Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Sovet ortaəsrşünaslığında feodalizm anlayışı



Yüklə 3,06 Mb.
səhifə12/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   8   9   10   11   12   13   14   15   ...   263
Orta srlr tarixi S D Skazkin

Sovet ortaəsrşünaslığında feodalizm anlayışı.

Tarixi materializm mövqelərində duran ortaəsrşunaslığı feodalizm anlayışına burjua tarixşunaslığının bütün izahlarından fərqlənən başqa məzmun verir.Artıq girişdə göstərildiyi kimi ,sovet tarixçiləri feodalizmin bir ictimai-iqtisadi formasiya kimi başa düşür,bu formasiyanın əsaında duran və feodal istehsal üsulunu səciyyələndirən xüsusiyyətləri ,aqrara və natural təsərrüfat iqtisadiyyatının üstünluk təşkil etməsini,iri torpaq mulkiyyətinin pay torpağı verilmiş ,lakin, bu torpağa mülkiyyət hüququndan məhrum olan torpaq sahibləri tərəfindən istismar və onların torpağa görə çox və ya az dərəcədə ağır şəxsi asılılıq vəziyyətində olan kəndlinin xırda təsərrüfatı hokmranlığın feodalizmin müəyyənedici xüsusiyyətləri hesab edilir.


Sovet ortaəsrşünasları həmçinin feodalizmin vassal torpaq sisteminin mövcudluğu,bu quruluşda şəxsi əlaqələrin və xüsusi hüququn xeyli rol oynaması feodal mülkiyyətin şərti xarakteri və bütün siyasi hakimiyyətlə əlaqəsi nəhayət bunun nəticəsi kimi mühüm əlaqələri də qeyd edirlər.


Lakin burjua tarixçilərinin görüşlərindən fərqli olaraq sovet ortaəsrşunasları siyasi-hüquqi əlamətləri başlıca müəyyənedici deyil ikincidərəcəli hesab edirlər.Onlar bütün bu hadisələrin mənbəyini feodalizmin bütün iqtisadi və siyasi –ictimai quruluşunun əsasında duran feodal mülkiyyətinin hökmranlığında və barışmaz ziddiyətlərdə görürlər.Məsələn sovet alimlərinin hesab etdikləri kimi o dövrdə şəxsi əlaqələrin böyük rol oynaması çox hallarda belə bir iqtisadi faktın təzahürlərindən biri idi ki bilavasitə istehsalçılar –kəndlilər feodal torpaqlarında yaşadıqlarına görə müttəfiq təsərrüfata malik idilər.Buna görə də kəndliləri feodaldan qeyri –iqtisadi asılı vəziyyətə salmaq vasitəsilə rentanı ödəməyə məcbur etmək mümkun ola bilərdi.Hakim sinfin öz arasındakı şəxsi münasibətlər isə feodal torpaq mülkiyyətinin şərti xarakteri ilə müəyyən olunurdu ki, bu da feodalların həmin mülkiyyətə inhisarçı hüququndan irəli gəlirdi.Torpaq sahibləri sinfi içərisində istismar edilən və feodallara düşmən olan kəndlilərə qarşı birləşməsi zəruriyyətindən irəli gəlirdi.


Sovet alimlərinin fikirincə feodalizmin əsasını siyasi-iqtisadi və hüquqi əlamətlərdə görmək bir də ona görə doğru deyilir ki bu əlamətlər heç də bütün ölkələrdə və orta əsrlərin bütün dövrlərində eyni dərəcə aydın təzahür etmirvə nəticə etibarı ilə ümumi xarakter daşımışdılar.Bu,birinci növbədə vassal torpaq quruluşuna aiddir ki həmin vaxtda hətta Qərbi Avropada ancaq XI-XIII əsrlərdə u və ya digər dərəcədə mühüm rol oynamışdır.Feodalizm isə bir ictimai-siyasi quruluş kimi bundan sonra daha cox yüzillər yaşadı.Siyasi pərakəndəlikdə bu cürdür.



  1. da feodalizm cəmiyyəti tarixində,yalnız nisbətən qısa mərhələ üçün xarakterikdir.Avropa xalqlarının çoxunda feodal pərakəndəliyi ,artıq XIII-XV əsrlərdə silki monarxiyaların sonralar isə mütləq monarxiyaların müxtılif formaları ilə əvəz olunmuşdur

Feodalizmin həqiqi əsasını bu quruluş üçün xarakterik olan iqtisadi və ictimai münasibətlərdə arayıb tapan sovet ortaəsrşünaslığı bu anlayışa ümumdünya tarixi xarakteri verir,feodalizmi dünya xalqlarının çoxunun quldarlıqdan və ya ibtidai icma quruluşundan kapitalizmə doğru yolunda qanunauyğun mütərəqqi mərhələ kimi görür.Feodalizm barışmaz ziddiyətli ictimai –iqtisadi formasiya kimi qiymətləndirən sovet tarixçiləri bu formasiyada feodal mülkinin rolunu burjua tarixçilərindən fərqli şəkildə izah edirlər.Sovet ortaəsrşunslığının


baniləri və görkəmli nümayəndələri J.A.Kosminski,A.D.Udalov,N.P.Qransnaski öz tədqiqatları ilə feodal mülkinin ən çox başlıca məqsədi kəndlilərin daha səmərəli istismar etməkdən ibarət olan ictimai təşkilat qiymətləndirən marksist baxışının möhkəm surətdə əsaslandırırlar.Feodal mülkünün ictimai ahəngdarlıq orqanı kimi qələmə verən burjua votçina nəzəriyyəsindən fərqli olaraq sovet alimləri feodalizmin bütün inkişafi mərhələlərində onun daxilində kəskin sinfi iftilaflar olduğunu açıb göstərirlər .Bununla bərabər onlar xüsusi qeyd edirlər ki ,feodalizmdə kənd təsərrüfatındakı tərəqqi feodal mülkü ilə deyil,birinci növbədə kəndli təsərrüfatı ilə bağlı idi.Yeni əkinçilik üsulları məhz kəndli təsərrüfatlarında daha tez və sürətlə inkişaf edir,əmək məhsuldarlığı artırdı.Feodalizm cəmiyyətinin quruluşunda bir ictimai təşkilat kimi feodal mülkünün mühüm rolunu qəbul edən sovet ortaşunasları belə hesab etmirlər ki,həmin cəmiyyətin bütün ictimai və təsərrüfat həyatı bununla bitir.Onlar kəndli təsərrüfatında məhsuldar qüvvələrin inkişafında bütün həmçinin kəndlilərin taleyinə istismar olunması formalarına feodalizm tarixin bütün mərhələlərində onların antifeodal mübarizəsinə böyük diqqət yetirirlər.


Marksist tarixçilər feodalizm iqtisadiyyatının natural təsərrüfatını qəbul edərkən bəzi burjua alimlərininin güman etdiklərinin əksinə olaraq natural təsərrüfatın tamamilə və hər yerdə hökmranlığını heç də feodalizm quruluşunun müəyyənedici əlaməti hesab edirlər.Sovet ortaəsrşünasları öz konkret tədqiqatlarında inandırıcı şəkildə göstərmişdilər ki feodalizm cəmiyyətinin bir dövrdə müəyyən inkişaf mərhələsində ,şəhərlərin sürətlə artdığı bir dövrdə Qərbi Avropada XI-XIII əsri üzvi ünsürə çevrilir və tədriclə feodal kəndlini geniş sürətdə əhatə edir.Əmtəə-pul münasibətləri feodalizm cəmiyyətinin ictimai və təsərrüfat həyatında feodal mülkünün quruluşu kəndlilərin vəziyyəti və onların feodallarla münasibətlərində müəyyən dəyişiklər yaradır.Bununla belə bir çox burjua ortaşunaslarından fərqli olaraq sovet alimləri bu yeni hadisələri hətta onların orta əsrlərin ikinci dövründə nisbi mənada ən yüksək səvviyyədə olduğunu vəziyyətlə də kapitalizmlə eyniləşdirmirlər.Onlar belə hesab edirlər ki,əmtəə pul münasibətlərinin inkişafı özlüyündə feodalizm quruluşunun təbiətini dəyişməmişdir.Sovet tarixçiləri əmtəə pul münasibətlərinin inkişafında feodalizm formasiyasının inkişafının son mərhələsində feodal istehsal üsulunun dağılması və kaptalizm quruluşunun meydana gəlməsinin ilkin şərtlərndən birini görürlər .


2.Tarix elmində feodalizmin mənşəyi problemi



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin