Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Xlodviqin varisləri zamanında dövlətin parçalanması



Yüklə 3,06 Mb.
səhifə37/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   33   34   35   36   37   38   39   40   ...   263
Orta srlr tarixi S D Skazkin

Xlodviqin varisləri zamanında dövlətin parçalanması.

Xlodoviqin oğulların ın zamanında iri torpaq sahibliyinin və iri torpaq mükələfiyyətlərinin xüsusi hakimiyyətinin güclənməsi, kral hakimiyyətinin zəifləməsinə gətirib çıxardı. Səxavətlə torpaq payladıqları üçün öz torpaq mülkləri və gəlirlərinin mühüm hissəsindən məhrum olan frank kralları iri torpaq sahiblərinin mərkəzdən ayrılma cəhdlərinə qarşı mübarizədə aciz qaldılar. Xlodviqin ölümündən sonra frank dövləti parçalanmağa başladı.


IV əsrin sonundan frank dövlətinin tərkibində üç müstəqil vilayətin ayrılması nəzərə çarpır:Paris mərkəz olmaqla Neystriya – Şimal-Qərbi Qalliyada ;Avstraziya- Frank dövlətini Şimal-Şərq hissəsi; Reyn və Maasın hər iki sahilindəki əski frank vilayətlərini əhatə edən Burqindiya- burqundların keçmiş krallığının ərazisi. VII əsrin sonunda isə cənub- qərbdə Aqvitaniya ayrıldı. Bu dörd vilayət öz aralarında həm əhalinin etnik tərkibinə və ictimai quruluş xüsusiyyıtlərinı görə,həm də feodallaşma dərəcəsinə görə fərqlənirdilər. Frank istilasının başlandığı zaman güclü romalaşmağa məruz qalmış Neystriyada ,istiladan sonra da əhalinin mühüm hissəsini təşkil edən qalliyalı- romalılar krallığın başqa vilayətlərindən daha tez istilaçılarla- franklarla qaynayıb- qarışdılar. Burada, artıq,VI əsrin sonu –VII əsrin əvvəli üşün iri kilsə və dünyəvi torpaq sahibliyi böyük əhəmiyyət kəsb etdi və azad kəndliləri aradan qalxması prosesi sürətlə getdi.


Əhalisinin əsas kütləsi franklar onlardan aslı olan başqa qədim alman tayfalarından ibarət olan ,qalliya – roma qaydalarının təsirinin isə zəif olduğunu Avstraziyada ta VIII əsrin əvvəlinə qədər daha primitiv ictimai quruluş davam etdi; burada icma- marka daha ləng dağılırdı,icma – markaya daxil olan və hərbi qoşunların əsasını təşkil edən xırda azad torpaq sahibləri- allodçular böyük rol oynamağa davam edirdilər. Yaranmaqda olan feodallar sinifi,əsasən,xırda və orta feodallardan ibarət idi. Kilsə torpaq sahibliyi burada Neystriyaya nisbətən daha zəif idi.


Xırda azad kəndlilərə və orta mülk sahiblərinə məxsus torpaq sahibliyi əhalisi qədim almanlarla qarışmış olan ( əvvəlcə burqundlar və vestqotlarla ,sonra isə franklarla) Qalliya-Roma da,həmçinin Burqundiya və Akvitaniyada uzun müddət qaldıLakin bununla belə ,orada iri torpaq mülkləri ,xüsusilə kilsələrə məxsus iri torpaq mülkləridə vardə. Azad icmalar isə artır, VI əsirdə,demək olar ki,hər yerdə aradan qalxmışdı.

Bu vilayətlər arasında iqtisadi əlaqələr zəif idi,(o zaman natural-təsərrufat münasibətləri hökmranlıq edirdi) ki,bu da onların vahid dövlət halında birləşməsinə mane olurdu. Frank dövlətinin parçalanmasından sonra bu vilayətlərə başçılıq edən Merovinqlər sülaləsindən olan krallar öz aralarında üstünlük uğrunda mübarizə aparırdılar. Bu mübarizə həmin vilayətlərdən hər birinin daxilində krallarla iri torpaq sahibləri arasında gedən aramsız toqquşmalarla mürəkkəbləşirdi.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin