Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Sinfi mübarizənin xarakteri və onun imperiyanın müqəddəratı üçün əhəmiyyəti



Yüklə 3,06 Mb.
səhifə20/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   16   17   18   19   20   21   22   23   ...   263
Orta srlr tarixi S D Skazkin

Sinfi mübarizənin xarakteri və onun imperiyanın müqəddəratı üçün əhəmiyyəti.

Romada quldarlıq təsərrüfat sisteminin böhranı və dağılması öz ifadəsini ictimai ziddiyyətlərdə və sinfi toqquşmalarda tapdı ki, bunlar da müxtəlif formalarda büruzə verirdi. Qullar və kolonların öz ağalarının yanında kollegiyalara təhkim olunmuş şəhər sənətkarlarının isə öz şəhərlərindən qaçmaları, hərbi xidmətdən, vergiləri ödəməkdən boyun qaçırılması kimi müqavimət formaları böyük rol oynayırdı.


Barbarların imperiya ərazisinə müdaxilələri zamanı istismar olunan kütlələrin bir hissəsi (xüsusən mənşəcə hücum edən barbar tayfaları ilə qohum olan qullar) bəzən istilaçıların tərəfinə keçirdi. Silahlı üsyanlar da baş verirdi. IV-V əsrlərdə bu üsyanlarda e.ə. II-I əsrlərdə olduğu kimi qullar deyil, Roma əyanlarının kəndliləri başlıca rol oynayırdılar. Kolonlar və qullar da onlara qoşulurdular.


IV əsrdə xüsusən V əsrin əvvəlində Roma Afrikasında aqonistiklər təriqətinin başçılıq etdiyi xalq hərəkatı geniş vüsət aldı. Bu hərəkatda kəndlilər, kolonlar, qullar iştirak edirdilər. Onlar hakim kilsə ilə mübarizə şüarı altında ictimai zülmə qarşı üsyan edirdilər. Üsyançılar iri torpaq sahiblərinin malikanələrini yandırır, ortodoksal kilsə ruhanilərinə hücum edir, qulları azadlığa buraxır, borc verənlərin əlindən borc qəbzlərini alır, vergi yığanlara öz funksiyalarını yerinə yetirmək imkanı vermirdilər. Lakin bu çıxışlar mütəşəkkil deyildi, dağınıq iri və vahid böyük üsyana çevrilmişdi. Aqonistiklər sirkumsellionlar (latın dilində "komalar ətrafına səfillik edən" mənasını verir. Roma quldarları onları belə adlandırırdılar) hərəkatı üsyan hakimlər tərəfindən qəddarcasına yatırılırdı.


V əsrin əvvəlində və 30-40-cı ilərində Qalliyada baqaudlar üsyanı geniş miqyas almışdı.Bu hərəkatın iştirakçıları, başlıca olaraq Armorik (Qalliyanın şimal-qərb hissəsi) kəndliləri idi. "Baqaudlar" sözü görünür, kelt sözü olan "baqa" - mübarizə sözündən əmələ gəlmişdir. Qalliyanın ayrı-ayrı rayonlarında üsyançılar müvəffəqiyyət qazandılar və müstəqil icmalar yaratdılar ki, bunlar da Roma hakimiyyətini qəbul etmişdi. V əsrin 40-50-ci illərində baqaudlar hərəkatı İspaniyaya da keçdi, onun şimal vilayətlərini əhatə etdi. İtaliyada, Romanın özündə də üsyanlar qalxırdı. Buradakı üsyanlar başlıca olaraq bahalığa qarşı etiraz edən əhaliyə ərzaq paylanmasının artırılmasını tələb edən şəhər plebsinin çıxışları idi.


Son Roma imperiyasında baş verən gündəlik sinfi mübarizə və zülm edilən xalq kütlələrinin üsyanları qələbə ilə sona yetməsə də, dövlətin qüdrətini zəiflədir və quldarlıq quruluşunun böhranını dərinləşdirirdi. Roma imperiyasının istismar olunan kütlələri qalibiyyətli üsyan yolu ilə quldarlıq quruluşunu məhv etmək imkanına malik deyildilər. F.Engelsin qeyd etdiyi kimi "qədim dünyada köləliyin müzəffər üsyanda məhv edilməsi məlum deyil..."

Vaxtı keçməkdə olan təsərrüfat sistemi ilə bağlı olan, cəmiyyətin yenidən qurulması barədə heç bir müəyyən proqrama malik olmayan qullar qələbə çala bilməzdilər. Azad xırda torpaq mülkiyyətçilərinin vəziyyəti ölkə torpaqlarında yaşayan kolonlar və başqa xırda torpaq istifadəçilərinin, habelə müflisləşmiş azad kəndlilərin idealı idi. Lakin o zamankı şəraitdə məhsuldar qüvvələrin inkişafı bu idealın həyata keçirilməsinə gətirib çıxara bilməzdi. Həmin xırda istehsalçılar üçün ancaq yeni yüngülləşdirilmiş istismar formalarının bərqərar edilməsi mümkün idi. Kolonların və kəndlilərin mübarizəsi üçün çıxışların kortəbiiliyi, qeyri-mütəşəkkilliyi, dağınıqlığı səciyyəvi idi ki, bu da onların məqsədlərinə çatmasına mane olurdu. Bilavasitə istehsalçıların ayrı-ayrı təbəqələrinin (məsələn, torpağa köçürülmüş qulların və kolonların) vəziyyəti bir-birinə yaxınlaşsa da, onların arasındakı silki sədlər və əmlak fərqləri hələ qalırdı ki, bu da onlartın hakim siniflə mübarizədə birləşməsinə əngəl törədirdi. Dolanışığı dövlət ehtiyatlarından müftə paylanılan ərzağa əsaslanan şəhər plebsi xeyli dərəcədə qullar və kolonlardan alınan əlavə məhsul hesabına yaşayırdı.


Kolonlar və xırda kəndlilər azad adamlar kimi bir çox hallarda hələ qullara qarşı durur, və özləri də çox vaxt 1-2 qulun əməyini istismar edirdilər. F.Engels yazmışdır: "Bütün bu ünsürlər üçün hər hansı ümumi qurtuluş yolu qətiyyən yox idi".


Bununla belə istismar olunan əhalinin quldar dövlətinə düşmən münasibəti onun tarixi müqəddəratında çox mühüm rol oynamışdır.Kolonlar, qullar, əsarət altına salınmış kəndli kütlələrinin sinfi mübarizəsi və əyalətlərdəki mərkəzdən ayrılma meylləri nəticəsində zəifləyən Qərbi Roma imperiyası üçün müddət xarici düşmənlərin təzyiqinə qarşı durmaq iqtidarında deyildi.Quldarlıq quruluşunun Roma dövlətinin ictimai həyatının bütün sahələrini əhatə edən böhranından çıxış yolu ancaq yeni quruluşa keçirilməsindən ibarət ola bilərdi.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin