Frank dövlətində feodalizmin inkişafı
1. Merovinqlərin Frank dövləti
486-cı ildə Şimali Qalliyada frank istilası nəticəsində Frank dövləti meydana gəldi. Bu dövlətin başında salik franklarının başçısı, Merovey nəslindən olan (Merovinqlər sülaləsi buna görə belə adlanır) Xlodviq (486-511) dururdu. Frank dövləti tarixinin V əsrin sonundan VII əsrin sonuna qədərki dövrünü əhatə edən, adətən, merovinqlər dövrü adlanan birinci dövrü belə başlandı.
Xlodviqin dövründə Akvitaniya (507), onun xələflərinin zamanında Burqundiya (534) istila olundu; ostqotlar frankların xeyrinə Provansdan əl çəkdilər(536).VI əsrin ortalarına doğru Frank dövjəti keçmiş Roma əyaləti olan Qalliyanın, demək olar, bütün ərazisini əhatə edirdi. Franklar Reynin o tayında yaşayan bir sıra qədim alman tayfalarının da özlərinə tabe etmişdilər; turinqlər, alemanlar və bavarlar frankların ali hakimiyyətini qəbul etmişdilər; sakslar onlara illik bac verməyə məcbur edilmişdilər. Frank dövləti Avropanın kontinent hissəsindəki bütün başqa barbar krallıqlarına nisbətən xeyli uzun müddət yaşadı; bu krallıqlardan bir çoxunu (əvvəlcə Bestqot krallığının bir hissəsini və Burqund krallığını, sonra Lanqobard krallığını) öz tərkibinə qatdı. Frank dövlətinin tarixi feodal münasibətlərinin inkişaf yolu onun ən erkən mərhələsindən başa çatmasına qədər izləmək imkanı verir. Burada feodallaşma prosesi dağılmaqda olan son Roma və qədim alman nəsli-tayfa münasibətlərinin qovuşması formasında baş vermişdi. Bunların ayrı ayrılıqda nisbəti ölkənin şimalında və cənubunda eyni bərabərdə deyildi. Frankların özlərinin hələ kifayət qədər primitiv ictiman quruluşları ilə bütöv əraziləri tutduqları və əhalinin mühüm hissəsini təşkil etdikləri Luaradan şimala doğru son antik və barbar ünsürləri təqribən eyni nisbətdə qarşılıqlı təsirə malik idilər. Franklar burada Qalliya-Roma əhalisindən təcrid olunmuş halda məskən saldıqları üçün onlar özləri ilə gətirdikləri ictimai qaydaları, məsələn, azad icmanı cənuba nisbətən uzun müddət saxladılar. Luaradan cənubdakı vilayətlədə franklar az idilər; burada bundan əvvəl məskən salmış vestqotlar və burqundlar da azlıqda qalırdılar.
Bu sonuncular frank istilasından çox əvvəl Qalliya Roma əhalisi ilə daimi və sıx təmasda yaşayırdılar. Buna görə də burada qovuşma prosesində son antik münasibətlərinin təsiri şimala nisbətən daha mühüm rol oynamışdı; barbar ictimai qaydalarının dağılması isə tez baş vermişdi.
“Salik qanunları”- frankların ictimai quruluşunun öyrənmək üçün mənbədir.
Merovinqlər dövründə frankların (ən çox Şimali Qalliyada) ictimai quruluşunu öyrənmək üçün ən mühüm mənbə daha çox məlum olan barbar qanunlarından biri-“Salik qanunu”dur (“Zex Zalica”). O, güman olunduğu kimi, salik franklarının VI əsrin əvvəlində, yəni hələ Xlodviqin sağlığında ikən (ona dilsin ki, onun göstərişi ilə) yazıya alınmış məhkəmə adətlərinin toplusudur. Başqa barbar həqiqətlərinə nisbətən Roma təsiri burada qat-qat azdır və özü də, başlıca olaraq, zahiri əlamətlərdə-latın dilində yazılmasında, cərimələrin Roma pul vahidləri ilə alınmasında özünü göstərir.
“Salik qanunu” franklarda hələ işğala qədər mövcud olmuş qədim ibtidai icma quruluşu qaydalarını az-çox saf şəkildə əks etdirir. Lakin biz burada yeni məlumatlar-əmlak və ictimai bərabərsizliyin, tərpənən əmlak üzərində xüsusi mülkiyyətin, torpağa varislik hüququnu və nəhayət, dövlətin meydana gəlməsi haqqında da məlumatlar tapırıq. VI-IX əsrlər ərzində frank kralları “Salik qanunu”na yeni-yeni əlavələr etmişdilər. Buna görə də o nisbətən sonrakı dövrlərin mənbələri ilə birlikdə frank cəmiyyətini ibtidai icma quruluşundan feodalizmə doğru sonrakı təkamülünü də izləmək imkanı verir.
“Salik qanunu”nun məlumatına görə frankların təsərrüfatı və icma təşkilatı.
Tasitin təsvir etdiyi qədim almanlara nisbətən franklarda təsərrüfatın inkişaf səviyyəsi xeyli yüksək idi. VI əsrdə frankların əsas məşğuliyyət sahəsi olan əkinçilikdə, görünür, artıq ikitarlalı sistem hökmranlıq edirdi; əkin yerlərinin vaxtaşırı yenidən bölüşdürülməsi qaydası aradan qalxmışdı. Həmin qayda daha intensiv idi və əkinçilik formalarının inkişafını çətinləşdirirdi. Dənli bitkilər- çovdar, buğda, yulaf, arpa ilə yanaşı franklarda paxlalı bitkilər və kətan da geniş yayılmışdı. Bostan, bağ, üzümlüklərin becərilməsi də artmışdı. Torpağı yaxşı şumlayan dəmir gavahınlı kotan hər yerdə yayılmışdı. Kənd təsərrüfatında müxtəlif iş heyvanlarından-öküz, qatır və eşşeklerden istifadə olunurdu. Torpağı becərmək üsulları yaxşılaşmışdı. Torpağı iki dəfə və ya üç dəfə şumlama, malalama, əkinlərin cərgəarası alaq edilməsi, paya ilə taxıl döyülməsi adi hal almış, əl dəyirmanları əvəzində su dəyirmanlarından istifadə edilməyə başlanılmışdı. Maldarlıq da xeyli inkişaf etmişdi. Franklar çoxlu miqdarda iribuynuzlu mal-qara və xırda buynuzlu heyvanlar-qoyun, keçi, habelə donuz və müxtəlif ev quşları bəsləyirdilər. Adi məşğuliyyətləri içərisində ovçuluq, balıqçılıq, arıçılığın adını çəkmək lazımdır.
Təsərrüfatda tərəqqi frank cəmiyyətinin ancaq daxili inkişafının nəticəsi deyil, həm də frankların, bundan daha tez isə vestqotlar və burqundların Qalliyanın cənubunda, işğal edilmiş Roma ərazisində kənd təssərrüfatını idarə etməyin daha təkmil metodları ilə rastlaşmaları və bunu mənimsəmələri idi. Bu dövrdə franklarda tərpənən əmlak üzərində tamamilə inkişaf etmiş xüsusi mülkiyyət mövcud idi. Bunu, məsələn, “Salik qanunu”nun taxıl, mal-qara, ev quşları, qayıq, balıq toru oğurluğuna qarşı müəyyən etdiyi yüksək cərimələr təsdiq edirdi. Lakin həyətyanı sahələr istisna edilməklə torpaq üzərində xüsusi mülkiyyət “Salik qanunu”na hələ məlum deyildi. Hər bir kəndin əsas torpaq fondunun mülkiyyətçisi onun sakinlərini kollektivi-xırda azad əkinçilər idilər ki, bunlar da icmanı təşkil edirdilər. “Salik qanunu”nun ən qədim mətninin məlumatlarına görə Qalliyanın istifasından sonra ilk dövrdə frank icmaları olduqca müxtəlif böyüklükdə olan məskənlərdən ibarət idi ki, bunlar da öz aralarında qohumluğu olan ailələrdən təşkil edilmişdi. Çox hallarda bunlar böyük (patriarxal) ailələr idilər. Belə ailələr adətən üç nəsildən-ata, onun yaşılı övladları və onların ailələrindən ibarət olmaqla birgə təsərrüfatçılıq edən yaxın qohumları əhatə edirdi. Lakin, artıq kiçik fərdi ailələr də meydana gəlirdi. Evlər və həyatyanı sahələr ayrı-ayrı böyük və kiçik ailələrin xüsusi mülkiyyəti idi. Əkin, bəzən də biçənək payları onların irsi xüsusi istifadəsində idi. Bu pay torpaqları adətən hasarla, çəpərlə əhatə olunur və yüksək cərimələrlə basqınlardan və əluzunluq edənlərdən qorunurdu. Lakin irsi torpaq paylarına müstəqil sərəncam vermək hüququ ancaq bütün icma kollektivinə məxsus idi. Franklarda torpaq üzərində fərdi ailə mülkiyyəti V əsrin sonu-VI əsrdə hələ yenicə meydana gəlirdi. Bunun “Salik qanunu”nun IX fəsli- “allodlar haqqında” fəsil təsdiq edir. Bu fəsildə göstərildiyinə görə torpaq mirası, torpaq (terra) tərpənən əmlakdan ( o sərbəst surətdə irsi keçə və ya bəxşiş verilə bilərdi) fərqli olaraq ancaq kişi xətti ilə irsi keirdi- böyük ailənin ölmüş başçısının oğullarına qalırdı; qadınlar torpağa varislikdən məhrum edilirdilər. Böyük ailə
başçısının oğulları qalmadıqda torpaq icmanın sərəncamına keçirdi. Bu kral Xilperikin (561-
fərmanından aydın görünür. Həmin fərman “Salik qanunu”nun yuxarıda göstərilən fəslini dəyişdirərək müəyyən edirdi: ölmüş böyük ailə başçısının oğlulları qalmadıqda torpaq mirası “qonşulara deyil” ( görünür, əvvəllər belə imiş), onun, yəni ailə başçısının qızına, yaxud qardaşı və bacısına çatmalı idi.“İcma onun üzvlərinin fərdi istifadəsində olan torpaqlar üzərində, həmçinin başqa hüquqlara da malik idi.
Görünür, franklarda “açıq tarlalar sistemi” vardı: məhsul yığıldıqdan sonra bütün əkin payları və ot çalımından sonra bütün biçənək payları ümumi otlağa çevrilmişdi. Bu zaman onların dövrəsindəki bütün çəpərlər sökülürdü . Herik torpaqlardan da ictimai otlaqlar kimi istifadə edilirdi. Belə qayda böyük ailələrin ifadəsincə olan əkin yerklərinin bir-birinə qarışmış halda adda-budda səpələnməsi və bütün icma üzvləri üçün məcburi olan növbəti əkin sistemi ilə əlaqədar idi. Həyətyanı təssərrüfata, əkin və biçənək paylarına daxil olmayan torpaqlar( meşələr, xamlar, bataqlıqlar, yollar, bölünməmiş biçənəklər) ümumi mülkiyyət idi və bu yerlərdən istifadə zamanı hər bir icma üzvünə bərabər pay ayrılırdı.
XIX əsrin sonu və XX əsrin bir sıra burjua tarixçilərinin( N.-D. Fustel de Kulanj, B.Bittix, L. Dopş, T.Mayer, K. Bosl, O.Brunner və b.) V-VI əsrlərdə franklılarda torpaq üzərində tam xüsusi mülkiyyətin hökmranlıq etməsi haqqında iddiların əksinə olaraq “Salik qanunları”nın bir sıra fəsilləri franklarda icmanın mövcud olduğunu aydın sübut edir. Məsələn, “Təzə köçənlər haqqında” XIV fəsildə deyilir: “Əkər birisi villaya (burada “villa”) kənd mənasındadır- red.) başqasının yanına köçüb gəlmək istəyirsə və villanın sakinlərindən biri və ya bir neçəsi onu qəbul etməyə razıdırsa, ancaq bircə nəfər də olsa bu köçə etiraz edirsə, onun həmin yerdə məskən salmaq hüququ yoxdur”. Əkər kəlmə,bununla belə kənddə məskən salarsa etiraz edən ona qarşı məhkəmə işi qaldıran və onu məhkəmə vasitəsi ilə qova bilər. Beləliklə, buradakı “qonşular” öz kəndlilərindəki torpaq münasibətlərini tənzim edən icma üzvləridir.
“ Salik qanunları”na görə frank cəmiyyətinin təsərrüfat və ictimai təşkilatının əsasını təşkil edən icma V-VI əsirlərdə əkinçilik icmasından (bu icmada böyök ailələrin əkin payı da daxil olmaqla bütün torpaqlar üzərində kollektiv mülkiyyət qalırdı) qonşuluq icmasına-markaya keçid mərhələsində idi; həmin icmada,yəni qonşuluq icmasında – markada isə əkin
torpaq payları üzərində kiçik
|
fərdi
|
ailələrin
|
mülkiyyəti hökmranlıq edir,əsas
|
meşə,biçənək,xam torpaq,otlaq və b.torpaq
|
fondu
|
üzərində isə icma
|
mülkiyyəti hələ
|
qalırdı.Qalliyanın işğalına qədər faranklarda
|
torpaq üzərində nəsil mülkiyyəti mövcud idi.
|
Nəsillər
|
isə ayrı-ayrı böyük ailələrə bölünmüşdür (elə bu da əkinçilik
|
icması idi).İstila
|
dövrünün
|
üçün sürən hücumları
|
və yeni ərazidə
|
səpələnərək məskən
|
salınması nəsli
|
əlaqələrin hələ II-IV əsrlərdə başlanmış zəifləməsi və yeni , ərazi münasibətlərinin yaranması prosesinin sürətlənidirdi .Sonralar meydana gəlmiş qonşuluq icması –marka da bu münasibətlərə əsaslanırdı. F.Enkelsin fikrincə “nəsil icma –markada əriyib , amma icma-markada onun icma üzvlərinin qohumluq əlaqələrindən əmələ gəlməsi nişanələri hələ kifayət qədər tez-tez nəzərə çarpırdı”.
“ Salik qanunları”nda nəsli münasibətlər aydın nəzərə çarpır: istilaldan sonra da bir çox icmaların mühüm hissəsi qohumlardan ibarət idi;azad frankların həyatında onu qohumları böyük rol oynamaqda davam edirdi. “Altı arxaya qədər”(bizim hesabımıza görə üçüncü nəslə qədər)bütün nəsil üzvlərinin möhkəm ittifaqı onlardan ibarət olurdu.Bu ittifaqın bütün üzvləri məhkəmədə müəyyən qayda ilə öz qohumlarının vəkilləri sifətilə çıxış etməli ( öz qohumlarının xeyrinə and içməli) idilər.Frank öldürdüyü halda vergeldin alınması və ödənilməsində ancaq
öldürülənin və ya öldürənin ailələri deyil, eyni zamanda onların həm ata,həm də ana tərəfdən ən yaxın qohumlarıda iştirak edirdilər .
Lakin “Salik qanunları” , eyni zamanda , artıq nəsli münasibətlərin dağılması və tənəzzülü prosesini də göstərir. Nəsli təşkilatın üzvləri içərisində əmlak təbəqələşməsi nəzərə çarpır. “Bir ovuc torpaq haqqında” fəsildə yoxsulaşmış nəsil üzvünü öz qohumuna qanbahası ödəməklə kömək edə bilməyəcəyi halda nə etmək lazım gəldiyi göstərilir:belə halda o “nisbətən varlılıardan birisinin üzərinə bir ovuc torpaq atmali idiki ,o hər şeyi qanun əsasında ödəsin”.Nisbətən varlı nəsil üzvlərinin qohumluq ittifaqından çıxmağa can atdıqları müşahidə olunur . “Salik qanunları” nın IX fəsli qohumluqdan imtina qaydasını təfsilatı ilə təsvir edir: bu zaman həmin şəxs məhkəmə iclasında hamının qarşısında qohumlarına vəkillikdən ,qan bahası ödənilməsi və alınmasında iştirak etməkdən,varislikdən və qohumları ilə başqa əlaqələrdən imtina etməlidir .Belə adam öldükdə onun mirası qohumlarına deyil, kral xəzinəsinə çatırdı.
Nəsil üzvləri içərisində əmlaka görə təbəqələşmənin inkişafı nəsil əlaqalərinin zəifləməsinə , böyük ailələrin kiçik fərdi ailələrə parçalanmasına gətirib çıxarırdı.VI əsrin sonunda azad frankların irsi pay torpaqağı kiçik fərdi ailələrin tam,sərbəst surətdə özgəninkiləşdirilən torpaq mülkiyyətinə - alloda çevrilir.Əvvəllər, “Salik qanunları”nda bu istilah hər cür mirasa aid edilirdi: tərpənən əmlakla əlaqədar olaraq allod o zaman mülkiyyət kimi başa düşülürdü; lakin torpaqla əlaqədar olaraq ancaq irsi pay torpağı kimi başa düşülürdü ki, buna da sərbəst surətdə sərəncam vermək olmazdı .Kral Xilperikin , artiq , yuxarıda qeyd olunmuş fərmanı icma üzvlərinin fırdi varislik hüququnu xeyli genişləndirməklə, əslində, icma üzvlərinin pay torpaqlarına sərəncam vermək hüququnu icmanın əlindən aldı.Pay torpaqları vəsiyyət , bəxşiş , sonra isə alqı-satqı obyekti olur,yaxud icma üzvünün mülkiyyətinə verilir
.Bu dəyişiklik prinsipial xarakter daşıyır və icmada əmlak və ictimai təbəqələşmənin daha da dərinləşməsinə , onun dağılmasına gətirib çıxarırdı.
F.Enkelsin fikrincə, “allodla torpaq mülklərinin ibtidai bərabərliyinin onun əksinə çevrilməsi üçün təkcə imkan deyil,həm də zərurət də yaranmış oldu”.
“Allodun meydana gəlməsi ilə əkinçilik icmasını adətən icma- marka adlanan qonşuluq icmasına və ya ərazi icmasına çevrilməsi başa çatır ki, bu icma da artıq qohumlardan deyil,qonşulardan ibarət idi.Onlardan hər biri – kiçik fərdi ailələrin başçısı, həm də öz torpaq payının –allodunun mülkiyyətiçisi idi.İcmanın hüququ ancaq markanın bölünməmiş torpaqlarına (meşələr, xamlar,bataqlıqlar,ictimai örüşlər, yollar və i.a)şamil edilirdi ki,bu yerlərdə icma – markanın bütün üzvlərinin kollektiv istifadəsində qalırdı. VI əsrin sonlarına yaxın biçənək və meşə sahələri də tez -tez həmçinin ayrı-ayrı icma üzvlərinin allod mülkiyyətinə çevrilirdi.
Franklarda VI əsrin sonlarına yaxın meydana gəlmiş icma –marka icma torpaq mülkiyyətinin axrıncı forması idi. Bu icma çərçivəsində ibtidai icma qurluşunun dağılması başa çatır və sinfi feodal münasibətləri meydana gəlir.
Dostları ilə paylaş: |