II-III əsrlərdə qədim almanların hərəkatı.
II-III əsrlərdə Şərqi və Mərkəzi Avropada qədim alman tayfalarının yenidən qruplaşması və yerdəyişməsi baş verdi ki, bu da qədim almanların Roma imperiyasının sərhədlərinə təzyiqinin artmasına gətirib çıxardı. Bunların başlıca səbəbi qədim alman cəmiyyətində məhsuldar qüvvələrin inkişafı idi. Qonşu tayfalar və xalqlar da qədim almanlara təzyiq göstərməklə onları hərəkətə gəlməyə vadar etdi.
Şərqi alman tayfaları - qotlar öz hərəkətləri zamanı xüsusilə uzun yol keçdilər. Onlar hələ II əsrdə Pribaltikaya qovuşuq olan vilayətlərdən Qara dəniz sahillərinə gəldilər. Dnestr və Aşağı Dunay boyunca məskən salmış qot tayfaları vestqotlar adlandılar. Dnestrdən şərqə doğru Qara dəniz və Azov dənizi sahillərinə qədər vilayətləri tutan qotlar isə ostqotlar adlandılar. Buradan I
Qədim almanlarda bu zaman daha sabit xarakter daşıyan yeni iri tayfa birlikləri meydana gəlmişdi: aleman ittifaqı (bu ittifaqa semnonlar, kvadlar və Reynin yuxarılarında yaşayan bəzi başqa tayfalar daxil idilər) ; saks tayfaları (aşağı Elbadan qərbə və şərqə doğru yaşayan bir sıra tayfalardan - xerusklar, xavklar və b. dan ibarət idi) ; frank ittifaqı (orta və aşağı Reyn tayfalarından - xamavlar, batavlar, sivambrlar, xattlar, salilər və b. dan ibarət idi). Qara dəniz sahillərində vestqot və ostqot ittifaqları. Lanqobard, vandal, burqund ittifaqları və b.
III-V əsrlərin əvvəllərində alemanlar Desyatin düzləri (Reyn, Dunay və Nekkar arasındakı üçbucağa daxil olan yerlər) adlanan torpaqları ələ keçirdilər. Bununla qədim almanlar imperiya ərazisinə sonrakı müdaxilələr üçün istinadgah əldə etdilər.
II-V əsrlərdə qədim almanların ictimai həyatında dəyişikliklər.
Qədim almanlarda məhsuldar qüvvələrin inkişafı öz ifadəsini istehsal və əkinçilik alətlərinin təkmilləşdirilməsində, ayrı-ayrı sənətlərin, peşələrin inkişafı və daha geniş yayılmasında, ticarətin inkişafında tapdı. Dəmir kavahınları ağır kotandan istifadə olunması genişləndi. Maladan istifadə olunması genişlənməyə başladı. Meşələrin təmizlənməsi yolu ilə əkin yerlərinin sahəsi artdı. Mal-qara cinsləri yaxşılaşdı.
Sənətdə və peşələrdə tərəqqiyə nail olundu. Qədim almanların hazırladıqları silahların (qılınc, dəbilqə, döyüş baltaları, ev avadanlığının, metal bəzək şeylərinin, dəri məmulatın, parçaların, dulusçuluq məmulatının artıq dulus çarxından istifadə edilməkdə istehsal olunan) keyfiyyəti yüksəldi. Gəmiquraşdırma işi təkmilləşdi. İri avarlı gəmilər quraşdırıldı. Ticarət genişlənmişdi. Roma tacirləri Almaniya vilayətlərinin daimi müştəriləri olmuşdular. Həmçinin Skandinaviya və Qara dəniz sahilləri ilə də ticarət edilirdi. Lakin bütün bunlarla belə, qədim almanlarda təsərrüfat natural olaraq qalırdı.
İmperiya ilə nisbətən sıx təmasda olmaq qədim almanlarda məhsuldar qüvvələrin inkişafı zəmnində nəsli quruluşun dağılması prosesini sürətləndirdi. Bu öz ifadəsini hər şeydən əvvəl azad icma üzvləri içərisində əmlaka görə təbəqələşmənin daha da dərinləşməsində, ayrı-ayrı
nəsillər arasında qeyri-bərabərliyin meydana gəlməsində tapırdı. Bəzi alman tayfaları arasında icma üzvləri arasında torpağın bərabər bölünməsi qaydası aradan qalxmışdı
Nəsillər arasında və nəsil daxilində qeyri-bərabərliyin meydana gəlməsini belə bir fakt da göstərir ki, bir sıra qədim alman tayfalarında yarımazad adamlar təbəqəsi (franklarda və sakslarda litlər, yutlarda letlər, lanqobardlarda aldilər) əmələ gəlmişdi ki, bunlar da adətən azad əkinçilərdən aldıqları toqpaqların istifadəçiləri idilər. Bu yarımasılılar təbəqəsinə başlıca olaraq nəslin yoxsullaşmış üzvləri daxil idilər. Öz ağalarından şəxsən, qismən və maddi cəhətdən asılı olan onların eyni zamanda qullardan fərqli olaraq müəyyən hüquqları vardı. Onların həyatı verkeldlə qorunurdu. Onlar əmlak sövdələri bağlaya bilərdilər.
Qədim almanların idarə sistemi əvvəlki kimi yənə də hərbi demokratiya idi. Lakin bu dövr üçün əyanların rolunun daha da güclənməsi, ictimai həyatda sıravi azadların əhəmiyyətinin azalması və hərbi drujnalara arxalanan irsi kral hakimiyyəti formasında dövlət rüşeymlərinin meydana gəlməsi səciyyəvidir.
Yeni ictimai-iqtisadi həyat şəraiti mədəniyyət və məfkurə sahəsində də dəyişikliklər baş verməsini labüd edirdi. Qədim almanlarda runa yazıları - qədim alman mənşəli xüsusi işarələrlə yanaşı yunan və Roma əlifbalarının hərflərindən istifadə olunan yazı sistemi meydana gəldi.Lakin bu yazıdan ancaq dini ayınlərin icrası və silah, avadanlıq üzərində qısa ifadələr yazmaq üçün istifadə olunurdu.
IV əsrdə bir sıra qədim alman tayfaları (qotlar, vandalla, burqundlar və s.) içərisində xristianlığın ariçilik forması yayıldı. Qotlar arasında xristianlığı ilk dəfə təbliğ edən Ulyifa olmuşdur. O, Bibliyanı qoy dilinə tərcümə etdi.
Lakin qədim alman tayfalarının həyatında baş vermiş bütün bu yeniliklər hələ heç də ictimai quruluşun kökündən dəyişməsi demək deyildi. Torpaq üzərində xüsusi mülkiyyət prinsipi hələ bərqərar olmamışdı və qədim almanlarda sinifli cəmiyyət hələ yaranmamışdı.
Dostları ilə paylaş: |