Azərbaycan döVLƏt neft və SƏnaye universiteti


  Yatağın açılması və hazırlanması



Yüklə 212,52 Kb.
Pdf görüntüsü
səhifə4/12
tarix02.01.2022
ölçüsü212,52 Kb.
#44672
1   2   3   4   5   6   7   8   9   ...   12
2.  Yatağın açılması və hazırlanması 

 

Faydalı  qazıntı  yataqlarının  açılması  və  işlənməyə  hazırlanması.  Əsas  açılış  və 



hazırlıq  qazmalarının  yerləşmə  prinsipi.  Dağ-geoloji  şəraitin  yatağın  açılmasına  və 

hazırlanmasına təsiri. Havadəyişmənin və yük axınlarının sxemi. Filizin çıxarılmasının 

yan  süxurlarının  yerdəyişməsinə  (sürüşməsinə)  təsiri.  Qoruyucu  və  mühafizəedici 

bütövlərin  saxlanma  qaydası  və  dağ  qazmalarının  təsir  zonasının  sərhədləndirilməsi. 

Süxurların gərginlikli vəziyyətinin açılış və hazırlıq sxemlərinə təsiri. 

Yataqların  şaxta  lüləsi  ilə  açılma  xüsusiyyətləri.  Özüyeriyən  avadanlıqlardan 

istifadə etdikdə açılış və hazırlıq işlərinin xüsusiyyətləri. Yataqların qrup kverşlaqlar və 

konsentrasiya  horizontları  ilə  açılması  və  hazırlanmasının  tətbiq  şəraiti,  üstünlükləri. 

Hazırlıq  qazmalarının  filiz  daxilində  və  boş  süxurlarla  keçilməsinin  üstünlükləri  və 

çatışmamazlıqları.  Mədənin  sənaye  meydançası.  Binaların  ,  qurğuların    və  yolların 

yerləşdirilmə  prinsipi.  Mədən  sahəsi  üçün  torpaq  sahəsinin  formalaşdırılması  və 

sərhədləri. Yatağın açılmasının və hazırlanmasının müxtəlif variantlarının riyazi-iqtisadi 




üsullarla  təyini.  Yatağın  açılmasının  birinci  mərhələsinin  dərinliyinin  seçilməsi. 

Dərinlikdə  yerləşən  yataqların  açılmasının,  filizin  yer  səthinə  qaldırılmasının,  dağ 

təzyiqinin  özəllikləri,  rahat  iş  şəraitinin  yaradılması.  Layların  hazırlanmasında  qəfil 

tullamaların, dağ zərbəsinin və faydalı qazıntının öz-özünə yanmasının xüsusiyyətləri. 

Dünya  miqyasında  yataqların  açılması  və  hazırlanmasında  əsas  məsələlərin 

həllinin müasir vəziyyəti. 

 


Yüklə 212,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin