XI əsrin sonları üçün Qərbi Avropada feodalizm quruluşunun əsas xüsusiyyətləri.
IX-XI əsrlərdə Qərbi Avropa ölkələrində feodalizm quruluşunun möhkəmlənməsi.
IX-XI əsrlərdə Qərbi Avropa dövlətlərinin çoxunda feodal münasibətlərinin formalaşması prosesi başa çatır.Bəzi ölkələrdə, məsələn, İtaliya və Fransada feodalizm quruluşu, özünün əsas xüsusiyyətləri ilə,artıq X əsrdə yaranmışdı; Almaniya və İngiltərə kimi digər ölkələrdə bu proses əsasən,yalnız XI əsrin sonları üçün başa çatdı.Skandinaviya ölkələrində isə feodallaşma daha ləng gedirdi.Lakin XI əsrin sonları üçün Qərbi Avropa ölkələrinin çoxunda və Bizansda feodal istehsal münasibətləri hökmranlıq edirdi.Ayrı-ayrı ölkələrin inkişafının bütün özünəməxsus xüsusiyyətlərinə baxmayaraq təşəkkül etmiş feodal istehsal üsulu üçün səciyyəvi olan ümumi xüsusiyyətlər bu ölkələrdə aydın nəzərə çarpırdı.
Xırda fərdi kəndli təsərrüfatı ilə əlaqədar olan votçina (mülk) formasında feodal torpaq mülkiyyəti hökmranlıq edirdi.Kəndlilərin əsas kütləsi,artıq, feodal torpaq sahibindən bu və ya digər formada asılıdır və onun tərəfindən ağır istismara məruz qalmışdır.Bu istismar feodal rentası ilə ifadə olunur və müxtəlif qeyri-iqtisadi məcburiyyət vasitələrinin köməyi ilə həyata keçirilir.Əvvəllər azad olan kənd icması bu zaman üçün asılı və ya təhkim icmaya çevrilir.Torpaqdan icmalıqla istifadə etmənin ənənəvi formalarından isə feodallar kəndlilərə zülm etmək üçün istifadə edirdilər.
Bu dövrün kənd təsərrüfatı üçün zəif,köhnə texnika və onun ləng inkişafı səciyyəvi idi ki, bu da istehsalın xırda, cırtdan kəndli təsərrüfatına əsaslanmasının nəticəsi idi.Feodalizmin erkən inkişaf mərhələsində natural təsərrüfat hökmranlıq edirdi; mübadilə uzun idi , ticarət əlaqələri inkişaf etməmişdi; sənət kənd təsərrüfatından hələ təzə ayrılmağa başlamışdı; işləyib ödəmə rentası və bununla əlaqədar olan biyar təsərrüfatı sistemi üstünlük təşkil edirdi ki, bu da B.İ.Teşinin "Rusiyada kapitalizmin inkişafı" əsərində səciyyələndirdiyi və XVIII-XIX əsrlər Rusiyasında üstünlük təşkil edən təsərrüfat sistemi ilə oxşardır.
Bununla belə,feodal tərəfindən istismara məruz qalsa da, xırda kəndli təsərrüfatı iri quldar təsərrüfatına və ya ibtidai icma quruluşundakı əkinçilik əməyinə nisbətən daha məhsuldar idi.
IX-XI əsrlərdə Avropada feodal münasibətlərinin bərqərar olması , bütövlükdə, iqtisadiyyatın yüksəlməsinə səbəb oldu: meşələr açıldı:yeni torpaqlar, xüsusən Roma imperiyasının son yüzilliklərində boş qalmış torpaqlar, becərilməyə başlandı:süni suvarma işləri görüldü,üzümlüklər və zeytun bağlarının sahəsi artırıldı, ev heyvanlarının cinsləri yaxşılaşdırıldı.
Atdan iş heyvanı kimi istifadə olundu.Təşkilləşdirilmiş yüngül kotandan istifadə olunmağa başlandı.Sənətkarlıq inkişaf edir, tədriclə kənd təsərrüfatı məşğuliyyətlərindən ayrılırdı.Mübadilə tərəqqi edirdi.Avropada XI əsrin ortaları üçün yaranmış ictimai-siyasi münasibətlərin səciyyəvi xüsusiyyəti torpaq üzərində feodal mülkiyyəti ilə feodalın siyasi hakimiyyəti arasında sıx əlaqə idi.İri votçina (mülk) təkcə təsərrüfat vahidi deyil, həm də sanki kiçik müstəqil dövlət - senyorluq idi.Öz mülklərinin əhalisinə nisbətdə feodal yalnız torpaq sahibi deyil, həm də əlində məhkəmə,idarəçilik hərbi və siyasi qüvvələr olan hakim- senyor idi.Cəmiyyətin bu cür təşkili Avropada X-XI əsrlərdə ( bəzi ölkələrdə sonralar da ) siyasi pərakəndəliyin hökmranlıq etməsinə şərait yaradırdı.
Dostları ilə paylaş: |