Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə48/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   44   45   46   47   48   49   50   51   ...   263
Orta srlr tarixi S D Skazkin

Şəhərlər , sənət və ticarət

IV-VI əsrlərdə Biizans haqlı olaraq , şəhərlər ölkəsi hesab olunurdu və sənətin , ticarətin inkişaf səvviyəsinə görə Qərbi ötüb keçmişdi. Zəngin dəmir, qızıl, mis, mərmər ehtiyatları mədən işlərinininkişafına, silah sənət və kənd təsərrüfatı üçün alətlər istehsalını artmasına təkan


verirdi. Tikinti texnikası , şüşə və toxuculuq, xüsusən çox zərif kətan və yun parça istehsalı, VI əsrdən isə ipək parça istehsalı təkmilləşdirildi.

Qərbdə şəhərlərin tənəzzül etdiyi dövrdə Şərqdə onlar sənət və ticarət mərkəzləri kimi inkişaf etməkdə davam edirdilər. Onların içərisində birinci yer Konstantinopola məxsus idi. Onun emalatxanalarında mahir sənətkarlar ən zərif zinət şeyləri hazırlayırdılar. Imperiyanın paytaxtı zərgərlərin- sarayların və məbədlərin divarlarını əla mozayka ilə bəzəmiş minasazların , mozaykaçıların nəfis sənət əsərləri ilə məhşur idi. Bədii minniaturlərədn zəngin illusrtasiyası olan əlyazması halında kitablar hazırlayan Konstantinopol kitab emalatxanaları geniş şöhrətə malik idilər. Bizans ustalarını hazırladıqları məmulatlar bir çox ölkələrin sənətkarları üçün əlçatmaz meyyar olaraq qalırdı.


Çoxlu qolay limanları olması və Aralıq dənizi ilə Qara dənizi birləşdirən boğazlar üzərində hökmranlıq etməsi, Bizansda dəniz ticarəti etməsi, Bizansda dənizçiliyin və dəniz ticarətini o cümlədən vasitəçi ticarətin inkişafına kömək edirdi. Bütün erkən orta əsrlər boyu imperiya böyük dəniz dövləti olaraq qaldı.


Bizans tacirləri Şərqdə Hindistan , Taproban( Seylon) və Çinə cənubda Aksum padşahlarına(Efiopiyaya) , habelə Ərəbistana gedib çıxırdılar. Iran və Soqdiana ( Orta Asiya) ilə qızğın ticarət edilirdi. Bizans tacirləri şərqdən ipək parçalar toxumaq üçün xam ipək (metksu) fil dişi , qızıl və bahalı daş-qaş , mirvari, istiot və başqa ədviyyat şeyləri gətiri və parça , paltar, tikmələr, şüşə məmulatı aparırdılar. Bizans dənizçilərinin gəmiləri şimalda Britaniya adalarına və Skandinaviya sahillərinə gedib çıxırdılar. Bütün bu dövr ərzində bizanslar Aralıq dənizində özlərinin qəti hegemonluqlarını saxladılar. Heampol , Ravenna ,Masiliya(Marsel) Karfagendə Bizans tacirlərinin şirkətləri meydana gəlir. Bizansın Qara dəniz sahilləri və Qafqaz ölkələri ilə ticarəti genişlənir. Bizans sikkələri –qızıl solid beynəlxalq valyuta rolu oynayırdı. Bizans imperiyasının paytaxtına dünyanın ən uzaq ölkələrindən tacirlər axıb gəlirdi. K.Marks Konstantinopolu əbəs yerə Şərqlə Qərb arasında “qızıl körpü” adlandırmamışdı.


Konstantinopolla yanaşı Misirdə İskəndəriyyə, Suriyada Antioxiya, Şimali Mesopotomiyada Edessa, Finikyada Tir və Beyrut, Kiçik Asiya şəhərləri-Efes, Smirna , Nikeya, Nikomidiya, imperiyanın Avropa hissəsində isə Fessalloniya və Korinf imperiyanın iri iqtisadi ərkəzləri idilər.


Bizans şəhərlərində sənət məhsulları istehsalında qul əməyindən geniş istifadə olunurdu. Xüsusi adamlara məxsus emalatxanalarda-erqasteriyalarda işləyən qul-sənətkarlarla yanaşı kfayət qədər çoxlu kateqoriyadan olann dövlət qulları və ayrı ayrı şəhərlərin bələdiyyə hakimlərinin sərəncamında olan qullarda vardı. Dövlət qullarının çoxu silah və ordu üçün paltar hazırlanmasını habelə imperator sarayı üçün ziynət şeyləri istehsalını öz inhisarına almış imperator emalatxanalarında işləyirdilər.


Sənətkarlıqda da qula pekuli olaraq sənət emalatxanası və ya dükan verilməsi hallarina getdikcə daha çox təsadüf olunurdu ki, bu da sənətdə qul əməyinin müəyyən qədər intensivləşməsinə gətirib çıxarırdı. Şəhər sənətkarlarında qul əməyinin geniş tətbiq olunması nəticəsində Bizans şəhərləri uzun dövr ərzində quldarlıq münasibətlərinin dayağı olaraq qaldılar. Lakin burada erqasteriyalarla yanaşı, bəzi şəhərlərdə korporasiyalarda birləşmiş olan azad, müstəqil sənətkarların xırda emalatxanaları da xeyli əhəmiyyət kəsb edirdi.


Sənətkarlarğın tərəqqisi və zəngin şəhərlərdən, geniş xarici siyasətdən əldə olunan gəlir nəticəsində hökümət qüvvətli oldu və qüdrətli hərbi donanma saxlamaq, muzdlu qoşun toplamaq üçün xeyli vəsait əldə edirdi. Bu həmin dövrdə şəhərlərin tənəzül etdiyi Qərbi imperiyadan fərqli olaraq Bizansa barbar istilalarından yaxasını qurtarmaqda və qüvvətli mərkəzi hakimiyyəti olan vahid müstəqil dövlət kimi yaşamaqda kömək etdi.


Dövlət

Qərbi Roma imperiyasının süqutundan sonra Bizans Romanın yeganə qanuni varisi kimi çixiş edir və bütün mədəni aləmdə ağalıq iddiası irəli sürürdü. Konstantinapol mərkəz olmaqla ümumidünya monarxiyasının mövcud olması ideyası Qərbi barbar krallıqlari da vardı. Həmin barbar krallıqları lap Böyük Karl imperiyasının yaradılmasına qədər formal da, olsa, hər halda Konstantinopol imperatorun ali hakimiyyətini tanıyırdılar. Bizans imperiyasının özündə isə imperator hakimiyyətinin ilahi mənşəyə malik olması nəzəriyyəsi rəsmiləşmişdi. əlində geniş qanunvericilik və icraedicilik hakimiyyətinin cəmləşdiyi imperator(yunanca-“vasillevs”) pərəstiş və Şərq dəbdəbəsi ilə əhatə olunmuşdu. Doğrudur, imperatorun real hakimiyuətinin senat, dövlət şurası(konsistoriya) və şəhərlərin azad vətəndaşlarının təşkilatları(dimlər) kimi təsisatlar müəyyən qədər məhdudlaşdırırdı. Dimlər (yunanca”demos”-xalq sözündən) Bizans şəhərlərinin azad vətəndaşlarının siyasi təşkilatları idi. Onlar təsərrüfat, siyasi və hərbi funksiyalar yerinə yetirirdilər. Imperator öz siyasətində kilsə ilə də hesablaşmalı idi


Bizansda dövlət quruculuğu sahəsində son Roma imperiyası ənənələri xüsusilə möhkəm idi. Mərkəzi idarəçilik imperator sarayında cəmləşmişdi ki, bu da bir sıra idarələrə bölünürdü. Həmin idarələrə imperatorun təyin etdiyi ali məmurlar başçılıq edirdilər. əyalət idarəçiliyi də, həmçinin ciddi sürətdə mərkəzləşdirilmiş və mərkəzi hakimiyyətə tabe edilmişdi. Mərkəzi hakimiyyət əyalət hakimlərinin hər cür mərkəzdən ayrılmaz cəhdlərinə qarşı daim və inadlı sürətdə mübarizə aparırdı. Bürokratiya aparatının bütün mürəkkəb iyerarxiyası rütbələr haqqında cədvəllə müəyyən olunurdu.Erkən Bizansda Diokletian və Konstantin zamanında formalaşmış vergi sistemi davam etməkdə idi.


Ordunun təşkili də Roma imperiyasından alınma idi. Lakin IV-VI əsrdə bu işdə mühün dəyişikliklər baş verdi. Torpaq sahiblərinin orduya silahlı əsgər verməli əvəzində onlardan getdikcə daha tez tez pul almağa başladılar. Müxtəlif barbar tayfalarından olan müzdlu əsgərlər orduda getdikcə daha çox rol oynamağa başlayir. Lakn ordunun çox barbarlaşdığı Qərbi Roma imperiyasından fərqli olaraq Bizansda ordunun, xüsusən donammanın mühüm hissəsi hələ yerli azad əhalidən toplanmış heyətdən ibarət idi.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin