Tasit dövründə qədim almanlarının quruluşu.
Eramızın I sərinin sonlarına yaxın qədim almanların ictimai inkişaf səviyyəsi haqqında Roma tarixçisi Tasitin "Germaniya ", "Aniallar" və bç əsərləri, habelə arxeoloji abidələr mülahizə yeritmək olar. Sezar zamanında keçmiş əsr yarım ərzində qədim almanların ictimai quruluşunda mühüm dəyişikliklər olmuşdu. Qədim almanlar qəti olaraq oturaqlaşmış, əkinçilik səviyyəsi də yüksəlmişdi.
I-II əsrlərində dəmir kavahınlı kotan yayılmışdı. Qədim almanlar bu kənd təsərrüfatı bitkilərini becərirdilər. Arpa, buğda, çovdar, yulaf, habelə tərəvəz (şalğam, soğan) paxlalı bitkilər (mərci, noxud) və texniki bitkilər (kətan, çətənə, vaida). Bəzi yerlərdə artıq mineral gübrələrdən istifadə olunurdu. Lakin maldarlıq təsərrüfatda mühüm rol oynamağa davam
edirdi. İribuynuzlu mal-qaradan kənd təsərrüfatı işləri, atdan başlıca olaraq hərbi ehtiyatlar və yük daşıma üçün istifadə olunurdu. Mal-qaranın süd məhsullarından, ətindən, piyindən, qoyun-keçini isə həm də yunundan istifadə edirdilər. Mal-qara ilə verkeld-öldürülmüş adamın qohumlarının qatilini qohumlarından aldığı qanbahası ödəyirdilər. Mal-qara həmçinin sıravi icma üzvlərinin ağsaqqallara verdikləri bəxşişlərdən biri idi.Metal əridilməsi və dəmirçiliklə yanaşı qədim almanlara artıq toxuculuq-kətan və yun parçalar toxunması dulusçuluq və s. də məlum idi.
İstehsalın inkişafı ilə ayrı-ayrı tayfalar arasında mübadilə meydana gəlir. Qədim almanlar həcmcə az olsa da qonşu xalqlarla da ticarət edirdilər. O zaman ticarət yolları Reyn, Elba və Visla boyunca habelə Şimal və Baltik dənizlərinin sahili boyunca gedirdi. Daxili mübadilə məhsulları duz, xəz dəri və metal idi. Almaniyaya başlıca olaraq Roma tacirləri tərəfindən metal məmulatı, bəzək şeyləri, şərab gətirilirdi. Almaniyadan isə dul, gön dəri, mal-qara, xəz dərilər, kəhrəba aparılırdı. Lakin ticarət qədim almanların həyatında əhəmiyyətli rol oynamışdı.
Sezarın təsvir etdiyi ilə müqayisədə ictimai münasibətlər sahəsində də ciddi dəyişikliklər baş vermişdi. Qan qohumluğu icmasını əkinçilik icması ilə əvəz etmişdi. Marksın qeyd etdiyi kimi bu azad qan qohumluğu ilə bağlı olmayan adamların birinci ictimai birliyi idi. Əkin sahələri də daxil olmaqla torpaq üzərində mülkiyyət ümumi olaraq qalırdı. Lakin istehsal prosesi artıq kollektiv deyildi. Əkin yerlərindən istifadə və onun becərilçməsi ayrı-ayrı ev təsərrüfatlarına adətən üç və ya daha çox nəslin nümayəndələrindən ibarət olub birlikdə yaşayan və təsərrüfatçılıq edən yaxın qohumlardan - valideynlər, onların iri uşaqları və nəvələrindən ibarət olan böyük ailələrə keçmişdi.
Qədim almanların əkinçilik sahəsində təsərrüfat qaydalarını Tasit bu cür səciyyələndirmişdi: "Torpaqların işçilərin sayına görə hamı birlikdə növbə ilə tutur və onu tezliklə öz aralarında ləyaqətə görə bölürlər. Torpaq sahəsi çox geniş olduğu üçün bölgü yüngül keçir. Onlar əkin sahələrini hər il dəyişirlər və hələ yenə də əkin yeri boş qalırdı". Bu təsvir göstərir ki, qədim almanlarda (özü də güman etmək lazımdır ki, çox tayfalarda0 eramızın I əsrində əkinçiliyin dincə qoyma sistemi hələ qalmaqda idi. Vaxt aşırı bütün əkin yerləri ayrı-ayrı ev təsərrüfatları arasında yenidən bölünürdü. Bütün icma üzvləri bölünməmiş yerlərdən - meşələr, otlaqlar, xam yerlərdən birlikdə istifadə edirdilər. Həyət yanı torpaqlar isə evlə birlikdə artıq ayrı-ayrı böyük ailələrin xüsusi mülkiyyətinə keçmişdi.
Arxeoloji məlumatlara görə yeni eranın əvvəlində bəzi yerlərdə (Yutlandiyada, Şimali Almaniyanın ayrı-ayrı rayonlarında ) nəinki həyət yanı sahələr, eyni zamanda əkin yerləri də böyük ailələrin fərdi irsi mülkiyyətinə ayrılıb verilir və ayrı-ayrı ev icmalarının mülkiyyətinə çevrilirdi. Yutlandiya və Şimali Almanıyanın bəzi rayonları ilə əlaqədar olaraq bunu arxeoloji məlumatlar təsdiq edir. Engelsin fikrincə, torpaqdan bu cür istifadə qaydası torpağın quruluşca yenidən bölüşdürmək üçün çətin olduğu yerlərdə - dar küçələrdə, bataqlıqlar arasındakı dar hüdud yüksəkliklərində yaranmışdı. Həyət yanı torpaqlar istisna edilməklə bütün icma torpaqları üzərində mülkiyyətin icmaya məxsus olduğu təsərrüfat qaydaları isə qədim alman tayfaları üçün hakim təsərrüfat qaydaları olaraq qalırdı.
Tasit dövründə də qədim almanlarda ictimai siniflər çox idi. Bilavasitə istehsalçıların əsas tipi yenə də əvvəlki kimi azad icma üzvləri idi. Onlar istismar olunmurdular, bərabər hüdudlu (torpağa malik olmaq, silah gəzdirmək, xalq yığıncağında iştirak etmək baxımından
və s.) idilər. Lakin ictimai təbəqələşmə artıq əmələ gəlmişdi. Qədim almanlarda qullar da vardı. Tasit onların vəziyyətini kifayət qədər ətraflı təsvir edir. Qulçuluğun başlıca mənbəyi müharibə idi. Qullar hüquqsuz idilər. Ağa öz qulunu öldürə bilərdi. Buna görə o heç bir cəza almırdı. Lakin qədim almanlarda qullar hər halda klassik quldarlıq cəmiyyətində olduğundan yaxşı vəziyyətdə idilər.Onların öz evi, öz təsərrüfatları vardı. Yalnız öz ağalarına məhsulla (taxıl, xırda mal-qara, parça) töycü verirdilər.
Onlar Tasitin güman etdiyi kimi Roma qullarından daha çox Roma kolonlarını andırırdılar. Qədim almanlarda azadlarla qullar arasında romalılarda olduğu kimi ictimai uçurum çox idi. Bütövlükdə qədim alman cəmiyyətində qulçuluq Roma cəmiyyətində olduğu qədər əhəmiyyətə malik deyildi; çünki qullar istehsalda başlıca rol oynayırdılar.
Bu özünün başlanğıc mərhələsində olan qulçuluq - "patriarxal qulçuluq" idi. Qulları nadir hallarda azadlığa buraxırdılar. Bu zaman azadlığa buraxılmışlar öz vəziyyətlərinə görə qullardan az fərqlənirdilər.
Azad qədim almanlar içərisində də ictimai təbəqələşmə nəzərə çarpırdı. Azad icma üzvlərinin ümumi kütləsindən nəsli əyanlar ayrılmışdı. Əyan ailələrinin nümayəndələri əmlakına və siyasi nüfuzuna görə başqa icma üzvlərindən fərqlənirdilər. Onların çoxlu mal-qarası, qulları vardı. Əmlaka görə təbəqələşməni arxeoloji məlumatlar da sübut edir. Elə bir kəndin özündəcə 2-4 baş mal-qara saxlanılmaq üçün yeri olan həyətlərlə yanaşı bəzən 30 başdan da çox mal-qara saxlanılmaq üçün yeri olan həyətlər olurdu. Bəzi qəbirlərdə rəngarəng silahlar - qılınclar, qalxanlar, bir neçə nizə ucluğu və zəngin bəzəkli ev əşyaları vardır. Bu yəqindir ki, nəsli əyanların qəbirləridir. Görünür, sıravi azad adamlarınki olan başqa qəbirlərdə yalnız ayrı-ayrı silah növləri - nizə, ya nizə və qalxan, bəzən qılınc və qalxan aşkar edilmişdir.
Sıravi icma üzvlərinə nisbətən əyan ailələrinin istifadəsində tədriclə həmçinin daha çox torpaq olurdu. Çünki torpaq ailələr arasında bərabər deyil, "ləyaqətə görə" (Secundum digalionem) və yaxud görünür, həmin ailələrin ictimai vəziyyətinə müvafiq olaraq bölünürdü.
Əmlak bərabərliyi Roma əyalətləri ilə həmsərhəd olan ərazilərdə yaşayan qədim alman tayfaları içərisində xüsusilə sürətlə inkişaf edirdi. Qədim almanların romalılarla qızğın ticarət əlaqələri və yerli romalaşmış əhalinin təsərrüfat qaydaları bu prosesə öz təsirini göstərirdi.
Tasitin zamanında qədim almanlar hələ dövlətə qədərki quruluşda yaşayırdılar. Ali hakimiyyət yenə də xalq yığıncağına məxsus idi. O müharibə sülh məsələlərini və başqa ən mühüm işləri həll edir, tayfanin ağsaqqalları və hərbi başçılarını seçir, tayfanın adətlərinə uyğun olaraq məhkəmə aparırdı. Lakin xalq yığıncağı ilə yanaşı ağsaqqallar şurası mühüm əhəmiyyət kəsb etmişdi. Bu hakimiyyət orqanı nisbətən az əhəmiyyətli məsələləri xalq yığıncağına müraciət etmədən müstəqil həll edir, daha mühüm məsələləri isə xalq yığıncağının müzakirəsinə hazırlayırdı. Beləliklə, əyanlardan ibarət olan ağsaqqallar şurası ictimai idarə işlərində az rol oynamırdılar.
Hərbi başçı müharibə zamanı qoşuna başçılıq edirdi. O, yararlı olmaq prinsipinə görə (Tasit yazır ki, "şücaətinə görə") seçilirdi. Lakin əslində çox hallarda əyan ailələri dairəsindən seçilirdi. Tasit qeyd edir ki, "böyük əsilzadəlik və ya ataların görkəmli xidmətləri sayəsində hətta cavanlara da başçı adı müəssər olur". Beləliklə, əyanlıq irsi keçirdi.
Tasit dövründə bəzi qədim alman tayfalarında yeni hakimiyyət orqanı - kral hakimiyyəti yarandı ki, bunun da əhəmiyyəti getdikcə artırdı.Tayfanın başında duran kral eyni ilə tayfa
ağsaqqalının funksiyalarını yerinə yetirməklə tayfa ağsaqqalının hüquqlarına malik idi: lakin o, tez-tez eyni zamanda hərbi başçının funksiyasını da yerinə yetirirdi. Xalq yığıncağı və ağsaqqallar şurası kralın hakimiyyətini məhdudlaşdırırdı. Tasit yazır:
"Kralların qeyri-məhdud yaxud özbaşına hakimiyyəti yoxdur və başçılar hökm etmək hüququndan daha çox nümunə göstərmək əsasında başçılıq edirlər". Krallar tayfanın bütün azad adamları tərəfindən, lakin əyan ailələrinin məhdud dairəsi içərisindən seçilirdilər. Özü də kral hakimiyyəti hələlik nəsli quruluşun idarə sistemi orqanlarından biri də, bir sıra hallarda artıq kralların xalqın başı üzərində duran ali hakimiyyət hüququna yiyələnməyə cəh göstərmələri nəzərə çarpır. Bəzi tayfalarda irsi kral hakimiyyətinin rüşeymləri meydana gəlirdi.
Bütpərəst ruhanilər - kahinlər və münəccimlər qədim alman tayfalarının ictimai həyatında müəyyən rol oynayırdılar. Kahinlər yığıncaqlarda qayda-qanun yaradır, ayrı-ayrı hallarda cinayətkarlara cəza verirdilər. Lakin kahinlər və münəccimlər ictimai həyatda müstəqil əhəmiyyəti olan xüsui imtiyazlı silk deyildilər.
Erzamızın I əsrinin sonunda qədim almanların ictimai həyatında hərbi drujnalar mühüm yer tuturdu. Sezarın təsvir etdiyi dövrdəkindən fərqli olaraq drujnalar artıq başçıların və başqa əyanların daimi hərbi dəstələrinə çevrilmişdi. Drujnaçılar öz başçılarının mülklərində yaşayır, onlardan silah, at, hərbi qənimətin bir hissəsini və qonaqlıq formasında təminat alırdılar. Öz başçılarına itaət və şəxsi səadətlə bağlı olan drujnalar hərbi başçıların və kralların hakimiyyətini möhkəmləndirdilər.Lakin bəzi tədqiqatçıların güman etdiklərinin əksinə olaraq əyanların və kralların idarə etmədə rolunun artması qədim almanlarda "aristokratiya quruluşunun" bərqərar olması demək deyildi. Sıravi azad kütlələr ictimai həyatda müəyyən edici rol oynamaqda davam edirdilər.
F.Engels bu zaman qədim alman tayfalarında meydana gəlməkdə olan idarəetmə təşkilatını "hərbi demokratiya" kimi səciyyələndirir. Bu təşkilat müharibə ilə üzvi surətdə bağlı idi. Çünki "müharibə və müharibə üçün təşkil olunmaq artıq xalq həyatının müntəzəm funksiyalarına çevrilir". Bununla belə həmin idarə sistemi demokratiya idi, ona görə ki, sıravi icma üzvləri ictimai idarə etmədə iştirak edirdilər. Xalq yığıncağı ali hakimiyyət orqanı idi. Bütün sıravi döyüşçülərdən ibarət xalq qoşunları tayfanın hərbi qüdrəti əsaslı olaraq qalmaqda idi.
Nəsli hələ çox güclü idi, əmin-amanlıq və müharibə zamanı qədim almanların həyatının bütün tərəflərini müəyyən edirdi. Qohumlar olmuş nəsil üzvündən miras qalmış əmlakın bölüşdürülməsində iştirak edirdilər. Zərər çəkmiş nəsil üzvünün qisasını almalı və hüquq qaydalarını pozmuş nəsil üzvündən alınan vergilərin və cərimələrin ödənilməsində iştirak etməli idilər. Müharibədə döyüş nizamı alarkən qədim almanlar nəsillərə və qohum qruplara görə düzülürdülər.
Beləliklə, Tasitin təsvir etdiyi dövrdə qədim alman tayfaları nəsli quruluşun ən yüksək pilləsində idilər. Bu quruluş artıq dağılmağa başlayırdı. Əmlak bərabərsizliyinin meydana gəlməsi hələlik məhdud şəkildə də olsa torpaq üzərində xüsusi mülkiyyətin əmələ gəlməsi, qan qohumluğu icmasının əkinçilik icması ilə əvəz olunması, əyanların və kral hakimiyyətinin irsi keçməsinin formalaşmağa başlaması bunu sübut edir.
Qərbi Roma imperiyasının süqutu və barbar krallıqlarının yaranması.
Dostları ilə paylaş: |