Kilsə IX əsrin ikinci yarısı-XI əsrlərdə.
IX əsrin ikinci yarısı-XI əsrlərdə imperiyanın ictimai həyatında kilsənin rolu yenidən artdı.Onun dövlətlə ittifaqı Bizansda xüsusilə möhkəm idi.Bu ittifaq nəticəsində kilsə bütünlüklə imperator hakimiyyətinə tabe edilmişdi.Patriarx,papadan fərqli olaraq, dünyəvi dövlət başçısı deyildi; kilsənin gəliri kimi patriarx seçilməsi də bütünlüklə imperatordan asılı idi. Yepiskopların şəxsi mülkləri və dəqiq surətdə müəyyən olunmuş benefisləri yox idi. Əhalinin bir adət olaraq, kilsəyə verdiyi nəzir-niyazın miqdarı yalnız X əsrin sonunda pul ilə və natural şəkildə həyətbaşı alınan kilsə vergisi (kanonikon) qanunlaşdırıldı.
Xristian kilsəsi rəsmi olaraq vahid hesab olunurdu. Bu vahidlik, artıq, Qərbi Roma imperiyasının süqutu dövründə faktiki olaraq, əldəqayırma bir şeyə çevrilmişdi. Roma və Bizans kilsələri arasındakı əlaqəsizlik, Roma baş keşişi - kilsə başçısı (papa) frank kralından dünyəvi dövlət - Papa vilayətini aldıqda (VIII əsr), rəqabətə çevrildi.
Rəqabət IX əsrin ikinci yarısında xüsusilə kəskinləşdi:Bizans din təbliğatçıları Kirill və Mefoda Moraviyada müvəffəqiyyət qazandılar;Bolqarıstan da xristianlığı şərqsayağı qəbul etdi;Serbiyada Bizans kilsəsinin təsiri güclənirdi;yüz ildən sonra papa nümayəndələri Qədim Rus dövlətində də müvəffəqiyyətsizliyə uğradılar - Kiyev knyazı Vladimiri Bizans keşişləri xristianlaşdırdılar.
XI əsrin ortalarında möhkəmlənmiş Papalıq,Cənubi İtaliyada imperiya hakimiyyətinin zəifləməsindən istifadə edib buranı özünün dini hakimiyyəti altına salmağa başladı.Patriarx buna ciddi etiraz etdi.1054-cü ilin yayında,Konstantinopola gəlmiş papa elçiləri bu zaman papanın İlliariya və Bolqarıstana olan "qanun hüquqları"nın bərpa olunmasını tələb etdilər.Rədd cavabı alan papa elçiləri Konstantinopol patriarxı da papa elçilərini mürtəd elan etdilər.Buna cavab olaraq Konstantinopol patriarxı da papa elçilərini mürtəd elan etdi.Kilsələr rəsmi surətdə ayıldılar-"sxizma"(dini təfriqə - tərc.)baş verdi.O zamandan şərq kilsəsini,yəni Bizans və bizanssayağı xristianlıq qəbul etmiş ölkələrin kilsəsini yunan-katolik (bu kilsə özünə,həmçinin pravoslav,yəni ortodoksal,düzgün etiqadlı adı da vermişdir),qərb kilsəsini isə Roma-katolik kilsəsi adlandırmağa başladılar.
Sonralar da dəfələrlə kəskinləşmiş bu mübarizənin gedişində həmin mübarizənin əsl siyasi və maddi səbəbləri-həmişə ehkam,mərasim və təşkilati məsələlər üstündə gedən mübahisələrlə pərdələnirdi.Ehkamlarda,ibadət və kilsə quruluşunda,tarixən yaranmiş çalarlar və fərqlərə prinsip əhəmiyyəti verilirdi.Hər iki tərəf güzəştə getmirdi;tündməcaz mübahisələr şəhərlilər içərisində canlı rəy doğururdu.Belə ki qarşılıqlı nifrət imperiya tacirlərinin İtaliya şəhərləri ilə ticarət-sənətkarlıq rəqabəti nəticəsində qızışırdı.
Bizansda rahiblər və monastrlar Qərblə müqayisə olunmayacaq dərəcədə çox idi.Zülm edilənlər içərisində geniş yayılmış tərki-dünyalıq əhvali-ruhiyyəsi nəticəsində kəndlilərin xeyli hissəsi pis güzərandan qaçıb monastrlara sığınırdılar.Lakin onlar burada da aşağı rahiblərin sırasında düşür,günlərlə pariklər kimi monastr torpaqlarında işləyirdilər.XI-XII əsrlərdə monastrlar xüsusilə surətlə artdı:hər bir imperator,yüksək mənşəli əyan,sərkərdə,kilsə xadimi monastr ucaldır və öz monastrına mülklər verirdi.Onların ən böyükləri (paytaxtda Studiya monastrı və Afom monastrları) fəal surətdə dünyəvi işlərə qarışırdılar.Hakim sinfin hakimiyyət uğrunda mübarizə aparan qrupları nüfuzlu rahiblərdən kömək almağа çаlışırdılаr.
Dostları ilə paylaş: |