Ümumi müddəalar
Dağ-mədən sənayesinin respublika iqtisadiyyatında rolu. Faydalı qazıntı
yataqlarının xarakteri, dağ-mədən sənayesinin xammal bazası, ölkənin əsas dağ-mədən
istehsalı rayonları. Yerin təkinin və ətraf mühitin qorunması problemləri.
Mineral xammaldan kompleks istifadə. Qara, əlvan, nəcib metal filizlərinin, tikinti
materiallarının və digər faydalı qazıntıların işlənməsinin xüsusiyyətləri. Yataqların açıq
və yeraltı işlənmə üsulunun seçilməsinin əsas dağ-mədən işlərinin texnoloji
proseslərinin kompleks mexanikləşdirilməsinin və mədən müəssisəsinin idarə
olunmasının əmək məhsuldarlığının yüksəldilməsində rolu.
Əməyin mühafizəsi tədbirləri.
Dostları ilə paylaş: