Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Xiristian kilsəsi və təriqətçilik hərakatları



Yüklə 3,06 Mb.
səhifə49/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   45   46   47   48   49   50   51   52   ...   263
Orta srlr tarixi S D Skazkin

Xiristian kilsəsi və təriqətçilik hərakatları.

Bizans cəmiyyətinin ideoloji və ictimai iqtisadi həyatında IV əsrdə dövlətin mütəffiqi və dayağına çevrilmiş xiristian kilsəsi böyük rol oynayırdı.Artıq bu dövrdə həm kilsə təşkilatı, həm də kilsə ehkamları sahəsində qərblə şərq kilsələri arasında fərqlər nəzərə çatmağa başlayır .


Şərq kilsəsi bütün xiristian aləmində üstünlük uğrunda Qərb kilsəsi ilə rəqabət aparırdı. Konstantinopol patriarxı heç nədə Roma papasından geri qalmamağa çalışırdı. Lakin şərq kilsə təşkilatının fərqləndirici xüsusiyyəti Bizansda kilsənin imperator hakimiyyətindən tarixən yaranmış qüvvətli aslılığı idi.Artıq erkın Bizansda mürəkkəb və çoxşaxəli kilsə iyerarxiyası, əsasən yaranir. Qullar, kolonlar, xırda icarəçlər tərəfindən becərilən çoxlu torpaq mülkləri, şəhərlərdə isə erqasteriyalar və dükanlar kilsəyə məxsus idi. Kilsə bir sıra imtiyazlar əldə etmişdi: ruhanilər vergilərdən (torpaq vergisi istisna edilməklə) və mükəlləfiyyətlərdən azad


olunmuşdular; yepiskoplar və başqa ali ruhani mənsəb sahibləri bütün ruhanilər üzərində məhkəmə hüququna malik idilər.

Hakim xristian kilsəsinin əsas ehkamları kəskin ilahiyyat və ictimai –siyasi mübarizədə yaradılırdı. Xristianlıq “etiqad rəmzi”nin “allahın üç təbiətli olması” haqqındakı ən başlıca ehkamı çox mübahisələr və etirazlar doğururdu. Bu ehkamın ziddiyyəti izahı nəticəsində təriqət təlimləri yarandı. Təriqətlərin bu ilahiyyatçılıq ixtilafları arxasında həmişə hakim kilsəyə və dövlətə qarşı çıxış edən ictimai qüvvələr dururdu. Bu döcrdə Şərqi imperiyada Xristianlığın ilahi təbiətə malik olduğunu inkar edən ariçilik geniş yayılmışdı.


Ariçi ruhanilər ilk zamanlar sadə həyat sürüdülər. Tamahkarıq və sərvət toplamaq onlar üçün yad idi. Onlar hakim kilsəni kəskin suratdə təhqir edirdilər. Buna görə də geniş xalq xütəsinin rəğbətini qazanır və kilsə tərəfindən amansızlıqla təqib olunurdular. Sonralar ariçilər apiskotratlaşdılar və xalqla əlaqələrini itirdilər.





  1. əsrin 30-40 –cı illərində Suriyada yeni təriqətçi təlim-nestorçuluq meydana gəldi. Bu təlim , hərəkatın başçısı Nestorinin adı ilə belə adlanırdı. Nestorçular da allahın üçtəbiətli olması haqqındakı ehkamı tənqid edirlilər. Onlar Xristi, ancaq müvəqqəti olaraq ilahi idrak bəxş olunmuş insan hesab edirdilər. Nestorçuların əasa özəyi şərq əyalətlərinin –Mesopotomiya , Suriya, qismən də Misirin mərkəzi hökümətdən və ortodoksal kilsədən ayrılmaq əhvali-ruhiyyəsində olan ruhaniləri və tacirləri idi. Lakin nestorçuluğun müxalifatçı mövqedə olması ona xalq kütlələrinin rəğbətini qazandırmışdı. 431-ci ildə Efesdə (Kiçik Asiya) keçirilən ümumdünya kilsə məclisində nestorçuluq da bidət elan olundu və şiddətli təqiblərə məruz qaldı.

Erkən Bizansda monofizitlik geniş yayılmışdı. Ariçilər və nestorçulardan fərqli olaraq monofizitlər belə hesab edirdilər ki , Xristos ancaq bir təbiətə, özü də ilahi təbiətə malikdir. Onlar da, həmçinin ruhanilərdən dəbdəbəyə və bu dünyanın neymətlərinə uymamağı tələb edirdilər ki, bu da xalq kütlələrinin monofizitlərə hüsn-rəğbət bəsləməsinə gətirib çıxardı. Misir, Fələstin və Suriyanın tacirləri, iri torpaq sahibləri, ali ruhanilər üçün bu (yəni monofizitlik-tərc), həmçinin mərkəzdən ayrılmaq bayrağı idi. 451-ci ildə Xalkidon kilsə məclisində monofizitlər bidətçilikdə ittiham olundular.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin