Protoplazmanın quruluşu və funksiyası və quruluş elementləri
Protoplazma dedikdə, ilk baxımda bitki və heyvan hüceyrələrinin kütləsini təşkil edən, fiziki halına görə kolloid sistemlərə bənzədilən, müxtəlif maddələrin kompleksi başa düşülür. «Protoplazma» termini ilk dəfə Çex bioloqu Y.Purkinye (1839) tərəfindən heyvan rüşeymini göstərmək üçün təklif edilmişdir. 1846-cı ildə isə Alman botaniki K.Mol
bitki hüceyrəsinin yaşamaq qabiliyyətinə malik olan özlü kütləsini «protoplazma» adlandırmışdır. XIX əsrin axırlarından başlayaraq, protoplazmanın quruluşu haqqında müxtəlif nəzəriyyələr irəli sürülmüşdür. Belə ki, 1875-ci ildə A.Froman belə güman edirdi ki, protoplazma fibrilyar tordan ibarətdir. R.Altman isə amöb hüceyrəsinin və bir çox dəniz heyvanlarının yumurtalarının dənəvərliyinə əsaslanaraq, protoplazmanın qranulyar nəzəriyyəsini irəli sürdü. Lakin sonradan məlum oldu ki, belə təsəvvür də hələlik tam deyil. Nəhayət, 1925-ci ildə Y.Vilson protoplazmanın kolloid nəzəriyyəsini verdi. Bu nəzəriyyə hazırda da tədqiqatçılar tərəfindən qəbul edilir. Aparılan tədqiqatlarda müəyyənləşdirildi ki, protoplazma çox mürəkkəb sistemdir. O, müxtəlif zülallardan, nuklein turşularından, yağlardan, karbohidratlardan, sudan və bir çox kiçik molekullu üzvi birləşmələrdən və mineral duzlardan təşkil olunmuşdur. Beləliklə də, sulu - duzlu mühitlə sıx əlaqə şəraitində fəaliyyət göstərə bilən spesifik liponukleoproteid kompleksi, protoplazmanın birinci, yaxud da kimyəvi əlaməti hesab edilir. Lakin iş
təkcə protoplazmanın spesifik kimyəvi tərkibə malik olmasında deyil, həm də onun quruluş təşkilindən də asılıdır. Bu baxımdan həm hüceyrənin özünü, həm də onun ayrı-ayrı elementlərinin mürəkkəb tərtibatını yaradan polimer törəmələrinin spesifik xarakteri protoplazmanın ikinci və ya fiziki əlaməti sayıla bilər. Lakin nə kimyəvi, nə də fiziki əlamət, həm ayrı-ayrılıqda, həm də birlikdə protoplazma barəsində ümumi anlayış yarada bilmir. Protoplazmanın üçüncü - bioloji əlaməti hüceyrə sistemində 2 nəzərdə tutur. Bu proseslərdən biri assimilyasiya, digəri dissimilyasiyadır. Beləliklə, müasir təsəvvürlərə görə protoplazma dedikdə molekuldan böyük olan, müxtəlif quruluş elementləri əmələ gətirən və fasiləsiz yeniləşmə istiqamətində duzlu məhlullarla sıx əlaqə şəraitində fəaliyyət göstərən olduqca mürəkkəb liponukleo-proteid kompleksi başa düşülməlidir.
Dostları ilə paylaş: |