Britaniyada anql-saks krallıqlarının yaranması.
əsrin əvvəlində bütün qüvvələrini İtaliyanı barbarlardan müdafiə etməyə səfərbər etmiş olan Roma hğküməti Britaniyadan öz legionlarını geri çağırmağa məcbur oldu. Bundan sonra kelt tayfaları piktlər və skotlar şimaldan ölkənin Roma tipli şəhərlər və villalar olan cənub-şərq rayonlarına basqınları gücləndirdilər.
V əsrin ortalarında Britaniya Almaniyanın şimal sahili boyundan və Yutlandiya yarımadasından qədim alman tayfalarının - anqllar, sakslar, yutların, habelə Şimal dənizi sahili boyunca yaşayan frizlərin, əlaqəsiz də olsa, kütləvi basqınları başladı.
Anqllar və sakslar bu tayfaların içərisində çoxluq təşkil edirdilər. Buna görə də Britaniyaya basqın edən və burada məskən salan bütün tayfaları ümumi adla anql-sakslar adlandırırdılar. Britaniyanın kelt əhalisi - britlər işğalçılara inadlı müqavimət göstərirdilər.
VII əsrin əvvəlinədək davam edən mübarizə nəticəsində kelt əhalisinin xeyli hissəsi məhv edildi və ya itaət altına salındı. Britlərin bir qismi azadlıqlarını və torpaqlarını saxladılar və tədriclə qədim alman istilaçıları ilə qarşılaşdılar. Digər qismi - Qalliyaya Armorikə (gələcək Bretan).
Keltlər müstəqilliklərini yalnız adanın qərb uclarında (Uels və Kornuoll), şimalda (Şotlandiyada), habelə İrlandiyada saxladılar.İstilaçılar Britaniya ərazisində bir neçə anql-saks barbar krallığı yaratdılar.
Frank krallığının yaranması.
Frankların adı ilk dəfə eramızın III əsrinə aid Roma mənbələrdində çəkilir. Bu qədim almanların bir neçə nisbətən qədim tayfalarının birləşməsindən yaranmış böyük tayfa ittifaqı
idi. Franklar Reynin aşağı və orta axarı boyunca və Şelda boyunca dəniz sahilində yaşayırdılar. III-IV əsrlərdə franklar məskən salmaq üçün yeni yerlər axtara-axtara tez-tez Roma Qalliyasına hücum edirdilər. IV əsrin ikinci yarısında onlar Toksandriyanı (Maasla Şelda arasında vilayət) tutdular. burada imperiyanın federatı sifəti ilə məskən saldılar. V əsrin ortaları üçün salik frankları öz torpaqlarını cənuba və Şərqdə Sommaya qədər genişləndirdilər.
"Salik" franklardan bir tayfa başçısı - Xlodviq (481 - 511) Qərbi Roma imperiyasının süqutundan sonra Şimal-şərqi Qalliyanın işğalına başladı. Bu zaman Şimal-şərqi Qalliyanın əvvəllər burada imperatorun canişini olmu. Roma maqnatı Snaqri idarə edirdi. 486-cı ildə Suasson yaxınlığında Snaqrinin qoşunlarını darmadağın edən Xlodviq Senaya qədərki torpaqları zəbt etdi. Sonralar isə frank torpaqlarını Luaraya qədər genişləndirdi. Qalliyanın mühüm hissəsini ələ keçirən Xlodviq sali franklarının habelə başqa frank tayfalarının başçılarını - krallarını aradan götürdü və bütün frankları öz hakimiyyəti altında birləşdirdi. Xlodviq öz hakimiyyətini möhkəmləndirmək üçün 496-cı ildə öz drujnası ilə birlikdə ariçiliyi qəbul etmiş vestqotlar, ostqotlar, vandallar, burqundlar, lanqobardlardan fərqli olaraq ortodoksal kilsə ayini üzrə xristianlığı qəbul etdi. Bu Qalliyanın işğalının davam etdirilməsində qalliya-roma ruhanilərinin Xlodviqi müdafiə etməsini təmin edən çevik siyasi addım idi. Çünki qalliya-roma ruhaniləri ariçilik təriqətinin timsalında öz sərvətləri, kilsə mülkiyyəti üçün təhlükə görürdülər.
Franklar Qalliyanı işğal edərkən imperiya ərazisinə soxulmuş vestqotlar, ostqotlar və başqa qədim alman tayfalarından fərqli olaraq heç zaman özlərinin Almaniyadakı vətənləri ilə əlaqələrini kəsməmişdilər ki, bu da onlar üçün V-VI əsrin əvvəlində Reyn arxasından daim təzə qüvvələrin axıb gəlməsini təmin edirdi.
Mənbələrdə franklarla yerli Qalliya-Roma əhalisi arasında torpaqların hər hansı şəkildə nizamlı bölgüsü haqqında heç bir reydin olmaması belə düşünməyə əsas verir ki, franklar, başlıca olaraq, boş torpaqlarda, qismən də, ola bilsin ki, yerli əhalinin əlindən alınmış torpaqlarda məskunlaşmışdılar.Drujina üzvləri frank krallarının yiyələndikləri keçmiş imperator sülaləsinin mülklərindən də torpaq alırdılar.İstila edilmiş torpaqlarda franklar qan qohumluğu birlikləri – böyük ailələrlə məskən salırdılar.Lakin frankların kütləvi surətdə məskən saldıqları yerlər Luaradan şimala doğru olan ərazi ilə məhdudlaşırdı.Cənubi Qalliyada frank-qulluqçu əyanların yalnız məhdud bir təbəqəsi məskən saldı.
Dostları ilə paylaş: |