orta dərinlikli yarıqlar. Bunlar astanosferi kəsərək 300 km dərinliyədək davam edir; 3) qabıqaltı dərinlik yarıqları (onlar üst mantiyaya daxil olur); 4) yer qabığı hüdudundə sönən dərinlik yarıqları.
LİTOSFERDƏ NEFT –QAZTOPLANMA PROSESİNƏ NƏZARƏT EDƏN GEOSTRUKTUR, LİTOLOJİ VƏ STRATİQRAFİK ELEMENTLƏR SİSTEMİ
Dostları ilə paylaş: |