Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


BİZANSDA FEODAL MÜNASİBƏTLƏRİNİN MEYDANA GƏLMƏSİ VƏ FORMALAŞMASI (IV-XI əsrlər)



Yüklə 3,06 Mb.
səhifə47/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   43   44   45   46   47   48   49   50   ...   263
Orta srlr tarixi S D Skazkin

BİZANSDA FEODAL MÜNASİBƏTLƏRİNİN MEYDANA GƏLMƏSİ VƏ FORMALAŞMASI (IV-XI əsrlər)


§1. BİZANS IV-IX ƏSRİN BİRİNCİ YARISINDA.


Bizans imperiyasının yaranması.

Roma imperiyasının IV əsrdə Şərqi Roma imperiyası və Qərbi Roma imperiyasına ayrılması (395-ci il) nəticəsində müstəqil dövlət kimi formalaşan Bizans (Şərqi Roma imperuyası) sənətin və ticarətin inkişaf səviyyəsinə, şəhərlərinin zənginliyinə, mənəvi mədəniyyətin səviyyəsinə görə Qərbi Roma imperiyasından üstün idi. Romanın süqutu və imperiyanın iqtisadi və mədəni həyat mərkəzinin Şərqə keçməsi ilə Roma dövlətinin siyasi mərkəzidə bura köçdü. Imperator Konstantin 330-cu ildə Bosfor sahillərindəki qədim meqar məskənini- Vizantini imperiyaya paytaxt etdi. Yeni paytaxt onun əsasını qoyanın adı ilə Konstantinopol adlandırıldı. Konstontinopolun paytaxta çevrilməsi əlverişli vəziyyəti ilə izah olunurdu: Avropadan Asiyaya və Qara dənizdən Egey dənizinə gedən ən mühüm ticarət yolları burda kəsişirdi. Şəhər, eyni zamanda, həm quruda, həm də danizdən cox yaxşı möhkəmləndirilmiş hərbi- strateji mərkəz idi.


Erkən dövrdə Bizans imperiyası tərkibinə Balkan yarımadası, Kiçik Asiya, Suriya, Fələstin, Misir, Kirenanika, Mestopatamiyanın və Ermənistanın bir hissəsi Krit və Kipr adaları, Krımda (Xersones) və Qafqazda (Gürcüstanda) bir sıra dayaq məntəqələri, Ərəbistanın bəzi rayonları, V əsrdən isə İlliriya və Dalmasiya daxil idi . İmperiyanın torpaqlarında müxtəlif tayfalar və xalqlar: yunanlar, franksiyalılar, illiriyalılar, dakiyalılar, ellinizmə uğramış Kiçik Asiya tayfaları (usavrlar və b.), suriyalılar, ermənilər, gürcülər, yahudilər, koptlar yaşayırdılar. Ellinləşmə və romalaşmanın təsirinə əsasən şəhər əhalisi məruz qaldı. Bizansın çoxlu tayfa və xalqları yerli dillərini, adətlərini, mədəniyyətlərini qoruyub saxlayırdılar. Lakin yunanlar imperiyanın rəngarəng əhalisi içərisində hakim mövqe tuturdular və yunan dili geniş yayılmışdı.




IV-VI əsrlərdə Bizansın aqrar quruluşu.

Bizans imeperiyası müxyəlif cür təbii iqlim şətaiti olan vilayətləri əhatə edridi. Sahil boyu rayonların yumşaq, bəzi yerlərdə subtropik iqlimi tədriclə , ölkənin içərilərinə doğru getdikcə daxili vilauyətləri kontinental iqıiminə çecrilirdi. Yunanıstan və Kiçik Asiyanin, Makedoniyanın bir hissəsinin dağ relyefi Frakiya və Fessaliyada (Balkanda) və şimlai Afrikada gemiç düzənlərlə əvəz olunurdu.


Inmeriyanın ərazisi qədim əkinçilik mədəniyyəti ölkələrini əhatə edirdi. Bie çox vilayətlərdə əkinçilik geniş yayılmışdı. Şərq əyalətlərinin , xüsusuilə Misir və Suriyanın kənd təsərrüfatında süni suvarma mühim rol oynayırdı. Üzümçülük və zeytun yetişdirilməsi bağçılıq( cənubda və cənub-şərqdə -xurma ağacları) çox inkişaf etmişdi; texniki bitkilər( kətan və s.) də becərirdilər; maldarlıq inkişaf etmişdi.


Şərqi roma imperiyasını ictimai-iqqtisadi inkişafında bir sıra mühim xüsusiyyətləri qeyd etmək olar. Birncisi- kənd təsərrüfatının tənəzzül əlamətləri burda Qərbə nisbətən daha gec-ancaq VI əsrin sonunda hiss olunmağa başladı. Ikinci xüsusiyyət Qərbdən fərqli olaraq latifundiya tipli iri torpaq sahibliyinin nisbətən az və ləng inkişafı idi. Iri torpaq mülkləri, başlıca olaraq, imperator xəzinəsinə məxsus idi. Imperatora məxsus torpaqlar bütün imperiya boyunca səpələnmişdi. Erkən Bizansda kilsə- monastr torpaq sahibliyinin də xeyli inkişaf etdiyi nəzərə çarpır.

Bizansın aqrar quruluşunun bir xüsusiyyəti də azda kəndli torpaq sahibliyinin icmanın geniş yayılması və IV-VIəsrlərdə bunların rolunun artması idi. Azad kəndli torpaq sahibliyi və icmalar Dunay ətrafı vilayətlərdə, Frankiyada , Makedoniyada, Kiçik Asiyanın mərkəzi vilayətlərində təşkil edirdi. Biznasda kəndli icmasının ən geniş yayılmış tipi “mitrokomiya” adlanan qonşuluq icması idi. Bu icmalar kiçik torpaq sahələrinə malik olan kəndliləri birləşdirirdi. Kəndlilərin həmin torpaq sahələrinə kifayət qədər geniş mülkiyyət hüquqları vardı. Kənddə uzunmüddəti icarəyə- emfitevzisə də təsadüf olunurdu. Emfitevzisə imperator torpaqlarında , habelə kilsə torpaqlarında xüsusilə tez-tez rast gəlmək olurdu. Adətən, azad kəndlilər bəzən iri torpaq sahibləri də emfitevzis götürüdülər.


Qul əməyi Bizansın kənd təsərrüfatında Qərbdə\ olduğu qədər böyük rol oynamasa da ondan, demək olar ki, bütün kateqoriyalardan olan torpaq mülkiyyətinin təsərrüfatlarında istifadə olunurdu. Qulçuluğun ən geniş yayıldığı vilayətlər Yunanıstan, Kiçik Asiyanın qərb hissəsi, Suriya, Misir, Krenaika idi. IV-V əsrlərdə Bizansın kənd təsərrüfatında qulların əməyindən əsas istifadə forması onlara pekuli formasında torpaq parçası verilməsində ibarət oldu. Qulların istasmarında bu formanın geniş tətbiq ounması Bizansda quldarlıq quruluşu böhranının təsirini bir qədər ləngitdi.


Qərbə nisbətən Bizansda kolonat ( 3-cü fəslə bax) da geniş miqyasda yayıldı. VI əsr qanunvericiliyi Bizans imperiyası qullarını iki əsəs kateqoriyaya ayırır: azadlar- georqlar və “təhkim edilmişlər”- enapokraflar( və ya adskriptisilər). Georqlar hüquqi cəhətdən azad adamlar hesab olunurdular. Onların öz mülkiyyətində evləri , həyətləri , avadanlıqları , heyvanları və hətta iri torpaq sahibindən icarəyə aldıqları torpaqla yanaşı özlərinin çox da böyük omayan xüsusi torpaq parçaları da olurdu.enapokraflar heç bir mülkiyyət hüququna malik deyildilər. Ağa torpaqlarında yaşayır , həmin torpağı bir qayada olaraq , onu –ağanın avadanlığı ilə becərirdilər. VI əsrdə kolonların vəziyyıti pisləşir. Məsələn, təkcə enapoktafların deyil, georqların da əmlak hüquqlarında məhrum edilməsi prosesi gedirş daha əvvəl kolonlar torpağa məhkum olunmuşlar. Kolonlar torpaqdan istifadə müqabilində ağaya natura ilə( məhsulla), bəzən də pulla müəyyən vergilər verir və onun üçün çöl işləri görördülər.


Bizansın aqrar qoroluşunun özünəməxsusluğu- xeyli azad kəndli kütləsinin və kəndli icmasının qalması , kolonatın və pekuli verilməklə qulçuluğun geniş yayılması –şərq əyalətlərinin böyük iqtisadi duruma malik olmasından ötrü şərt oldu və Şərqdə qulların quruluşunun, onuin süqutunu, sonralar isə feodallaşma prosesini də müəyyən qədər ləngitdi.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin