Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Ölkənin Avstraziya mayordomları tərəfindən birləşdirilməsi



Yüklə 3,06 Mb.
səhifə38/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   34   35   36   37   38   39   40   41   ...   263
Orta srlr tarixi S D Skazkin

Ölkənin Avstraziya mayordomları tərəfindən birləşdirilməsi.

VII əsrin sonunda – krallığın bütün vilayətlərində faktiki hakimiyyət mayordomların əlində idi. Əvvəllər onlar kralın saray idarəsinə başçılıq edən vəzifəli şəxslər (majordomus – evin böyüyü,saray təsərrüfatını idarə edən) idilər. Sonralar mayordomlar ən böyük torpaq sahiblərinə çevrildilər. Krallığın adı çəkilən vilayyətlərdən hər birinin bütün idarəçiliyi onların əlində cəmləşdi və mayordom yerli torpaq aristokratiysının rəhbəri və hərbi başçısına çevrildi. Hər cür real hakimiyyəti itirmiş olan Merovinqlər sülaləsi kralları mayordomların iradəsindən asılı olaraq təyin olunur və taxtan salınırdılar. Onlar müasirləri tərəfindən saymazyanalıqla “ərincək krallar”ləqəbi almışdılar.


687-ci ildə frank əyyanları içərisində uzun sürən mübarizədən sonra Avstraziya mayordomu Heristallı Pipin bütün Frank dövlətinin mayordomu oldu .O,buna ona görə layiq ola bildi ki,krallığın başqa hissələrinə nisbətən feodallaşma prosesinin ləng getdiyi Avstraziyada mayordomlar hələ kifayət qədər mühüm rol oynayan xırda və orta feodallar təbəqəsinə ,habelə kəndli tipindən olan azad allod sahiblərinə arxalana bildilər. Onlar iri torpaq sahiblərinin təzyiqinə qarşı mübarizə aparmaq, təhkimli halina salınmaqda olan kəndlilərin müqavimətini qırmaq və yeni torpaqlar istila etmək üçün mərkəzi hakimiyyətin qüvvətlənməsində maraqlı idilər. Bu ictimai təbəqələrin müdafiə etdiyi Avstraziya mayoredomları bütün Frank dövlətini yenidən öz hakimiyyətləri altında birləşdirə bildilər.




§2. KAROLİNQLƏRİN FRANK MONARXİYASI Torpaq münasibətlərində çevriliş. Benefisi islahatı.

Pipilər sülaləsindən (Heristallı Pipinin nəsli) olan Avstraziya mayordomları birləşmiş Frank dövləti hökmdarları olaraq yeni frank kralları sülaləsinin başlanğıcını qoydular. Bu sülalə sonralar özünün ən böyük nümayəndəsinin –Böyük Kralın adı ilə Karolinqlər sülaləsi adlandı.Karolinqlər (Pipinlər) nəslinin nümayəndələri Frank dövlətini VII əsrin sonundan IX əsrin ortalarına qədər, əvvəlcə “ ərincək krallar”ın zamanında maydom siyasəti ilə, 751-ci ildən sonra isə kral idarə etdilər. Frank krallığının tarixində bu dövrü , adətən, karolinq dövü adlandırırlar.


Karolinqlərin hakimiyyəti dövründə frank cəmiyyətində aqrar münasibətlərdə çevriliş baş verdi ki, bu da feodalizm quruluşu yaranmasının başa çatmasına gətirib çıxardı. Bu çevrilişin mahiyyəti icma daxilində ictimai təbəqələşmə hesabına , öz allodunu itirərək tədriclə asılı adamlara, sonra isə təhkimli kəndlilərə çevrilən azad kəndli- azad icma üzvü kütlələrinin müflisləşməsi hesabına iri torpaq mülkiyyətinin sürətlə artmasından ibarət idi. Hələ Merovinqlərin vaxtında başlamış bu proses VII-IX əsrlərdə coşğun xarakter aldı: bu proses iri dünyəvi və kilsə torpaq sahiblərinin kəndlilərin pay torpaqlarını birbaşa zəbt etməsi nəticəsində surətləndi. Həm onlar, həm də digərləri zorla, hiylə ilə və hədə-qorxu ilə icma üzvlərinin torpaqlarını öz əllərinə keçirirdilər. Kəndliləri hərbi mükəlləfiyyəti yerinə yerinə yetirmək üçün təsərrüfatdan ayrılan nəhayyətsiz daxili və xarici müharibələr, habelə tez-tez baş verən qıtlıq illəri və aclıqlar da kəndlilərin müflisləşməsinə təsir göstərdi. Kəndli torpağı ağa torpağına çevrilir və yaxşı halda töyücü və ya biyara çıxmaq müqabilində yenidən keçmiş sahiblərinə - kəndlilərə verilirdi. Kəndlinin özü isə azad torpaq sahibindən pul və ya digər dərəcədə asılı adama çevrilidi.


VIII əsrin əvvəli üçün Frank dövlətində, artıq, bir-birinə düşmən olan iki dövlət yaranmışdı: birincisi- Qalliya- Roma və qədim alman mənşəli iri torpaq sahibləri. Onların çox hissəsi öz torpaqlarının şərtsiz xüsusi mülkiyyət( allod) hüququ ilə sahib idilər. Buna görə də mərkəzi hakimiyyətə münasibətdə nisbətən müstəqil idilər və çox vaxt ona qarşı əldə silahla çıxış edirdilər; ikincisi –artıq, bu və ya digər dərəcədə asılı olan kəndlilər idilər. Onların torpaq mülkiyyəti yox idi. Yaşadıqları torpaqlarda torpaq mülkiyyətçiləri tərəfindən istismar olunurdular.


Bu asılı adamların mühüm hissəsi Qalliya-Roma qulları, kolonları, azadlığa buraxılmışları, qədim alman qulları və litlərini nəsilləri idi. Bu kateqoriyalar arasındakı fərdlər tədriclə getdikcə daha çox silinirdi. Lakin frank cəmiyyətində bu ictimai təbəqələrlə yanaşı əhalinin kifaət qədər çoxlu aralıq qrupları da vardı; kəndli tipindən olan xırda və orta allod sahibləri habelə qismən asılı adamların əməyindən istifadə edirdilər. Bəzən onlar allodla yanaşı feodal tipindən olan feodal təsərrüfat sisteminə yenicə keçməyə başlamış xırda sahibkarlar( xırda botçina sahibləri- xırda mülkədarlar- kursiv bizimdir.-tərc) kimi botçinalrda xırda torpaq mülklərinə sahiblik edirdilər.


VIII-IX əsrin əvvəllərinin aqrar çevriliş prosesində məhz bu aralıq təbəqələrin silinib aradan qaxlması hesabına feodalizm cəmiyyətinin əsas sinifləri, o cümlədən asılı kəndlilər sinfi yarandı. Frank cəmiyyətinin ictimai quruluşundakı bu irəliləyişlər Herristallı Pipinin varisinin –mayordom Karl Martelli siyasətini müəyyən etdi.

715-ci ildən 741-ci ilədək( həmin ildə daxil olmaqla ) hökmranlıq edən Karl Martell(“Toxmaq”) öz hakimiyyətinə krallıqdaki daxili ixtişaşları boğmaqdan başladı. Karl ona qarşı üsyana qalxmış Heystriya feodallarrənı sonra isə Akvitaniya və Provans hersoqlarını əzib Rejnin o tayındakı itaətdən çıxmış qədim alman tayfalarına –sakolara frizlərə almanlara bavarlara qarşı hücuma keçdi və onları yenidən bac verməyə məvbur etdi. Karl Martell 732-ci ildən Puatye yaxınlığında həlledici vuruşmada ərəbləri məğlub etdi; ərəblər VIII əsrin əvvələrində İspaniyanı işğal edib 720- ci ildə Cənubi Qalliyaya soxulmuş, Frank dövləti üçün təhlükə yaratmışdılar. ərəblərə qarşı mübarizədə fank atlı qoşunları böyük rol oynadılar. Frankların Puatye yaxınlığındakı qələbəsi ərəblərin Avropada irəliləməsinin qarşısını saxladı. ərəblərin əlində indi ancaq Cənubi Qalliyanın kiçik bir hissəsi- Narbonn ilə Septimaniya qaldı.


Frank dövlətində feodal münasibətlərinin inkişafı feodal mülkiyyəti formalarında dəyişiklik edilməsini tələb edirdi. Allod mülkiyyəti öz yerini daha yetkin feodal mülkiyyəti formasına verməli idi. Cəmiyyətin iki barışmaz sinifə ayrılması hüquqi cəhətdən təsbit olunmalı





  • bu öz ifadəsini istismar olunan kəndli kütlələrinin silki hüquqsuzluğunda tapmalı idi. Artıq müflisləşmiş azad kəndlilərin mühüm hissəsini, qoşunda hərbi xidmət üçün maddi vəsaiti olmadığına görə hərbi qüvvələri əsaslı surətdə yenidən təşkil etmək məsələsi qarşıda durur. Karl Marterllin benefis islahatı deyilən islahatın ictimai zəmni məhz belə idi. Həmin islahatın mahiyyəti ondan ibarət idi ki, merovinqlər zamanında üstünlük təşkil edən tam şərtsiz mülkiyyət (allol) kimi torpaq bəxşişləri verilməsi müqabilində bu islahatdan sonra torpaq bəxşiş verilməsi sistemi benefisi (benefieium- hərfən “əl tutma”) formasında şərti torpaq mülkiyyəti verilməsi kimi bitkin formaya düşür və geniş yayılırdı. Benefisi müəyyən xidmətlər , daha çox atlı hərbi xidmət göstərmək müqabilində ömürlük istifadə üçün bağışlanılırdı. Benefisi bağışlayan yaxud onu alan benefisi sahibi öldükdə bu torpaq öz mülkiyyətçisinə və ya onun varislərinə qaytarılırdı. əgər benefisi sahibinin varisi öz sələfinin benefisini almaq istəsə idi və yaxud benefisi sahibinin özü , bu torpağı bağışlayan ölükdən sonra həmin mülkdən istifadə etmək istəsəydi, onda benefisinin bağışlanması hadisəsi yenidən təkrar olunmalı idi. Benefisi onun müqabilində tələb olunan xidmət yerinə yetirilmədikdə və ya benefisi təsərrüfatı müflisləşdikdə geri qaytarılırdı.

Zaman keçdikcə benefisi ömürlük torpaq sahibliyində irsi tor-paq sahibliyyətinə çevrilməyə başlayır və IX-X əsrlər ərzində feod (len) xüsusiyyətləri, yəni hərbi xidmət mükəlləfiyyəti ilə əlaqədar olan irsi torpaq sahibliyi xüsusiyyətləri kəsb edir .


Karl Martell çoxlu benefisi paylatdırdı. Bunun üçün torpaq bəxişi fondu yaratmaq məqsədi ilə iri qiyamçı sahibkarların torpaqları müsadirə olundu. Bu torpaqlar tükəndikdə isə





  1. qismən kilsə torpaqlarını müsadirə etdirdi və bunun hesabına çoxlu miqdarda benefisi payladı.

Kilsə torpaqlarının bir hissəsində benefisi sistemini möhkəmləndirmək üçün istifadə edən Karl


Martell eyni zamanda istila etdiyi torpaqlarda xiristianlığın yayılmasına və ruhanilərin varlanamaına fəal kömək göstərir, kilsənin timsalında öz hakimiyyətini möhkəmləndirmək vasitəsini görürdü.


Bu islahatı keçirərkən, əlbəttə Karl Martell siyasi məqsədlərdə güdürdü.Kral torpaqları fondunu tükəndirən allod bəxşişlərini benefisi ilə əvəz edərkən o,iri qiyamçı feodalları taxta bağlamaq ümüdündə idi;benefisi sistemi ilə o,tənəzzülə uğramış piyada kəndli könüllü qoşunları müqavilində döyüş qabiliyyətli atlı ordu yaratmaq fikrində idi.bu zaman atlı qoşunlar müharibədə həlledici rol oynamağa başlamışdı.

Benefisi islahatının bir sıra mühüm ictimai nəticələri oldu.Birincisi,o yaranmaqda olan xırda və orta feodallar təbəqəsini xeyli möhkəmləndirdi ki,bu təbəqədə peşəkar döyüşçülər kimi atlı qoşunların və bütün hərbi təşkilatın əsasını təşkil etdi;onlar gələcək cəngavərlərin sələfləri idilər. Bununla yanaşı,əvəllər piyada frank yiğma qoşunlarının əsasını təşkil edən kəndlilər başlıca hərbi qüvvə əhəmiyyətini itirdilər ki,buda onların dövlətdə qeyri-bərabər hüquqi vəziyyətdə olduğunu göstərirdi. Ikincisi,torpaq bəxşişləri paylanmasının genişlənməsi feodal torpaq mülkiyyətinin möhkəmlənməsinə və kəndlilərin təhkimliləşdirilməsinin dərinləşməsinə gətirib çıxardi. Benefisi sahibi,adətən torpağı orada yaşayan bəzən isə,artıq asılı vəziyyətə düşmüş adamlarla birlikdə alırdı ki,onlar benefisi sahibi üçün biyara çıxır və ya ona töyücu verirdilər. Beləliklə,geniş benefisi sahibləri təbəqəsi bütövlükdə asılı kəndlilərin istismarı hesabına yaşayırdılar. Üçüncüsü,benefisi bəxşişləri bəxşiş verənlə benefisi sahibin arasında torpaq elaqələri yaradir və onların arasında vassallıq münasibətlərinin bərqərar olmasına kömək edirdi. Beleliklə,benefisi islahatı Frank dövlətində feodal münasibətlərinin daha da möhkəmlənməsinə və qanunlaşmasına kömək etdi.


Digər iri torpaq sahibləri də bu bəxşiş formasına keçməyə başladılar. Buna görə də benefisinin kütləvi sürətdə yayılması torpaq mülkiyyətinin və yaranmış feodallar sinifinin iyeraxiya quruluşunun təşəkkülünə kömək etdi. Iri sahibkarların hərbi əhəmiyyətini


gücləndirən və feodallar sinifi daxilində iyeraxiya münasibətləri yaradan benefisi islahatı,sonralar, Frank dövlətinin siyasi süqutuna az təsir göstərmədi.


Lakin ilk dövürdə Karl Martellin islahatı mərkəzi hakimiyyəti qüvvətləndirdi ki,buda həmin islahatın məqsədlərindən biri idi.Bu islahat sayəsində möhkəmlənən orta torpaq sahibləri təbəqəsi-benefisi sahibləri bir müddət karolinq sülaləsinin dayağı oldu.Bu təbəqə güclü mərkəzi hakimiyyət yaradılmasında maraqlı idi.Çünki bele hakimiyyət onlara kəndliləri təhkimliləşdirməkdə və onların müqavimətini qırmaqda kömək edə bilər,iri feodalların özbaşınalığından qoruyar və yeni ərazilər fəth olunmasını təmin edərdi. Bu təbəqəyə arxalanan Karl Martell və onun xələfləri Frank dövlətinin sərhədlərini xeyli genişləndirdilər və mərkəzi hakimiyyətin müvəqqəti olaraq güclınməsinə nail oldular.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin