Azərbaycan döVLƏt pedaqoji universiteti SƏRBƏst iŞ


Protoplazmanın fiziki xassələri



Yüklə 141,07 Kb.
səhifə11/12
tarix02.01.2022
ölçüsü141,07 Kb.
#37396
1   ...   4   5   6   7   8   9   10   11   12
referat 4170

Protoplazmanın fiziki xassələri
Protoplazmanın fiziki xassələri, onun quruluşu və kolloidal-kimyəvi xüsusiyyətləri ilə sıx əlaqədardır. Protoplazmanı mayelərə yaxınlaşdıran onun axıcılığı və çox da yüksək olmayan özlülüyüdür. Özlülük, mayelərə (qazlara) xas olub, bir qrup hissəciklərin digərlərinə nisbətən yerdəyişməsinə Mane olan müqayimət qüvvəsinə deyilir. Beləliklə də, özülülük molekullararası gərilmə qüvvəsi kimi, axıcılığın tamamilə əksinədir. Özlülük vahidi puazadır.

1 puaza= 1 q. sm-1 san-1

1 santi puaza= 10-2 puaza

Kolloid məhlulların özlülüyü, onu adi məhlullardan, həmçinin də molekulyar və ion-dispers məhlullarından fərqləndirən bir sıra xüsusiyyətlərə malikdir. Protoplazmada suyun çox olmasına baxmayaraq, o su ilə qarışmır. Bunun səbəbi bir tərəfdən suyun protoplazmadakı xüsusi halı, digər tərəfdən isə protoplazmanın özünün quruluş xüsusiyyətləri ola bilər. Protoplazma yüksək dərəcədə elastikliyə malikdir. Adi mayelərdən fərqli olaraq, protoplazmada quruluş özlülüyü muşahidə olunur. Quruluşu özlülüyü protoplazmadakı komponentlərin qarşılıqılı səmtlənməsini və həmçinin protoplazma daxilində müəyyən quruluşun olmasını göstərir. Quruluş özlülüyü, protoplazmanın sabit xassəsi deyil, hüceyrənin qocalması zamanı o artır. Protoplazmanın quruluş özlülüyünə fiziki - kimyəvi amillər (temperatur, pH və s.) güclü təsir edir. Qeyd edilənlərdən aydın olur ki, protoplazmada eyni zamanda və bir-birini əksinə olan iki xassə - olduqca yüksək hərəkətlilik və quruluşu möhkəmliyi vəhdət təşkil edir.




Yüklə 141,07 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin