Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə27/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   23   24   25   26   27   28   29   30   ...   263
Orta srlr tarixi S D Skazkin

Afrikada Vandal krallığı.

Vestqotların ardınca Roma ərazisində qədim alman tayfası vandallar öz krallıqlarını yaratdılar: eramızın III əsrində onlar öz yerlərini dəyişib Almaniyanın daxili vilayətlərindən Dunay sahilinə, Dakiyaya gəldilər. IV əsrin əvvəlində Pannoniyaya köçdülər, sonra isə hunların təzyiqi ilə qərbə doğru hərəkıət etdilər. V əsrin əvvəllərində vandallar başqa barbar tayfaları ilə birlikdə Reyn sahilində Roma müdafiə xəttini yardılar. Qalliyaya soxuldular və onu dəhşətli surətdə viran etdilər. Vandallar Qalliyadan alanlarla və svevlərlə birlikdə İspaniyaya köçdülər.Bir qədər sonra onlar burada vestqotlarla toqquşdular.


429-cu ildə vandallar almanlarla birlikdə boğazdan (indiki Cəbəllütariq) Şimali Afrikaya keçdilər. Onlara kral Qeyzenix başçılıq edirdi. O, Şimali Afrikadakı Rom canişinin qiyamından, yerli tayfaların (barbarların) Romaya qarşı üsyanlardan və axıradək yatlrılmamış aqonistiklərin xalq hərəkatından istifadə edə bildi. Qeyzerix Şimali Afrikanın çox hissəsini işğal etdi. Burda paytaxtı Karfagen olan müstəqil Vandal krallığı meydana gəldi. Ariçi olan vandallar məskən saldıqları ərazidə (indiki Tunis və Liviya) Roma əyanları və katolik kilsəsinin torpaqları və əmlakını ələ keçirdilər. Sonra Balear adalarını, Korsika, Sardiniya, Siciliyanı zəbt edən Qeyzerix 455-ci ildə dənizdən İtaliyaya basqın edib Romanı ələ keçirdi. Vandallar şəhəri dəhşətli durətdə talan və viran etdilər, çoxlu mədəniyyət abidəsi və incəsənət əsərlərini məhv etdilər. Sonralar meydana gələn "vandalizm" termini öz mənşəyini buradan götürür ki, bu termin də mədəni sərvətlərin vəhşicəsinə məhv edilməsini ifadə etmək üçün işlədilir.


Vandal krallığı 534-cü ilədək uaşadı. Həmin il imperator Yustinianın qoşunları vandalları darmadağın etdi və Şimali Afrikanı Bizansa birləşdirdi.




Burqund krallığının yaranması.

V əsrdə Cənub-şərqi Qalliyada Burqund krallığı yarandı. Burqundlar V əsrin əvvəllərində vandallar, alanlar və svevlərlə birlikdə Reyni keçdilər və Orta Reyndə özlərinin mərkəzi Vorms olan krallıqlarının əsasını qoydular. 437-ci ildə Burqund krallığını hunlar darmadağın etdilər. Roma höküməti burqundların qalıqlarını federat sifəti ilə Cenevrə gölündən cənuba və cənub-qərbə doğru Sabaudiyada (indiki Savoyya) məskunlaşırdı. Sonralar Burqundlar yuxarı və orta Rona, Sena və onların qollarının vadilərinə yayıldılar və 457-ci ildə paytaxtı Lion olan yeni Burqund krallığı formalaşdı.


Burqundlar torpaqları yerli əhali ilə bölüşdürdülər. Yəqin ki, yalnız əyanların deyil, həm də torpaq sahiblərinin də torpaqları bölüşdürüldü. Burqundlar meşələrin, çəmənlərin və otlaqların yarısını, qulların üçdə birini və qalliya-romalılarının əkin yerlərinin əvvəlcə yarısını sonralar isə üçdən ikisini özlərinə götürdülər. Burqundlar qan qohumluğu qrupları (böyük ailələr) halında məskən saldılar. Belə ailələr faralar (onların üzvləri isə faramanlar) adlanırdılar. Vestqotlar kimi burqundlar da Roma ağalığında güc çatmaz vergilərdən xilas olmağa çalışan Qalliya əhalisinin müqavimətinə rast gəlməlidirlər. V əsr qalliya-roma ruhanisi Salvinanın ifadəsincə, Roma ilebsi "bir səslə bəyan edib ki, ona barbarlarla yaşamaq rəva görülmüşdür...". Yerli əyanların bəzi nümayəndələri barbar krallarına xidmət etməyə başlamışdılar. 534-cü ildə Burqund krallığını franklar işğal etdilər.


Hun tayfa birliyi V əsrdə.

Hunlar ostqotları darmadağın etdikdən sonra Roma ərazisinə soxulmağa başladılar. V əsrin əvvəlində onlar Pannoniyanı (müasir Macarıstanın qərb hissəsini) tutdular və burada böyük bir tayfa birliyi yaratdılar ki, bunun da tərkibinə onlaın əsarət altına saldıqları bir çox qədim alman tayfaları və qeyri tayfalar (ostqotlar, kvadlar, markomanlar, qerullar, qebidlər və b.) daxil idilər.Hunların ictimai inkişaf səviyyəsi bu dövr üçün müəyyən qədər yüksəlmişdi. İctimai təbəqələşmə güclənmiş, başlıca olaraq ev təsərrüfatında istifadə olunan qullar əmələ gəlmiş, irsi kral hakimiyyəti yaranmağa başlamışdı. Lakin əsas kütləsi köçəri olaraq qalan hunlar başlıca olaraq mal-qara üçün örüşə və hərbi qənimətə ehtiyacı hiss edir və buna görə də öz işğallarını davam etdirirdilər. Bu zaman onlar amansızcasına bütöv kəndləri və şəhərləri məhv edir, əsarət altına salınmış əhalıdən bacalırdılar. V əsrin 40-cı illərinin ortalarında hunların başında, müasirləri tərəfindən "allahın bəlası" adlandırılan fəal başçı Attila durdu. Onun başçılığı altında hunlar Avropanın xeyli hissəsini viran qoydular.


Köçəri hunların ictimai inkişafının daha aşağı səviyyədə olması, əkinçiliklə məşğul olan qədim alman tayfalarının Qalliya, İspaniya və İtaliyada əsasını qoyduqları krallıqlar üçün səciyyəvi olan Roma və barbar ictimai münasibətlərinin qarşılıqlı təsirini istisna edirdi.


50-ci illərin əvvəlində Attila Reyni keçdi və Qalliyaya soxuldu. 451-ci ildə Şampanda Maurian yaxınlığında o dövrün ən böyük vuruşmalarından biri baş verdi. Sərkərdə Aesinin başçılıq etdiyi romalıların tərəfində vestqotlar, franklar, burqundlar çıxış edirdilər. Osqotlar və qebidlər isə hunların tərəfində idilər. Bu vuruşmada hunların böyük tələfatı oldu və Reynin arxasına çəkilməyə məcbur oldular. Attilanın ölümündən(454) sonra hun tayfa birliyi dağıldı.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin