Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


İkinci dünya müharibəsindən sonrakı dövrdə burjua ortaəsrşünaslığında feodalizmin izahı



Yüklə 3,06 Mb.
səhifə11/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   7   8   9   10   11   12   13   14   ...   263
Orta srlr tarixi S D Skazkin

İkinci dünya müharibəsindən sonrakı dövrdə burjua ortaəsrşünaslığında feodalizmin izahı.

Müasir burjua ortaəsrşünaslığında feodalizmin vahid izahı yoxdur. Alimlərin böyük əksəriyyəti bu istilahın ənənəvi siyasi hüquqi izahına tərəfdardırlar. Onların bir hissəsi feodalizmə vassal torpaq sistemi və ya hətta ancaq özünəməxsus hərbi təşkilat kimi son dərəcə məhdud dairədə nəzər salırlar: bu təşkilatın meydana gəlməsi və fəaliyyət göstərməsi ancaq hərbi müdafiə ehtiyyacları ilə izah olunur, votçinanın və hətta dövlətin inkişafı ilə əlaqələndirilmir. Bu istiqamətdə F.Hansof, F.Stenton, K. Stefenson, R.S.Xoyt, K.V.Xollisterin baxışları daha tipikdir. Onlar feodalizmin ancaq Qərbi Avropa üçün səciyyəvi olan hal hesab edirdilər.


Feodalizmi siyasi hüquq təsisatı hesab edən digər qrup tarixçilər həmçinin vassal torpaq əlaqələrini feodalizm cəmiyyətinin başlıca xarakterik xüsusiyyəti hesab etsələr də bu anlayışı


tənqidi istiqamət ruhunda bir dövlət forması kimi izah edirlər. Bu alimlərin fikrincə belə idarə forması müxtəlif xalqlarda müxtəlif dövrlərdə hərbi istilalar və ya məhdud ictimai qrupun köhnə siyasi və iqtisadi sistemlərin dağıldığı keçid dövrlərində hakimiyyəti ələ keçirməsi nəticəsində meydana gəlmişdir.

Beləliklə feodalizm hələ yeni yetkin sistemin yaranmadığı dövrdə tamamilə çürümüş köhnə sistemi sağlamlaşdırmaq üçün müvəqqəti olaraq fəaliyyət göstərən bir vasitə kimi qiymətləndirlir. Feodalizm onlar üçün cəmiyyətin inkişafında qanunauyğun və mütərəqqi mərhələ deyil, ancaq siyasi inkişafın təsadüf nəticəsidir. Bu görüş Amerika ortaəsrşünaslarının R.Kulbornun redaktəsi ilə 1956cı ildə nəşr olunmuş Tarixdə feodalizm məqalələr toplusunda daha aydın ifadə olunmuşdur. Qərbi Almanya tarixçilərinin çoxu da bu görüşə yaxın mövqedədirlər. Lakin onlar bu görüşə öz incəliklərini də əlavə edirlər. Belə ki, Q.Mittays feodalizmdə torpaq hüququna əsaslanan ərazi dövlətini görür ki, bu dövlət də inkişaf etmiş iqtisadi əlaqələrin olmadığı yerdə geniş ərazini siyasi cəhətdən təşkil etmək ehtiyyacı yarandıqda meydana gəlir: ictimai cəhətdən heç nə ilə şərtlənmir və bu əsas üzərində də yaranmır. Bu görüşlə razılaşan O.Brunner xüsusi inadla qeyd edirki ərazi dövlətində hakim sinfin qüdrəti bütövlükdə onun nümayəndələrinin siyasi funksiyalarından doğurduğu və bunun onların sərvəti ilə o cümlədən torpaqları ilə heç bir əlaqəsi yox idi. Feodalizm haqqında bu cür dövlət hüquq görüşünün tərəfdarları bu cəmiyyətin təkcə Qərbi Avropada deyil dünyanın başqa yerlərində də mövcud olduğunu göstərir və hətta ona müqayisəli tarixi və ya tipoloji planda nəzər salamağa da cəhd edirlər(məsələn qeyd olunan “Tarixdə feodalizm” toplusunda). Lakin onların hamısı feodalizmi bəşəriyyətin inkişafında məcbur ümumdünya tarixi mərhələ hesab etmirdilər.


Müasir burjua tarixşünaslığında feodalizmin siyasi hüquqi izahının müxtəlif variantları ilə yanaşı onun nisbətən geniş izahı da mövcuddur. Onu daha çox Fransada və Belçikada Mş Blokun ardıcılları Annallar məktəbinin tarixçiləri inkişaf etdirməkdə davam edirlər. Onların hamısı feodalizmin vahid bir sistem kimi fəaliyyət göstərməsində iri torpaq sahiblərinə senyorluğa və kəndli senyor münasibətlərinə böyük əhəmiyyət verirlər. Bu onlara orta əsrlər dövrünün aqrar və ictimai tarixi sahəsində məhsuldar tədqiqat işləri o cümlədən həm də müqayisəli tarixi xarakterli tədqiqat işləri aparmaq imkanı verir. Onların bəziləri feodalizmi universal quruluş bütün xalqların olmasa da bir çox xalqların ictimai inkişaf fazası hesab edirlər. Lakin bütün bu hallara M.Blok kimi bu məktəbin alimləri də vaxt etibarilə feodalizmin yaranması prosesini bir torpaq sistemi kimi senyorluq quruluşunun formalaşmasından ayırır onu çox qədim zamanlara aparıb çıxarırlar. Onların bəziləri məsələn R. Butryuş vaxtı ilə iki feodalizm nəzəriyyəsi tərəfdarlarının etdikləri kimi ümumiyyətlə feodalizm anlayışı və senyorluq rejimini bir birindən ayırır. J.Dubi daha irəli gedir. O, feodalizmi feodallar sinfinin ağalığına əsaslanan siyasi və ideoloji sistem kimi başa düşür: onun fikrincə feodalların ağalığı onların iqtisadi sərvəti və qüdrətindən iri torpaq sahibləri olmasından deyil, dövlət suverenliyinin özgəninkiləşməsi prosesində dövlətin onlara verdiyi siyasi funksiyalardan doğur. Dubinin fikrincə bu siyasi zəmin üzərində şəxsi sədaqət və himayəlik haqqında formalaşan idealar və təsəvvürlər feodalizm cəmiyyətinin ictimai və iqtisadi quruluşunu senyorluq cəmiyyətini formalaşdırır. Beləliklə son nəticədə Dubi də feodalizmin bir siyasi sistem kimi izahına meyl edir. O feodalizmi senyorializmdən ayıraraq sonuncunu sonuncunun mənşəyində şəxsi əlaqələrin əhəmiyyətini ön plana çəkir.


Müasir burjua tarixşunaslığında feodalizmin təbiəti və mahiyyəti haqqında hökmranlıq edən görüşlərin bütün zahiri rəngarəngliyinə baxmayaraq onun üçün bəzi ümumi cəhətlər də


xasdır.Bu hər şeydən əvvəl feodalizm quruluşunun mahiyyətinin izahında iqtisadi və ictimai əsasın müəyyənedici rolunu qəbul etməyin arzu olunmasıdır.İctimai və iqtisadi əsasın bu quruluşda ya ikincidərəcəli törəmə ya da yaxşı halda bərabərhüquqlu ünsür rolunu oynamasını göstərir.Bunun əksinə olaraq feodalizm cəmiyyətinin siyasi və hüquqi quruluşunun böyük ,son nəticədə isə həlledici əhəmiyyəti olduğu xüsusi qeyd edilir.Müasir burjua əsrşunaslığında orta əsr adamlarının özünəməxsus ictimai-siyasi əhval-ruhiyyəyə malik olmasına diqqəti yönəltmək meyli getdikcə güclənir.Feodalizm getdikcə ,,adamlar arasında əlaqə,,sistemi,müqavilə əlaqələri sistemi kimi izah olunur ki həmin əlaqələr də guya bu formasiyda cəmiyyətin bütün iqtisadi siyasi və ictimai həyatını müəyyən edirdi.



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin