Yustinianın xarici siyasəti və müharibələri.
Yustinian özünü Qərblə əlaqədar xarici siyasətində ,hər şeydən əvvəl Roma imperiyasının bərpa olunması ideyasını rəhbər tuturdu. Bu böyük niyyəti həyata keçirmək üçün Yustinian Qərbi Roma imperiyasının xarabaları içərisində meydana gəlmiş barbar dövlətlərini istila etməli idi. Birinci olaraq 534-cü ildə Bizans qoşunlarının zərbələri altında Şimali Afrikada vandalların dövləti dağılırdı. Vandal əyanları arasındakı daxili çəkişmələr , yerli bərbər tayfalarının vandalların hakimiyyətindən narazı olması , vandallar-ariçilər tərəfindən sıxışdırılan Roma qulları və ortodoksal ruhanilərin bizanslılara köməyi Yustinianın sərkərdəsi Velisarinin qələbəsini təmin etdi.
Lakin istila olunmuş əyalətdə quldarlıq münasibətlərinin və Roma vergi sisteminin bərpası əhalinin narazılığına səbəb oldu. Bizans ordusunun əsgərləri də onlara qoşuldular. Hökümət onları istila olunmuş ölkədə torpaq sahəsi ilə təmin etmədiyi üçün narazı qalmışdılar. 536-cı ildə əsgərlər üsyan etdilər. Yerli barbar tayfaları , qaçaq qullar və kolonlar da onlara qoşuldular. Üsyana Bizans əsgəri Stotza başçılıq edirdi. Şimali Afrikada ancaq VI əsrin 40-cı illərində qəti olaraq imperiyanın hakimiyyətinə tabe edildi.
Italiyada ostqotların krallığının işğal olunması imperiyaya daha böyük qurbanlar bahasına başa gəldi. 535-ci ilin yayında Siciliyaya qoşun çıxaran Velisari bu adanı tezliklə ələ keçirdi. O, buradan Cənubi İtaliyaya getdi və müvəffəqiyyətlə ölkənin içərilərinə doğru
irəliləməyə başladı. Quldar İtalyan əyanlarının və ortodoksal ruhanilərin (qotlar da, vandallar kimi , ariçi idilər) köməyinə arxalanan Velisari 536-cı ildə Romanı aldı.
Lakin burada da Yustinianın bərpa siyasəti və istilaçıların özbaşnalığı geniş xalq hərəkatına səbəb oldu. Bu hərəkata isdedadlı sərkərdə və uzaqgörən siyasətçi olan ostqot kralı Totila (551-552) başçılıq edirdi. Ostqot əyanlarının nümayəndəsi kimi qulçuluq təsisatının ləğv olunması ürəyindən olmasa da , o başa düşürdü ki, geniş kütlələrin köməyi olmadan düşməni darmadağın edə bilməyəcəkdir.
Buna görə də Totila qaçaq qulları və kolonları öz ordusuna qəbul edir, onlara azadlıq verirdi. Eyni zamanda o, azad torpaq sahibləri olan ostqot və italyan kəndlilərini müdafiə edir, xüsusən ostqotlara qarşı çıxış edən iri Roma mülkiyyətçilərinin bir hissəsinin mülklərini əllərindən alırdı. Bu, İtaliya əhalisinin Yustinian hökümətinin bərpa siyasətindən zərər çəkmiş bütün təbəqələrinin ona kömək göstərməsini təmin etdi. Totila Bizans qoşunları üzərində parlaq qələbələr çaldı. 546-cı ildə o, Romanı tutdu. Az sonra İtaliyanın çox hissəsini , habelə Siciliya, Sardiniya və Korsikanı da bizanslılardan geri aldı.
Totilanın qələbələri onun ostqot əyanları üzərindəki rəqiblərini narahat edirdi.Bir çox ostqot əsilzadələri ondan uzaqlaşmağa başlamışdılar.Eyni zamanda Totilanın özü də öz siyasətində ardıcıl deyildi.O,tez-tez ostqot və italyan əyanlarına güzəştə gedir,bununla da xalq kütlələrini özündən uzaqlaşdırır,tərəfdaşlarını itirirdi.552-ci ildə Velisarinin xələfi sərkərdə Narses çox böyük bir ordu ilə İtaliyaya gəldi.Elə həmin ilin iyununda Taqina adlı yerdə baş vermiş döyüşdə,ostqotların göstərdikləri qəhramanlığa baxmayaraq,Totilanın ordusu dəhşətli məğlubiyyətə uğradı.Totilaniın özü isə döyüşdə həlak oldu.Lakin ostqotlar inadlı müqavimət göstərməkdə davam etdilər.İtaliya ancaq 555-ci ildə tamamilə bizanslılar tərəfindən istila olundu.
Yustinian Şimali Afrikada olduğu kimi İtaliyada da quldarlıq münasibətlərini saxlamağa və Roma dövlət idarəçiliyi sistemini bərpa etməyə cəhd göstərdi.554-cü ildə o,"Praqmatik sanksiya" verdi.Bu sanksiya Totilanın bütün islahatlarını ləğv edirdi.Quldar əyanların əvəllər müsadirə olunmuş torpaqları onların özünə qaytarıldı.Azadlıq almış quldar və kolonlar yenidən öz ağalarına verilirdi.
Yustinian İtaliyanın istilası ilə eyni zamanada İspaniyada vestqotlarla da müharibəyə başladı.Burada o,Pireney yarımadasının cənub-şərq hissəsində bir sıra dayaq məntəqələri ələ keçirə bildi.
Beləliklə,Yustinianın Roma imperiyasını bərpa etmək xəyalı,sanki,həyata keçirilmək üzrə idi.Əvvəllər onun tərkibinə daxil olan vilayətlərin bir çoxu yenidən Bizans dövlətinə birləşdirildi.Lakin bizanslıların ağalığı əsarət altına salınmış əhalinin narazılığına səbəb oldu.Yustinian istilalarının möhləm olmadığı aşkara çıxdı.
Şərqdə,Bizans,VI əsrdə sasanilər İranı ilə üzücü müharibələr apardı.Onların arasında çox qədim mübahisənin ən mühüm səbəbi Zaqafqaziyanın zəngin vilayətləri,birinci növbədə Lazika (müasir Qərbi Gürcüstan) idi.Bundan başqa Çin,Seylon və Hindistanla ipək və başqa qiymətli mallarla ticarət üstündə Bizans və İran əskidən bir-birilə rəqabət aparırdılar.Bizansın ostqotlarla müharibəyə girməsindən istifadə edən sasani hökmdarı I Xosrov Ənuşirəvan 540-cı ildə Suriyaya hücum etdi.İranla,fasilələrlə 562-ci ilədək davam edən,ağır müharibə belə başlandı.Sülh müharibəsinə görə Lazika Bizansın əlində qaldı,Gürcüstanın Svanetiya və başqa
vilayətləri isə İranın hakimiyyəti altına keçdi.Bizans İrana hər il bac verməyi öhdəsinə götürürdü.Lakin,hər halda,iranlıları Aralıq dənizi və Qara dəniz sahillərinə çıxarmağa qoymadı.
İmperiyanın şimal sərhədlərində aparılan müharibələr də Yustinian üçün uğursuz oldu.Demək olar ki,hər il slavyanlar,avarlar,hunlar,protobulqarlar (türkdilli bulqarlar-tərc.),herullar,kebidlər və başqa tayfaları və xalqları Dunayı keçir,Bizans ərazisinə hücum edirdilər.
Dostları ilə paylaş: |