Nüvə və nüvəcik. Bitki hüceyrəsinin ən mühüm orqanoidlərindən (quruluş elementlərindən) biri nüvədir. Nüvə kürəvari və ya ovalvari yarımşəffaf törəmədir. Endoplazmatik şəbəkənin elementləri vasitəsilə, nüvə membranı, hüceyrənin digər komponentləri ilə birləşir. Nüvə aşağıdakı əsas funksiyaları yerinə yetirir:
1) genetik informasiyanın saxlanılması;
2) informasiyanın hüceyrədənhüceyrəyə ötürülməsi (nüvənin və hüceyrənin bölünməsi, çoxalma, irsiyyət və s.) bu halda informasiyanın ötürülməsi özündə həmin informasiyanı saxlayan mütləq identik DNT-nin sintezi ilə
həyata keçirilir;
3) informasion (həm də messencer) RNT-nin sintezi vasitəsilə informasiyanın sitoplazmaya verilməsi.Qeyd etmək lazımdır ki, informasiyanı daşıya DNT molekulu, nəinki təkcə nüvədə, həmçinin xloroplastlarda, mitoxondrilərdə və sitoplazmanın hələlik tam öyrənilməmiş bəzi quruluş elementlərində də vardır. Canlı hüceyrələrdə DNT-dən başqa, informasiya daşıyan başqa molekul məlum deyildir.
Viruslarda bu funksiyanı RNT molekulu yerinə yetirə bilər. Özünün electron – optiki xüsusiyyətinə görə homogen olan nüvə plazması (nukleoplazma və ya kariolimfa), sitoplazmatik matriksə oxşayır, lakin ondan sıxlığının böyüklüyünə və daha güclü işıqsındırma qabiliyyətinə görə fərqlənir. Hüceyrə nüvəsində, tərkibində DNT olan xromosomlar və RNT olan nüvəcik vardır. Nüvədə, xoromosomlar əsas rəngləyicilərlə rəngləndikdən sonra kifayət qədər formasız, şişmiş xromatin toplusu şəklində nəzərə
çarpır. Xoromosomların bu vəziyyəti onların «funksional» forması adlanır. Xromosomların tərkibi ~35% DNT-dən, ~40% histon adlanan zülaldan, ~12% RNT-dən, ~10% ferment və digər zülallardan, az miqdarda lipidlərdən, polisaxaridlərdən, metal ionlarından və s. ibarətdir. Müasir məlumatlara görə, xromosomlardan DNT ilə zülallar arasında əlaqə, ən kiçik molekullu RNT olan xromosom RNT-si vasitəsilə həyata keçirilir. Nüvəcik yüksək dərəcədə sıxlığa malik olan dairəvi törəmədir. Bu da onun tərkibində suyun az olduğunu göstərir. Nüvənin bölünməsi zamanı nüvəcik həll olur və bölünmə qurtardıqdan sonra yenidən xromosomların müəyyən sahəsində meydana çıxır. Nüvəcikdə 80%-dən çox zülal və 15%-dək RNT (əsasən, ribosom RNT-si) vardır. Nüvəcikdə RNT molekulları onların yalnız sitoplazmaya çıxması ərəfəsində toplanır. Bundan başqa, nüvəcik zülalın sintezində və ribosomların əmələ gəlməsində də mühüm rol oynayır. Nüvəcikdə çoxlu miqdarda ribosom zülalı, müxtəlif histonlar və həmçinin də, hüceyrə nüvəsinin digər zülalları sintez olunur. Ribosomlar
Ribosom termini 1957-ci ildə verilmişdir. Bu orqanoid bütün hüceyrələrdə aşkar edilmişdir. Ribosomlar ölçüsü 15-22 nm olan dairəvi cisimciklərdir. O müxtəlif ölçülü, bir-birilə birləşmiş böyük və kiçik hissəcikərdən ibarətdir. Bir hüceyrədə minlərlə ribosom olur. Ribosomlar ən çox dənəvər endoplazmatik şəbəkə üzərində, müəyyən hissəsi isə sitoplazmada sərbəst halda olur. Ribosomların tərkibi eyni miqdarda RNT və zülallardan ibarətdir. Zülalların sintezi ribosom terefindən deyil,ribosomlar qrupu-polisomlar tərəfindən həyata keçirilir. Polisomlarda 4-40-a qədər ribosom ola bilir. Sintez olunmuş zülallar əvvəlcə dənəvər endoplazmatik şəbəkənin kanal və boşluqlarına yığılır, sonra sərf olunmaq üçün hüceyrəni başqa sahələrinə və orqanoidlərə daşınır. Ribosom termini 1957-ci ildə verilmişdir. Bu orqanoid bütün hüceyrələrdə aşkar edilmişdir. Ribosomlar ölçüsü 15-22 nm olan dairəvi cisimciklərdir. O müxtəlif ölçülü, bir-birilə birləşmiş böyük və kiçik hissəcikərdən ibarətdir. Bir hüceyrədə minlərlə ribosom olur. Ribosomlar ən çox dənəvər endoplazmatik şəbəkə üzərində, müəyyən hissəsi isə sitoplazmada sərbəst halda olur. Ribosomların tərkibi eyni miqdarda RNT və zülallardan ibarətdir. Zülalların sintezi ribosom terefindən deyil,ribosomlar qrupu-polisomlar tərəfindən həyata keçirilir. Polisomlarda 4-40-a qədər ribosom ola bilir. Sintez olunmuş zülallar əvvəlcə dənəvər endoplazmatik şəbəkənin kanal və boşluqlarına yığılır, sonra sərf olunmaq üçün hüceyrəni başqa sahələrinə və orqanoidlərə daşınır.
Dostları ilə paylaş: |