3. Dağ qazmaları və onların keçilmə üsulları
Açılış və hazırlıq qazmalarının forması, en kəsik ölçüləri və konstruksiyası.
Lüləyanı həyətdəki qazmalar. Dağ qazmalarının en kəsik sahəsinin hesabatının prinsipi.
Müxtəlif formalı qazmaların ətrafında yaranan gərginlikli vəziyyət. Qazmaların
bərkidilmə üsulları. Əhatə edən süxurlarla bağların qarşılıqlı təsiri. Kapital qazmaların
bərkidilmə üsullarının hesabatı. Şaxta lülələrinin, kapital horizontal qazmaların və
kamera qazmalarının keçilməsinin prinsipal sxemi və keçilmənin texniki-iqtisadi
göstəriciləri. Özüyeriyən avadanlıqlarla qazmaların keçilməsinin xüsusiyyətləri.
Qazmaların sürətlə keçilməsi üsulları. Qazıma və yükləyici maşınlarının
konstruksiyaları və texniki xarakteristikaları. Kombaynla qazmaların keçilməsi.
Yüksələn qazmaların keçilməsi. Geniş və dar diblərlə qazmaların keçilməsinin texnoloji
sxemləri. Qazmaların keçilməsində tətbiq edilən texnika və texnologiyaların müasir
inkişaf istiqamətləri.
Karyerlərdə açılış və kəsmə xəndəklərin keçilməsi. Nəqliyyatlı və nəqliyyatsız
keçilmə üsulları. Xəndəklərin mailliyinin və parametrlərinin təyini. Xəndəklərin
keçilməsi üçün avadanlıqların seçilməsi.
Dostları ilə paylaş: |