Azərbaycan döVLƏt pedaqoji universiteti SƏRBƏst iŞ



Yüklə 141,07 Kb.
səhifə2/12
tarix02.01.2022
ölçüsü141,07 Kb.
#37396
1   2   3   4   5   6   7   8   9   ...   12
referat 4170

Hüceyrənin quruluşu

Qeyd olunmuşlar orqanoidlərdir.

1. Nüvəcik 2. Nüvə 3.  Ribosom  4.  Vezikula  5. Kələ-kötür endoplazmatik retikulum  6. Holci aparatı  7. Hüceyrə divarcığı 8. Hamar endoplazmatik retikulum 9. Mitoxondri  10. Vakoul  11. Hialoplazma 12.  Lizosom  13. Hüceyrə mərkəzi

Hüceyrə quruluşunun molekulyar əsasları.
Rənglənməmiş hüceyrəyə adi mikroskopla baxdıqda onun nisbətən quruluşsuz törəmədən ibarət olduğu görünür. Ən yaxşı halda, bu cür hüceyrədə ən ancaq nüvə, vakuol və bir qədər də yağ damlalarını, plastidləri aşkar etmək mümkündür.

Əgər hüceyrə azca rənglənsə və ya fazatəzadlı mikroskopla baxılsa onun xeyli dərəcədə mürəkkəb quruluşlu olduğu görünür. Müşahidə etmək üçün elektron mikroskopundan istifadə edilərsə, hüceyrənin ən kiçik quruluş komponentlərini belə görmək olar. Hazırda hüceyrə fiziologiyasının tədqiqində ən mühüm məsələlərdən biri də, hüceyrə quruluşunun molekulyar səviyyədə öyrənilməsidir.

Bitki və heyvan hüceyrəsi protoplazmasının tərkibində 75-85% su, 10-20% zülal, 2-3% lipid, 1% karbohidrat, 1% duz və başqa maddələr olur. Beləliklə də, hüceyrə kütləsinin çoxunun su olmasına baxmayaraq, protoplazmanın əsas xassələrini nuklein turşuları, zülallar, karbohidratlar və lipidlər kimi ən mühüm təbii kimyəvi birləşmələr müəyyən edir. Son ədəbiyyat məlumatlarına görə bitki hüceyrəsi aşağıdakı kimi xarakterizə olunur.


Bitki hüceyrəsi







Vakuol

Protoplazma

Hüceyrə qılafı





Ribosomlar



Quruluş elemenləri:

nüvə,mitoxondrilər, plastidlər

(xloroplastlar, leykoplastlar,

xromoplastlar)





Sitoplazma







Sitoplazmatik

matriks


Hissəciklər: diktiosomlar,

lizosomlar, (sitosomlar)

setriollar, mikroborucuqlar və s.

Membranlar, plazmolemma,

tonoplast, endoplazmatik

şəbəkə

Məlumdur ki, hüceyrə qılafı (divarı) və vakuol ancaq bitki hüceyrəsinə xas olan törəmələrdir. Kimyəvi tərkibinə görə, hüceyrə qılafı (əsas component - sellülozadır), protoplazma (əsas komponent - zülaldır) və vakuol (əsas komponent sudur) bir - birindən fərqlənir. Ən ibtidai quruluşlu orqanizmlərdə (bakteriyalarda, göy - yaşıl yosunlarda), nüvə membranı olmadığından, nüvə maddəsi protoplazma ilə ya bilavasitə təmasda olur və ya onunla qarışır. Protoplazmanın ayrı-ayrı orqanoidləri bu tip

hüceyrələrdə nəzərə çarpmır. Belə orqanizmlərə prokariotlar (yunanca protos - ilk,karion - nüvə deməkdir) deyilir. Formalaşmış nüvəyə və aydın şəkildə ifadə olunan protoplazma orqanoidlərinə malik orqanizmləri isə eukariotlar (yunanca - «eu» yaxşı deməkdir), adlandırırlar. Bitki hüceyrəsinin quruluşunun öyrənilməsinə onun qılafından (və ya hüceyrə divarından) başlamağın əsas səbəblərindən biri də, onun ilk «hüceyrə» quruluşu kimi hələ 1665-ci ildə R.Huk tərəfindən aşkar edilməsi və hazırda ən çox öyrənilmiş sitoloji obyekt olmasıdır.

Qılaf, əsasən, sellülozadan ibarət olub, hüceyrənin özündən sintez olunur. Bir-birilə təmasda olan hüceyrələrin qılafları pektin maddəsi ilə yapışır. Bir çox toxumalarda hüceyrə qılafı mürəkkəb və yüksək dərəcədə diferensiasiyaya uğramış quruluş olub, müəyyən ardıcıllıqla əmələ gəlir. Belə ki, bəzi hallarda ilk, ikinci və üçüncü qılaf aşkar edilir və onlar hüceyrənin böyüməsi və diferensiasiyası prosesində bir-birinin üzərində təbəqə kimi əmələ gəlir. Hüceyrə qılafının bu üç tipi «tikinti blokları» -mikrofibrillərin xüsusi düzülüşünə və həmçinin də kimyəvi tərkiblərinə görə bir-birindən fərqlənir. İlk

qılafın tərkibində 30%-ə qədər sellüloza vardır və onun molekulları nisbətən qısa zəncirlər əmələ gətirir (təxminən 2000 qlükoza qalığı olur). Qılafın amorf və izotrop maddəsinin (matriks) içərisində mikrofibrillər yerləşir. Matriksin əsas kimyəvi komponenti hemisellülozadır, lakin onun tərkibində bir qədər də protopektin olur. Mikrofibrillər kifayət qədər qarışıq yerləşdiyindən və bir-birilə kimyəvi rabitələrlə birləşmədiklərindən, onların qılafda saxlanılması ancaq matriks sayəsində mümkündür.

Beləliklə də, hüceyrənin plastikliyi təmin edilir. İkinci qılaf, birincidən aşağıdakı xüsusiyyətlərinə görə fərqlənir:

1) İkinci qılaf daha çox mikrofibrillərə malik olub, onda sellülozanın miqdarı 60%-ə çatır;

2) Sellülozanın molekullarının uzunluğu ilk qılafdakından artıqdır. Bu qılafdakı sellüloza molekulları orta hesabla 14000 qlükoza qalığındadır;

3) Mikrofibrillər bir-birilə, demək olar ki, qarışmır

4) Qılafın matriksində müxtəlif törəmələr ola bilir. İlk qılaf üzərində tədricən çoxlu miqdarda ikinci təbəqə yaranır və o birincidən mikrofibrillərinin yerləşmə istiqamətinə görə fərqlənir. İkinci qılafda mikrofibrillərin sıx və paralel yerləşməsi, qılafın möhkəmliyini təmin edir. İlk və ikinci hüceyrə qılaflarının əmələ gəlməsi üçün lazım olan materialı (pektin turşusu və hemisellüloza), Holci qovuqcuqları verir.kinci qılafın hüceyrənin daxilinə doğru yerləşən hissəsinin ən nazik təbəqəsini quruluş və

tərkib xüsusiyyətlərinə görə üçüncü qılaf adlandırırlar. Bu təbəqədə, sellüloza və propektinlə birlikdə çoxlu miqdarda hemisellüloza vardır. İkinci qılafdakı lifli - spirallı quruluşdan fərqli olaraq, üçüncü təbəqədə mikrofibrillər şəbəkəli (torvarı) quruluş əmələ gətirir. Üçüncü qılafın hüceyrənin daxilinə doğru olan səthi, adətən, submikroskopik xalşəkilli çıxıntılarla örtülü olur. Ümumiyyətlə, hüceyrə qılafı (ilk, ikinci və üçüncü birlikdə), bitki hüceyrəsinin böyük mərkəzi vakuolunun yaratdığı yüksək osmotik

təzyiqə tab gətirməklə, hüceyrəni osmotik qüvvələrin təsiri ilə dağılmaqdan qoruyur. Hüceyrə qılafı, bir tərəfdən yüksək dərəcədə möhkəmliyə, digər tərəfdən isə böyümə qabiliyyətinə (ilk mərhələlərdə) malik olmalıdır. Hər iki şərtin ödənilməsi ona görə mümkündür ki, hüceyrə qılafı, stabil elastik komponent - sellüloza mikrofibrilləri və plastik komponent-protopektin və hemisellülozadan ibarət amorf matriksdən təşkil olmuşdur. Hüceyrənin böyüməsi ilə əlaqədar olaraq, sellüloz mikrofibrillərinin sayı çoxalır ki, bunun da nəticəsində hüceyrə plastikliyini və böyümə qabiliyyətini itirir. Bu zaman hüceyrə qılafının elastikliyi artır. Beləliklə də, qılaf şişmiş (gərilmiş) vəziyyətdə olduğundan, onun suya və onda həll olmuş maddələrə qarşı müqaviməti azalır, başqa sözlə, qılaf onlar üçün keçirici rol oynayır. Hüceyrə qılafının elastik xassəli quruluş elementi olan mikrofibrillərin en kəsikləri dairəvi formadadır (diametri 10 - 30 nm). Hər bir mikrofibril, onun oxu boyunca paralel yerləşən və aralarında hidrogen rabitəsi ilə birləşən bir neçə yüz sellüloza molekulundan təşkil olunmuşdur.




Yüklə 141,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin