Böyük Karl zamanında Frank dövləti ərazisinin genişlənməsi.
Frank dövlətinin ən qüdrətli çağı Gödək Pipinin oğlu,bir çox əfsanələr,rəvayətlər və mahnıların qəhrəmanı olmuş Böyük Karlın (768-714) hakimiyyəti illərinə düşür.Onun qaynar,tükənməz enerjisi,dövlət idarəçiliyinin bütün incəliklərinə, inzibati, təsərrüfat, hərbi, diplomatik işlərə, maarif işlərinə və b. işlərə nüfuz etmək qabiliyyəti muasirlərini heyrətə salırdı. Müasirlərinin təsvir etdiyinə görə Böyük Karl çox uca boylu möhkəm bədənli adam idi. O,öz dövrü üçün kifayət qədər elimli adam idi- ədəbiyyat və poeziya ilə,o cümlədən antik ədəbiyyatla maraqlanırdı, latın və yunan dillərini bilirdi. Ancaq yazmağı ömürünün sonuna qədər öyrənmədi.
Orta əsr ənənəsi Karlın obrazını çox ideallaşdırmışdı.Buna əsaslanan burjua tarixşunaslığı Böyük Karl imperiyasını qüdrətini və mərkəzləşdirilmə dərəcəsini daim şişirtmiş və hətta onu müflisləşmiş və təhkimli halına salınmaqda olan kəndliləri feodal zorakılığından qoruyan müdafiəçi kimi qələmə vermişlər. Əslində isə Böyük Karl öz dövrünün görkəmli dövlət xadimi olsa da, iri torpaq sahiblərinin –feodalların mənafeyini müdafiə etmək siyasəti yeridirdi və təhkimli vəziyyətinə salınmaqda olan xalq kütlələrinə və özünün istila etdiyi yerlərin və ölkələrin əhalisinə münasibətdə qəddar və amansız idi.
O, bir sıra müharibələr nəticəsində müxtəlif tayfaları və xalqları öz hakimiyyətinə tabe edərək Frank dövlətinin sərhədlərini xeyli genişləndirirdi. Onun İtaliyaya səfəri (774) lanqobard kralı Deziderin taxtdan salınması mülklərinin isə Frank dövlətinə birləşdirilməsi ilə nəticələndi.
Karl Ərəb İspaniyasına qarşı da hücuma keçdi. Doğrudur, onun İpaniyaya birinci yürüşü (778) uğursuz oldu. Saraqossaya qədər gəlib çatan franklar buradan geri dönməyə məcbur
oldular və heç nəyə nail olmadan öz ərazilərinə qayıtdılar. Bu uğursuz səfər sonralar məşhur fransız orta əsır cəngavər eposu “Roland haqqında nəğmə” üçün sujet əsası oldu. Karlın sərkəndəliyindən biri, baskların gözlənilməz hücumu nəticəsində frank qoşunlarının arxa dəstələri ilə birlikdə Pipeneydə (Romseval dərəsində ) həlak olmuş Roland əsərin mərkəzi siması oldu ki, bu əsərdə də həmin yürüşün tarixi bir sıra əfsanəvi təfərrüatlarla bəzədilmişdir
Bundan sonra Franklar müntəzəm sürətdə Pipineydən cənuba doğru irəlilədilər. 801-ci ildə Barselona ərəblərin əlindən alındı və Şimal-Şərqi İspaniya ərazisində İspaniya markası yaradıldı ki, bu markanında əhalisi, başlıca olaraq,basklar və navarralılar idi.Böyük Karlın zamanında uzun sürən müharibələrdən (772-ci ildən 804-cü ilədək) sonra Saksoniya işğal olundu və Frank dövlətinə birləşdirildi.
Saks tayfaları qərbdə Ems və qismən aşağı Reyinlə, şərqdə Elba , şimalda isə Eyder çayları arasındakı ərazidə yaşayırdılar. Bu zaman onlar ibtidai icma quruluşunun son mərhələsində idilər, yəni özlərini ictimai-iqtisadi və siaysi inkişaf səviyyəsinə görə Franklardan xeyli aşağıda dururdular. Doğrudur, onlarda,artıq, üç əsas ictimai təbəqə bir-birindən fərqlənirdi: nəsli tayfa əyanları-edelindlər; tayfaların əsasını təşkil edən sadə azad adamlar-frilinqlər; yarmazadlar-lassilər. Lakin siniflər hələ yaranmamışdı. Nəsli qalıqlar böyük rol oynayırdı. Kral hakimiyyəti yox idi. Sakslar bütpərəst idilər.
Franklarla sakslar arasında müharibənin inadlı xarakter daşıması bununla izah olunur ki, frank istilası frilinqlərin əsas kütləsi üçün torpaqlarının və azadlıqlarını itirmələri demək idi. Saksoniya əyanları əvvəlcə xalq kütlələrinin franklara və onların yeritdiyi xristianlaşmağa qarşı müqavimətlərini müdafiə etdilər. Böyük Karlın hakimiyyətini qəbul etməyə başladılar.Bu vaxdan saksların frank istilasına qarşı müqaviməti tədriclə inkişaf edərək xalq kütlələrinin təkcə frank istilaçılarına qarşı deyil,eyni zamanda feodallaşmaqada olan sakson əyanlarına da qarşı mübarizəsinə çevrildi. Mübarizənin gedişində sakslar,adətən Saksoniyanın istiqlaliyət rəmzi kimi bütpərəstliyi bərpa etdilər.
Bu müharibədə Karl son dərəcə qəddar tədbirlərə əl atdı. O ,782–ci ildə saksları Vezer sahillərində məğlub edərkən 4500 nəfər girov saxlanılan saksı nümayişkarənə şəkildə edam etdirdi. Eyni zamanda “Saksoniya işləri barədə kapitulyasiya” verildi. Bu kapitulyasiya kilsəyə və krala qarşı kiçicik cinayət üçün ölüm cəzası müəyyən edir və əhalini kilsənin xeyrinə desyatin vergisi verməyə məcbur edirdi. Tezliklə, bu vaxta qədər saksların mübarizəsinə başçılıq edən sakson əyanlarının görkəmli nümayəndəsi Vidunkind də Karlın tərəfinə keçdi və xristianlığı qəbul etdi. Sakoniya edelinqləri xəyanət müqabilində mükafat olaraq Karldan qiymətli hədiyyələr və torpaq bəxşişləri aldılar.
Bundan sonra mübarizə mərkəzi Saksoniyanın ən ucqar şimal-şərq vilayətləri oldu. Qəti qələbəyə nail olmaq üçün Karl saksların şərq qonşuları bə əski düşmənləri olan laba slavyanları ilə - obodritlərlə ittifaq bağladı. Karlın və onun müttəfiqlərinin hərbi qələbələri saksların kütləvi surətdə Frank dövlətinin daxili vilayətlərinə köçürülməsi ilə müşayət ounurdu. Saks vilayətlərində isə franklar və obodritlər məskunlaşdırıldılar və bu vilayətlər qraflıqlara bölünərək Frank dövlətinin tərkibinə daxil edildilər.
Cənub –Şərqdə öz mülklərini genişləndirməyə çalışan Karl 788-ci ildə Bavariyada hersoq hakimiyyətini aradan qaldırdı və bu vilayəti qrafların idarə etdikləri qraflıqlara böldü. Bavariya ilə birlikdə əvvəllər ondan asılı olan xorutan(slovinqlər) slavyan tayfalarının yaşadıqları Karintiya (Xorotaniya) da frank təsir dairəsinə düşdü.
Bavariyanın zəbt olunması Karlı VI əsrdə Painoniyada meydana gəlmiş Avar xanlığı ilə qarşı –qarşıya qoydu. Köçəri avarlar əkinçi slavyan tayfalarını istismar edir və qoşunları üzərinə talançı basqınlar edirdilər. 788-ci ildə avarlar Frank dövlətinin hüdudlarına müdaxilə etdilər. Fasilələrlə 788-ci ildən 803-cü ilədək davam edən uzun uzun çəkən avar müharibələri başlandı; bu müharibələr franklara öz hərəkətlərində cənub slavyanları ilə birləşməyincə mühüm müvəffəqiyyət gətirmədi. -
Xorutan knyazı Voynomirin 796-cı ildə franklarla ittifaqda təşkil etdiyi yürüş avraların mərkəzi qalasını tamamilə darmadağın olması ilə başa çatdı. Avarlar gücdən salındı, Onların uzun zaman qoşunları dəhşətə salan dövlətləri dağıldı; xarabazara çevrilmiş Pannoniya müvəqqəti olaraq slavyanların əlinə keçdi.
Bundan sonra Karlın Dunayda bütün diqqəti Dunay- Pannoniya sərəddinin möhməmləndirilməsinə yönəldi.
Dostları ilə paylaş: |