1. Dağ-mədən müəssisəsinin (karyerin, şaxtanın) miqyası və onun
inkişafında ümumi məsələlər
Yatağın ehtiyatı, onun təyini və hesabatının prinsipi, yatım şəraitinin
mürəkkəbliyinə və kəşfiyyat dərəcəsinə görə kateqoriyaları. Ehtiyatların kateqoriyalar
üzrə etibarlılığı. Faydalı qazıntıların kondisiyasının sənaye minimumunun, yan (bort)
tərkibinin müəyyən edilməsi prinsipləri. Filizin hasilatı zamanı yaranan itgilər və
kasıblaşmalar. Cıxarıla bilən ehtiyatlar. Karyer və şaxta sahəsinin çıxarılma ardıcıllığı.
Karyer sahəsinin pillələrə (horizontlara), şaxta sahəsinin mərtəbələrə bölünməsi.
Mərtəbələrin çıxarılma ardıcıllığı. Mərtəbədə filizin çıxarılma istiqamətləri. Dağ-mədən
müəssisəsinin illik məhsuldarlığının təyini üsulları. Filiz ehtiyatlarının açılmış,
hazırlanmış və çıxarılmaya hazır ehtiyatların yerinə yetirilməsinin təqvim planının
tərtibi. Müəssisənin iş rejiminin seçilməsi.
Dostları ilə paylaş: |