Azərbaycan döVLƏt neft və SƏnaye universiteti «Geoloji-kəşfiyyat» fakültəsi 050602 – “Geologiya mühəndisliyi” ixtisası



Yüklə 256,5 Kb.
səhifə13/22
tarix02.01.2022
ölçüsü256,5 Kb.
#39118
1   ...   9   10   11   12   13   14   15   16   ...   22
NEFTLİ-QAZLI ƏRAZİLƏRİN RAYONLAŞDIRILMASI

A. Platforma n/q vilayətləri:

1. Tağlı qalxımlarla əlaqədar olanlar (Tatar, Başkir tağı);

2. Düz uzanmış qırışıq vallarla əlaqədar olanlar (Karpinski valı, Meqion meqavalı);

3. İzometrik çökəkliklərlə əlaqədar olanlar (Melekes-Abdulin, Murqab çökəkliyi);

4. Düz uzanmış (xətti) qrabenə bənzər çökəkliklər-ablakogenlər (Dnepr-Donetski, Reyn çökəkliyi).

B. Keçid zona (dağətəyi və kənar çökəkliklərlə əlaqədar olan) vilayətləri (Uralqarşısı, Qafqazqarşısı, Xəzəryanı və Meksika körfəzi ətrafı çökəkliklər.).

C. Qırışıqlıq zonalarda olan dağarası çökəkliklərlə əlaqəli n/q vilayətlər (Qafqazqarşısı çökəkliyi, Fərqanə çökəkliyi).

Neftli-qazlı vilayətlərin hüdudunda n/q zonalar ayrılır ki, bunlar da aşağıdakı strukturlarla əlaqədar ola bilər:



  1. platforma və keçid zonada yerləşən vallarla;

  2. qırışıqlıq zonalarda antiklinoriumlarla;

  3. Pazlaşma və litoloji dəyişmə zonaları ilə;

  4. Rif əmələgəlmələri ilə;

  5. Stratiqrafik uyğunsuzluğu ilə;

  6. Regional qırılmalar zonaları ilə;

  7. Tektonik çatlar zonaları ilə;

  8. Duz günbəzləri zonaları ilə;

  9. Basdırılmış qumlu əmələgəlmələrlə əlaqədar olan.

Bəzən vahid neft-qaz vilayətlərdə bir neçə genetik tipli n/q zonalara rast gəlmək olar.

Şelf akvatoriyaları iki əsas qrupa bölünür:

- qırışıqlıq qurşaqlarının şelfləri;

- platforma şelfləri.

Bu akvatoriyalarda kəşf olunan geostruktur elementlər qitə strukturlarından heç də fərqlənmir. Akvatoriyaları öyrənərkən nəzərdə tutmaq lazımdır ki, müasir relyefdə onlar sularla örtülmüş hetorogen quruluşlu çökəkliklər kimi görünür.

1940-cı illərin axırında İ.O.Brod tərəfindən neftli-qazlı əyalətlər haqqında vahid sedimentasıya hövzəsi kimi bir anlayış irəli sürülmüşdür. Bu fikir I.M,Qubkinin neftli-qazlı əyalətlər anlayışının məntiqi davamı və neft

meydana gəlməsi demək idi. Bu II istiqamətdə, yəni "HÖVZƏ" istiqamətində

tektonik quruluşunda çökəkliklərə məxsus olan neftli-qazlı hövzələr adlanan

qazlı hövzələr anlayışı ilə bağlı, neftli-qazlı ərazilərə aid və əsasını İ.O.Brod qoymuş, neftgeoloji raoynlaşdırmada "HÖVZƏ" istiqaməti inkiaşf etməyə başladı. Bu istiqamətin fərqləndirici xüsusiyyəti ondan ibarət idi ki, əgər neftli-qazlı "ƏYALƏTLƏR"-də karbohidrogenlərin akkumulyasiyası (toplanması)əsas götürylürdüsə, artıq neftli-qazlı "HÖVZƏ" anlayışında neft- qaz generasiyasına (əmələ gəlməsinə) də böyük diqqət yetirilirdi. Bu baxımdan neftli-qazlı "Hövzə" tərifinə İ.O. Brod labüd şərt kimi neft-qaz əmələ gətirən sahə anlayışını daxil etmişdir. İ.O.Brod kimi N.B.Vassoyeviçin də fikrincə neftli-qazlı hövzələr yer qabığının çökək, yəni depressiya hissəsinə aiddir və öz növbəsində həm neft-qaz əmələ gətirən, həm də neft-qaz toplanan hissələrdən ibarətdir. İ.V.Vassoveviçin fikrincə (1979) neftli-qazlı hövzə çökmə mənşəli bir geoloji cisim kimi formalaşdıqda orada karbohidrogenlərin əmələ gəlməsi, toplantılarının yaranması və müasir dövrə kimi saxlanması ilə müşayət edilir. Lakin neft-geoloji rayonlaşdırmanın "ƏYALƏT" tərəfdarlarının fikrincə "HÖVZƏ" başqa sözlə "ÇÖKƏKLİK", "DEPRESSİYA" yaxud "MULDA", yəni mənfi işarəli struktur element deməkdir. Bu baxımdan “HÖVZƏ” prinsipi əsasında neft-geoloji rayonlaşdırma apanıldıqda müxtəlif geoloji quruluşa malik neftli-qazlı ərazilərin yalnız bir qrupu, yəni çökəkiıklərə məxsus olanları əhatə edilmiş olur (Ə.Ə,Bəkirov, 1974). Beləliklə, "HÖVZƏ" prinsipi əsasında neftgeoloji rayonlaşdırma çoxsaylı müxtəlif növ neftli-qazlı ərazilərdən yalnız bir qismi əhatğə edilmiş olur. Halbuki, neft-geoloji rayonlaşdmna bütün növ geostruktur elementlərə məxsus olan neftli-qazlı əraziləri əhatə etməlidir. Ə.Ə.Bəkırovun fikrincə bu şərti məhz onun İ.M.Qubkindən sonra inkişaf etdirdiyi neft-geoloji rayonlaşdırmanın "ƏYALƏT " prinsipi əsasında aparılması ödəyir.

Neftli-qazlı ərazilər haqqında "OCAQ" sitiqaməti 1971-ci ildən inkişaf etməyə başladı. Bu istiqamətin meydana gəlməsi həmin dövrdə yer təkınin neft-qazlılığının qiymətləndirilməsində tarixi-genetik üsulun işlənib hazırlanması ilə bağlı idi. Bu üsulun yaranması isə neft-əmələgəlmənin əsas zonası kimi fundamental (əsaslı) təsəvvürün meydana gəlməsi ilə bağlıdır. Bu istiqamətin əsas xüsusiyyəti ondan ibarətdir ki, karbohidrogenlərin əmələ gəlməsi amili yer təkinin neft-qazlılıq perspektivliyinin qiymətləndirilməsində əsas götürülür. Ərazinin neftliliyinin səciyyələndirilməsində bütün başqa amillər də öz mahiyyətini itirməmişlər, lakin onların təsiri neft əmələ gəlmənin yeri və vaxtı ilə müqayisə etməklə qiymətləndirilir. Bu ondan irəli gəlir ki, hal-hazırda neft-qaz əmələ gəlməyə konkret termobarik şəraitdə münasib çöküntü toplanma hövzəsini səciyyələndirən çox mərhələli bır proses kimi baxılır.

Neft-geoloji rayonlaşdırmanın "OCAQ" istiqamətində neftli-qazlı ərazilərin qiymətləndirilməsi əsasən üç qrup amilə görə aparılır. Bu amillər çökuntütoplanma hövzələrində neft qaz yığımlarının fonnalaşmasma nəzarət edirlər. Birinci qrupa statik amillər daxildir. Bu amillərdə bir-birindən fərqli neft-qaz əmələ gətirən qatların, kollektor və qeyri keçiricilərin xüsusiyyətləri, neft-qaz toplanma zonalarının növləri və onların daxilində olan tələlər övrənilir.

İkincisi təkamül qrupu amilləridir. Bura regionun neft-qaz əmələ gətirən və neft-qaz toplayan elementlərin əmələ gəlmə, formalaşma tarixi və onların zaman-məkan münasibətinə baxılır. Çünki çöküntü toplanma hövzəsinin neft- qazlılığı nəinki birinci qrup amiilərin müsbət olmasından, və eləcə də onların zaman və məkanda optimal uyğunlaşmasından asılıdır.

Üçüncü qrupa dinamiki amillər aiddir, yəni neft qaz əmələ gəlməyə, Kh-in miqrasiyasına nəzarət edən proseslər. Bu halda hövzə dibinin enmə intensivliyi, neft ana süxarların neft əmələ gəlməsinin əsas zonasını keçmə sürəti, istilik axınının miqdarı, çöküntü qatlarının maksimal isinməsinin yeri və zamanı, stress və başqa tetkonik gərginliklərin təsiri və istiqaməti nəzərə alınmalıdır.

İ.O.Brod və İ .A.Yeremenko da 1951-ci ildə qeyd etmişlər ki, neft-qaz əmələ gəlmə yer qabığının inkişafının bölünməz bir hissəsidir və onun hərəkəti prosesində baş verir.


Yüklə 256,5 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin