İkona əleyhdarları hərəkatı.
Hərbi uğurlar fem əyanlarının mövqeyini möhkəmləndirdi.Onlar dövlət idarəçiliyinin hərbi-qulluqçular silkinə verilməsini monastr torpaqlarının qismən müsadirə olunması və həmin torpaqların hərbiçilərə paylanılmasını tələb etməyə başladılar.Hakim sinif içərisində torpaq və kəndlilərdən renta almaq hüququ ələ keçirmək üstündə mübarizə başlanır.Bu mübarizə ikona əleyhdarları ilə ikonapərəstlər arasında məfkurə mübarizəsi formasını aldı.
Ali ruhanilərin və onlarla sıx əlaqədə olan yüksək mənsəbli şəhər əsilzadələrinin ideoloji nüfuzunu sarsıtmaq arzusunda olan ikona əleyhdarları ikonalara sitayiş olunmasına qarşı çıxır,onu bütpərəstlik adlandırırdılar.İkona əleyhdarları hərəkatına hərbi-qulluqçu fem əyanlarının mənafeyini ifadə edən isavrlar sülaləsi imperatorlarının özləri başçılıq edirdilər.Məsələn,imperator III Lev 726-cı ildə ikonalara sitayiş olunmasına qarşı açıq çıxış etdi.İkona əleyhdarlarının ideyaları monastr torpaq sahibliyinin inkişafi və ali ruhanilərin istismarının şiddətlənməsindən narazı qalan xalq kütlələrinin bir qismi içərisində də rəğbətlə qarşılandı.Həmin ideyalar xalq içərisində daha qəti xarakter alır və bidətçi təriqətlər,məsələn,pavelçilər(pavlikianlar-tərc.) təriqəti tərəfindən müdafiə olunurdu.
Ali ruhanilər və rahiblər ikona əleyhdarlarını ən amansız müqavimətlə qarşılaşdılar.Fanatik rahiblər imperiyanın Avropa vilayətlərində xalq kütlələrinin bir qismini də ikona əleyhdarlarına qarşı qaldıra bildilər.Hərbi silkin qüvvətlənməsindən narahat olan yüksək mənsəbli şəhər əsilzadələri və Konstantinopol tacir-sənətkar dairələrinin yuxarı təbəqələri də ikonapərəstləri müdafiə etdilər.
İkona əleyhdarları ilə ikonapərəstlər arasındav mübarizə kilsə sərvətləri və monastr torpaqlarının müsadirəsinə başlamış imperator Konstantinin zamanında xüsusi qüvvə ilə genişləndi.Bu torpaqlar bəxşiş olaraq hərbi-qulluqçu əyanlara paylanılırdı.754-cü ildə V Konstantin kilsə məclisi çağırdı; ikonapərəstlik pislənildi və onun bütün tərəfdarları kilsə vəzifələrindən kənar olundular.Lakin ikona əleyhdarları hərəkatı IX əsrin ortalarına qədər davam etdi.
Dostları ilə paylaş: |