Azərbaycan döVLƏt pedaqoji universiteti SƏRBƏst iŞ



Yüklə 141,07 Kb.
səhifə9/12
tarix02.01.2022
ölçüsü141,07 Kb.
#37396
1   ...   4   5   6   7   8   9   10   11   12
referat 4170

Lizosomlar (sitosomlar) dairəvi formalı olub, ölçüləri müxtəlifdir (2 mkm-dək). Lizosomların funksiyası hüceyrədaxili həzm prosesini yerinə yetirməkdir. Bundan başqa, lizosomlar həm də hüceyrə daxilində sitoplazmanın funksiyasız kompnentlərinin parçalanmasında da iştirak edir. Son vaxtlar sitoplazmatik hissəciklərdən peroksisom və qlioksisomlar (mikro - cisimciklər) aşkar olunmuşdur. Peroksisomlar diametri 0.5 – 1.0 mkm olan qabarcıq şəkilli törəmələr olub, birqat membranla əhatə olunur. Peroksisomların əsas funksiyası “fototənəffüs” prosesində iştirak etməkdir. Peroksisomlar, sitoplazmada endoplazmatik şəbəkə (retikulum) ilə əlaqədardır. Qlioksisomlar - yağlarla zəngin olan toxumların cücərməsinin ilk dövrlərində böyük sürətlə sintez olunan orqanoidlərdir. Onların hüceyrədəki funksiyası, ilk növbədə,yağ turşularının şəkərlərə çevrilməsində iştirak etmələridir. Qlioksisomlar da peroksisomlar kimi endoplazmatik şəbəkə ilə sıx əlaqədar olub, birqat membranla əhatələnir.

Hüceyrə membranı


Hüceyrənin ən mühüm submikroskopik quruluş elementi membran hesab olunur. Membran, molekulyar səviyyə ilə molekuldan böyük səviyyə arasında keçid mərhələsini təşkil edir. Hüceyrə membranlarında əsas metabolik tsikllər; tənəffüs, oksidləşdirici fosforlaşma, fotosintez, nuklein turşularının, zülalların, yağ turşularının, steroidlərin, polisaxaridlərin və s.-nin biosintezi gedir. Protoplazmanın quruluşsuz hissəsi katalitik funksiya daşımır, ancaq qanın plazması kimi, əsas etibarilə, bufer rolunu oynayır. Son zamanlar müəyyən edilmişdir ki, qlikoliz prosesi də məhz membranla əlaqədardır. Beləliklə də, membranlar hüceyrə üçün nəinki, təkcə arakəsmə rolunu oynayır, onlar həm də, maddələr mübadiləsinin getməsi üçün mərkəz hesab edilir. Membran hüceyrədə çox mühüm inteqrativ (ümumiləşdirici) rol oynayır. Membranın inteqrativ funksiyası aşağıdakı sistemlərlə əlaqədardır: 1) enerjinin yarandığı; 2) nəqliyyat; 3) autoreproduksiya.

Membranlara: hüceyrəni xarici mühitlə məhdudlaşdıran plazmolemmanı, vakuolu məhdudlaşdıran tonoplastı, nüvənin, mitoxondrilərin, plastidlərin, hissəciklərin membranlarını və sitoplazmadaxili membranı – endoplazmatik şəbəkəni aid edirlər. Membranların dinamikliyi haqda mövcud təsəvvürlərə müvafiq olaraq. Mitoxondri və plastidlərin membranından başqa, qalanmembranların bir-birinə qarşılıqlı çevrilməsini qəbul etmək olar. Membranlar, zülallar və lipidlərdən təşkil olunmuşdur. Elektron mikroskopunda bütün membranlar üçtəbəqəli törəmə kimi görünür: iki tünd hidrofil təbəqə arasında açıq rəngli təbəqə yerləşir. Bu cür “ elementar membranın” ümumi qalınlığı 6 - 10 nm-ə bərabərdir. Elementar membranın mühüm quruluş komponentlərindən biri də lipidlərdir. Lipid molekulunda hidrofob (karbohidrogen qalığı) və hidrofil hissələr vardır. Membranda lipidlərin əmələ gətirdiyi bimolekulyar təbəqənin daxili tərəfi molekulun hidrofob hissələrindən təşkil olunur. Lipid molekulunun xaricə doğru çevrilən hidrofil hissəsi zülal molekulları ilə birləşərək membranın kənar təbəqələrini əmələ gətirir. Elementar membranlar yarımkeçirici xassəyə malikdir. Membranın xüsusiyyətlərindən biri də, qırıldığı yerdə yenidən qapanmasıdır. Protoplazma, həm xaricdən-qılaf (hüceyrə divarı), həm də mərkəzi vakuol tərəfdən membranla (müvafiq olaraq plazmalemma və tonoplast) məhdudulanır. Əgər hüceyrədə bir neçə vakuol varsa, onlardan hər biri tonoplastla protoplazmadan məhdudlana bilir. Elektron mikroskopunda plazmalemma və tonoplast üçtəbəqəli törəmə kimi görünür. Başqa sözlə, onlardan hər biri elementar membran tiplidir. Lakin plazmalemma və tonoplast keçiriciliklərinə görə fərqlənir. Bu da onların quruluşları arasındakı müxtəlifliklə əlaqədardır.Sitoplazma membranlarına endoplazmatik şəbəkə də aiddir. Endoplazmatik şəbəkənin boşluğunu əmələ gətirən iki elementar membran bir-biri ilə elə birləşə bilir ki, aralarında boşluq qalmır, bəzən isə boşluq daha da böyüyərək qovuqcuğa çevrilir, yaxud uzanıb kanalcıqlar əmələ gətirir. Endoplazmatik şəbəkədəki membranlar nüvə membranı, bir sıra hallarda isə plazmalemma ilə əlaqədə olur. Qonşu hüceyrələr arasında mövcud olan körpücüklər-plazmadesmalar, endoplazmatik şəbəkənin kanalcıqlarından əmələ gəlir. Endoplazmatik şəbəkənin daxili boşluğu passiv diffuziyada və maddələrin fəal daşınmasında mühüm rol oynayır. Endoplazmatik şəbəkənin membranları, adətən, ribosomlarla sıx örtülü olur. Endoplazmatik şəbəkə membranlarına hüceyrə nüvəsinin membranı da aid edilir. Hüceyrənin bölünməsi başa çatdıqdan sonra, endoplazmatik şəbəkənin membranı nüvə ətrafında qapanaraq, yeni nüvə membranı əmələ gətirir, lakin endoplazmatik şəbəkə ilə əlaqəsini itirmir. Beləliklə də, nüvə membranı iki elementar membrandan təşkil olunmuş ikiqat membrandır.




Yüklə 141,07 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin