Böyük Kral İmperiyası
Bütün bu müharibələr nəticəsində Frank dövlətinin sərhədləri xeyli genişləndi: Cənub-
Qərbdə ölkənin sərhədləri, artıq, Barselonaya və Ebro çayının orta axarına qədər çatır, şərqdə
Elba (Laba) , Sala, Bohemiya dağları və Vyana meşəsinə qədər uzanır, cənubda isə İtaliyanın
mühüm hissəsini əhatə edirdi. Frankların dövləti böyüklüyünə görə keçmiş Qərbi Roma imperiyasına yaxınlaşırdı və onun kimi öz tərkibinə müxtəlif ictimai- iqtisadi və mədəni inkişaf səviyyəsində duran müxtəlif tayfa və xalqları daxil etmişdi.
Kral titulu artıq frank kralını tənim etmirdi. Karl özünü imperator elan etmək üçün münasib fürsət gözləyirdi. Belə fürsət ələ düşdü: zəif və iradəsiz papa III Lev müxalifətdə olan Roma əyanlarını özünə qarşı qaldırdı və Karlın yanına qaçıb ona sığındı. Karl papaya etibarlı mühafizə dəstəyi verdi və özü də Romaya yürüş etdi. Bu köməyə görə minnətdarlıq əlaməti olaraq papa 800-cü ilin axrında Romada müqəddəs Pyotr soboruna frank kralının başına imperator tacı qoydu. Qərbdə yeni imperiya belə yarandı. Bu hadisə Karlla Bizans arasına kəskin münaqişəyə səbəb oldu. Çünki Bizans imperatorları özlərini köhnə Romanın yeganə varisləri hesab edirdilər.
Ömrünün son illərində Karl yeni paytaxt Axeni özünə dami iqamətgah seçdi. Onon əsas diqqəti mübadilə və yeni işğallar həyata keçirmək üçün təzə möhkəmləndirilmiş məntəqələr yaradılmasına yönəlmişdi. Şimal-Qərbdə Breton , cənub –qərbdə isə İspaniya markaları yaradıldı. Italiyada Frankları cənub sərhədlərini Bizans mülklərinə qarşı yarımasılı Benebentohersoqluqu qoruyurdu.
Frankların imperiyanın bütün şəhər sərhəddi boyunca – Baltik dənizindən Adriatik dənizinə qədər slavyan tayfaları ilə həmsərhəd idilər. Şimaldan Mərkəzi Avropadakı Filiz dağlarına qədər Laba slavyanlarının- obodritlər, lutiçlər, lujitsa serblərinin torpaqları uzanırdı: sonra Dunaya qədər ərazidə çexlər və moravların mülkləri yerləşirdi: Pannoniyada Adriatik dənizinə qədər olan ərazidə cənubi slavyan tayfaları- xorutanlar( slovenlər) və xorvatlar yaşayırdılar. Bu xalqlardan bəziləri isə , məsələn, obodritlərlə, xorutanlarla və xorvatlarla ümumi düşmənə qarşı ittifaqlar bağlanılmışdı: baqaları isə -lutiçlər, lujitsa serbləri, çexlərlə vaxtaşırı sərhəd müharibələri aparılmışdı.
Böyük Karl Şərq sərhəddinin möhkəmlənməsinə mühüm diqqət yetirirdi. Şimalada Şlezviq yaxınlığında Danimarka markası yaradılmışdı. Bu marka danimarkalıları slavyanlardan ayırmalı və saksoniyanı şimalda qorumalı idi; sonra cənuba doğru Pribaltika slavyanları üçün qorxu törədən Saksoniya möhkəmləndirilmiş xəti uzanırdı. Elbadan Dunaya qədər yüz kilomertlərlə Sorb xətti uznıb gedirdi. Bu möhkəmləndirilmiş xətt , eyni zamanda, franklarla slavyanlar arasında ticarət yerərinin olduğu dayaq məntəqəsi idi. Orta Dunayda Vyana meşəsinə qədər çatan Şərq və ya Pannoniya slavyanlarını təhlükəyə salmalı idi. Lap cənubda möhkəmləndirilmiş xətt Friul markasına dirənirdi. Bu marka Şimali İtaliyanı qoruyurdu.
IX əsrin əvvəlində Karl təkcə imperiyanın daxilində deyil, onun sərhədlərindən xaricdə də böyük nüfuza malik idi. Ingiltərədə anql-sakson dövlətlərinin kralları onunla hesablaşırdılar. Şotlandiyanın və İspaniya markası ilə qonşu olan Asturiyanın kralları, İrlandiya tayfa knyazlıqlarının başçıları onun himayəsinə sığınmağa çalışırdılar. 812-ci ildə Bizans imperatoru frank kralını imperator kimi tanımağa məcbur oldu.
Lakin imperiyanın zahiri müvəffəqiyyətləri arxasında onu daxili zəifliyi və davamsızlığı da gizlənirdi. Istilalar yolu ilə yaradılmış bu imperiya özünün etik tərkibinə görə fövqəladə dərəcədə rəngarəng idi. Franklar və onların hakimiyyəti altında olub keçmiş Qalliya ərazisində yaşayan tayfalar və xalqlarla( burqundlar, avkitaniyalılar və b.) yanaşı Böyük Karl imperiyasına sakslar , frizlər , bavarlar, alemanlar, turinqlər, lanqobardlar, Qalliya və İtaliyanın keçmiş Roma
əhalisinin qalıqları, basklar və Nabarra sakinləri , qismən xorutanlar və avarlar nəhayət Breton markasındakı keltlər( britlərin nəsilləri) daxi idilər.
Bütün bu tayfalar və xalqlar feodalizmin müxtəlif inkişaf pilləsində olub iqtisadi cəhətdən bir-biri ilə bağlı deyildi və ayrı-ayrı dillərdə danışırdılar. əgər IX əsrin əvvəli üçün Qalliya və İtaliyada məskunlaşmış franklar, lanqobardlar və başqa tayfa və xalqlarda feodalizm quruluşu özünü əsas xüsusiyyətlərinə görə artıq, yaranmışdısa, bu vaxt bavarlar, alemanlar və turinqlərdə feodallaşma prosesinin başa çatmasına hələ çox qalmışdı. Saklara və frizlərə gəldikdə, onlar hələ feodallaşma prosesinin lap başında idilər. Imperiyanın davamsızlığını birdə bu artırdı ki, istilaçı franklar onun tərkibində olan xalqların əksəriyyətinə zülm edir və özlərinə qarşı düşmənçilik münasibəti yaradırdılar.
Imperiyanın müxtəix tayfa qrupları və xalqları yaşayan hər bir ərazisi digərləri ilə iqtisadi cəhətdən bağlı deyidi və daim hərbi və inzibati məcburiyyət olmadan işğalçəlarrın hakimiyyətinə tabe olmaq istəmirdi.
Buna görə də, hər dəfə bu və ya digər ərazinin mərkəzi hakimiyyətdən qopub ayrılması üçün real təhlükə yarandığı yerlərə yola düşən Böyük Karl bütün ömrünü hərbi yürüşlərdə keçirmişdi. Müəyyən dövr keçdikdən sonra əsarət altına salınmış tayfa və xalqları itaətdə saxlaaq getdikcə daha çətin olurdu . İmperiyanın ayrı-ayrı hissələri arasındakı möhkəm olmayan sırf zahiri əlaqələr imperiyanın banisi Böyük Karlın ölümündən üç onillik sonra qırılıb töküldü.
Dostları ilə paylaş: |