7. Mədənlərdə havanın dəyişilməsi, qazsızlaşdırılması, toza və yanğına qarşı
mübarizə
Mədən havasının tərkibi, zərərli qarışıqlar, onların buraxıla bilən normaları. Təbii
mədən qazlarının əmələ gəlməsi, tərkibi, xüsusiyyəti, faydalı qazıntı yataqlarının
qazlılığı. Texnoloji qazların ayrılma mənbələri, tərkibi. Mədən tozunun fiziki-kimyəvi
xüsusiyyətləri, onların zəhərliliyi və alışma xüsusiyyəti. Mədən havasında onun təyin
edilmə üsulları, hərəkət sürəti. Havanın qazmalarda hərəkət sürətinin normaları. Havanın
hərəkətinin əsas qanunları, dağ qazmalarının aerodinamik müqaviməti, təbii və süni
havadəyişmə. Qazmalar üzrə havanın paylanması və nizamlanması. Ventilyasiya
qurğuları. Mədənə verilən havanın miqdarının hesablanması. Mədən havasının dəyişilmə
üsulu və sxemi.
Endogen yanğınların baş verməsinin fiziki-kimyəvi şəraitləri, faydalı qazıntının
öz-özünə yanma, mexanizmi. Endoğen yanğınların qarşısının alınması və yanğınla
mübarizə tədbirləri.
Yataqların açıq üsulla işlənməsində yerinə yetirilən texnoloji proseslər zamanı
ətraf mühitin çirklənmə mənbələri. Karyerlərdə atmosfer havasının tozla çirklənmə
mənbələri: partlayış quyularının qazılması zamanı, kütləvi partlayış zamanı, dağ-
kütləsinin çıxarılması və yüklənməsi zamanı, ağır tonnajlı avtomobillərin karyer
yollarında hərəkəti zamanı(küləkli havalarda,karyerlərdə tozluluğun artması baş verir ).
Dağ-mədən işlərinin aparılması nəticəsində torpaqların korlanması.
Karyerdə yaranan tullantıların ətraf mühitə təsiri, zərərli (zəhərli) tullantıların
yaratdığı ekoloji problemlər, bu problemlərin həlli üçün görüləcək tədbirlər. Cirklənmiş
torpaqların rekultivasiya məsələləri: texniki rekultivasiya, bioloji rekultivasiya.
Karyerlərdə yaranan səsin, vibrasiyanın, elektromaqnit dalğalarının insanlara
təsirini azaltmaq üçün görüləcək tədbirlər.
Dostları ilə paylaş: |