Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə54/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   50   51   52   53   54   55   56   57   ...   263
Orta srlr tarixi S D Skazkin

Bizans VI əsrin sonu-VII əsrdə.

Yustinianın xələfləri zamanında uzun sürən müharibələrin əldən saldığı və hədsiz vergilər nəticəsində iflasa uğramış imperiya tənəzzül dövrünə qədəm qoyur.VI əsrin sonu-VII əsrin əvvəllərində Bizans imperiyasinda quldarlıq istehsal üsulunun böhranı ən kəskin həddə çatdı.Ölkədə sahibsiz qalmış torpaqların miqdarı artır,əkinçilik mədəniyyəti zəifləyir,suvarma qurğuları dağılırdı.Artıq müxtəlif kateqoriyalardan olan asılı əkinçilərin istismarına əsaslanan iri torpaq sahibliyi inkişaf edir.Qəyyumluq (patronat-tərc.) geniş inkişaf edir.Təkcə azadlığa buraxılan qullar deyil,bir çox azad əkinçilər də iri torpaq sahiblərindən-qəyyumlardan şəxsən asılı vəziyyətə düşürlər,yəni feodalizm cəmiyyəti üçün səciyyəvi olan təsərrüfat formaları və ictimai münasibətlər getdikcə daha çox inkişaf edir.


Əvvəllər azad olan adamların asılı hala salınması,xüsusən imperiyanın şərq əyalətlərində-Suriya,Fələstin,Misirdə sinfi mübarizənin kəskinləşməsi ilə nəticələndi.Burada "quldurlar" (latronis) hərəkatı geniş sürət alır.Quldarlar silahlı dəstələr halında birləşib öz zülümkarlarına qarşı mübarizə aparan qaçaq kolonları nifrət və həqarətlə "quldur" adlandırırdılar.


602-ci ildə Dunay sahilindəki orduda üsyan qalxdı.Sadə yüz başı (senturion) Foka imperator elan olundu.Xalq kütlələrinin müdafiə etdiyi üsyançılar imperator Mavrikini taxtdan saldılar və edam etdilər.Ölkədə şərq əyalətlərini əhatə edən açıq vətəndaş müharibəsi başladı.Nəticədə 610-cu ildə Foka da taxtdan salındı və edam olundu.Hakimiyyəti isə feodallaşmaqda olan əyalət əyanlarının nümayəndəsi olan İrakli (610-641) ələ keçirdi.


İqtisadi tənəzzül, ictimai-siyasi böhran və VII əsrin əvvəllərindəki vətəndaş müharibəsi imperiyanın ərazi itkilərinə və onun torpaqlarına slavyanların soxulmasına şərait yaratdı.VII əsrin əvvəllərində slavyanlar,artıq,Frakiya,Makedoniya,Yunanıstan,Dalmasiya və İstriyada məskunlaşmışdılar.VII əsrin ortaları üçün,artıq,slavyan məskənləri demək olar,bütün Balkan yarımadası ərazisini əhatə edirdi.VII əsrin 70-ci illərində Bizansın şimal-şərq hüdudlarında Balkan yarımadasında birinci iri slavyan dövləti olan Bolqarıstan meydana gəldi.Kiçik Asiyaya da xeyli slavyan köçdü.


Zəifləmiş imperiya şərqdə tez-tez iranlıların hücumlarına məruz qalırdı.Hərçənd imperator İrakli, müvəqqəti olaraq, iranlıların şərq əyalətlərini ələ keçirməsinin qarşısını ala bildi.Lakin VII əsrin 30-cu illərində Bizans şərqdə yeni zəhmli düşmənlə-ərəblərlə toqquşmalı oldu.Ərəblər 636-642-ci illərdə Bizansın ən zəngin və məhsuldar şərq vilayətlərini (Suriya,Fələstin,Yuxarı Mesopotomiya,Misir) onun əlindən aldılar ki, bu da imperiyanın iqtisadiyyatını kəskin sürətdə sarsıtdı.VII əsrin sonlarında ərəblər Bizansın Şimali Afrikadakı mülklərini fəth etdilər.Bizansın əlində İtaliyada Ravenna mahalı,Cənubi İtaliyanın bir hissəsi (Kalabriya və Apuliya) və Siciliya qaldı.Bu dövrdə Bizans ərazisi imperator Yustinian zamanında imperiyaya daxil olan torpaqların üçdən birindən də azını əhatə edir.Ermənistan və Lazika Bizans asılılığından azad olmuşdular.Əhalinin etnik tərkibi də dəyişmişdi:Balkan yarımadasının xeyli hissəsində və Kiçik Asiyanın bəzi yerlərində slavyanlar məskunlaşmış,Kiçik Asiyanın şərq hissəsində çoxlu erməni,iran,suriya və ərəb məskənləri meydana gəlmişdi.


VII-VIII əsrlərdə Bizansda ictimai-iqtisadi və siyasi dəyişiklər.

Slavyanlar və başqa barbar tayfalarının müdaxiləsi xalq hərəkatları ilə birlikdə quldar tipli iri torpaq sahibliyinin daha da azalmasına səbəb oldu.İndi yerli və slavyan azad kənd icmaları böyük əhəmiyyət kəsb etdi.Qalmaqda davam edən iri torpaq sahibliyi getdikcə daha çox yeni feodal əsasları üzərində qurulurdu;qul əməyindən istifadə azalır və müxtəlif kateqoriyalardan olan asılı əkinçilərin istismarının əhəmiyyəti artırdı.


Bizans dövlətinin inzibati quruluşu əsaslı surətdə dəyişmişdi.Keçmiş diosazlar və əyalətlər yeni hərbi-inzibati dairələrlə-femlərlə əvəz olunur.Onların əhalisinin özəyini Bizansın hər yerində məskən salmış slavyan,erməni,suriyalı və başqa tayfaların nümayəndələrindən ibarət məskun kütlələri təşkil edirdi.VIII əsrdə onlardan,habelə azad olan Bizans kəndlilərindən xüsusi hərbi silk-stratiotlar silki yaradıldı.Stratiotlar hərbi xidmət müqabilində hökümətdən irsi istifadə üçün torpaq payları alırdılar.Stratiot torpaq sahibliyi,torpaq vergisi istinad edilməklə, bütün vergilərdən zad olunmuş imtiyazlı torpaq sahibliyi idi.Stratiotlar fem qoşunlarının başlıca qüvvəsini və fem quruluşunun əsasını təşkil edirdilər.Femlərə fem qoşunlarının komandirləri-stratiqlər başçılıq edirdilər.


Onlar femlərdə hərbi və mülki hakimiyyəti bütünlüklə öz əllərində cəmləşdirmişdilər.Fem quruluşunun yaradılması mərkəzi hakimiyyətin səlahiyyətinin xeyli dərəcədə yerli hakimlərə verilməsi demək idi ki,bu da ölkənin feodallaşması ilə bağlı idi.Lakin başqa erkən feodal dövlətlərinin çoxu ilə müqayisədə Bizans dövlət quruluşunun xüsusiyyəti bundan ibarət idi ki,burada elə bu dövrdə də nisbətən qüvvətli mərkəzi hakimiyyət qalmışdı.


Bizans şəhərləri VIII-IX əsrin birinci yarısında tənəzzül etməkdə idilər.Bizansın şərq əyalətlərini itirməsi imperiyanın şəhər iqtisadiyyatının vəziyyətinə də mənfi təsir göstərdi.Doğrudur,IX əsrdə Bizans qismən Şərqlə və Frank dövləti ilə,xüsusilə slavyan ölkələri ilə-Bolqarıstan,serb və horvat torpaqları,Böyük Moraviya və Qedim Rus dövləti ilə (Xersones vasitəsilə),eyni zamanda Zaqafqaziya xalqları,Şimali Afrika ilə ticarət əlaqələrini bərpa edə və möhkəmləndirə bildi.Konistantinopol,Fessaloniya,Trabzon iri sənət və ticarət mərkəzləri olaraq qalırdılar.Lakin imperiya şəhərlərinin çoxu tənəzzül edir,təsərrüfatın ümumi naturallaşması gedir,iqtisadiyyatın ağırlıq mərkəzi getdikcə daha çox şəhərdən kəndə köçürdü.


VIII-IX əsrin birinci yarısında Bizans kəndində azad kənd icması üstünlük təşkil edirdi.Onun dağılması nəticəsində feodal münasibətlərinin formalaşması üçün əsas yaranırdı.Bunu,VIII əsrdə tərtib olunduğu güman olunan "Əkinçilik qanunu" da sübut edir.


"Əkinçilik qanunu",barbar qanunları kimi,adət hüququnun yazıya alınmış toplusudur.Onun məlumatına görə Bizans kəndində azad qonşuluq icması üstünlük təşkil edirdi ki,bu da torpağın ali mülkiyyətçisi idi.Əkin yerləri,bağlar,üzümlüklər icma üzvlərinin xüsusi istifadəsində idi.Biçənəklər,örüşlər,meşələr və başqa yerlər ümumi istifadədə qalırdı.İcma dövlətə vergiləri ümumilikdə verirdi.


"Əkinçilik qanunu"nun məlumatlarına görə Bizans-slavyan icmaında,artıq əmlaka görə təbəqələşmə prosesi gedirdi: əsas azad icma üzvləri kateqoriyası olan keorqlarla yanaşı,heç bir əmlakı olmayan yoxsullar-aporlar meydana gəlir.Onlar öz torpaq sahələrini daha varlı icma üzvlərinə icarəyə verir, ya da qaçıb yad ölkələrə gedirdilər.Kənddə artıq muzdlu işçilərə-mistiyalara (başlıca olaraq çoban idilər) və qullara da təsadüf olunurdu ki,onlardan da həm ümumilikdə icma tərəfindən,həm də ayrı-ayrı varlı icma üzvlərinin təsərrüfatlarında istifadə olunurdu.Lakin icma münasibətləri hələ o qədər güclü idi ki,"Əkinçilik qanunu" torpağın icma


üzvü olmayan adamlara satılmasına icazə vermirdi:onu həmkəndlilər ancaq öz aralarında dəyişə və icarəyə verə bilərdilər.

İcma ancaq daxildən dağılmırdı.O,həm də xaricdən - iri dünyavi və ruhani torpaq sahiblərinin təzyiqinə məruz qalırdı.Onlar icma torpaqlarını qəsb etməyə və icma üzvlərini öz hakimiyyətlərinə tabe etnəyə çalışırdılar. İcmanın tədriclə dağılıb getməsindən, onun hesabına iri feodal torpaq sahibliyinin artması və kəndlilərin təhkimləşdirilməsindən ibarət olan bu uzun sürən və ağır proses-feodallaşma prosesi VII-VIII əsrlərdə başlanmış və XI əsrdə,əsasən,başa çatmışdır. Bizansda feodalizm mənşəyinin xüsusiyyəti,burada Qərbi Avropa ölkələrinin çoxundan fərqli olaraq,quldarlıq qalıqlarının daha böyük miqyasda qalması idi.VII-IX əsrlərdə qul əməyi artıq əsas əmək forması olmasa da,hər halda,həm kənd təsərrüfatında,həm də sənətkarlıqda hələ də qalmaqda idi.


VIII-IX əsrin birinci yarısında imperiyada bir tərəfdən hərbi-qulluqçu fem əyanları,digər tərəfdən isə yüksək mənsəbli şəhər əsilzadələri və inkişaf etməkdə olan kilsə-monastr torpaq sahibliyi arasında torpaq üstündə mübarizə şiddətlənir.Kiçik Asiya fem əyanları öz əlaltıları,İsavrlar sülaləsinin (717-867) banisi III Lev İsvarı (717-741) taxta çıxara bildilər.III Lev fem qoşunlarına arxalanaraq ərəblərlə mübarizədə əsaslı dönüşə nail olur.


O,ərəb xəlifəsinin Konstantinopolu bir il ərzində mühasirədə saxlmış çox böyük bir ordusunun hücumunu 718-ci ildə müvəffəqiyyətlə dəf edir,740-cı ildə isə ərəbləri sarsıdıcı məğlubiyyətə uğrdır.746-cı ildə III Levin oğlu V Konstantinin (741-775) zamanında biznaslılar Suriyada Xilafətin mülklərinə müdaxilə edib.Fərat sahillərinə və Ermənistan sərhədlərinə qədər gəlib çıxdılar.Bizans qoşunları özlərinin şimal qoşunlarına-Birinci Bolqar çarlığına qarşı da müvəffəqiyyətli hücum əməliyyatları apardılar.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin