VIII-IX əsrin birinci yarısında xalq hərəkatı.
İri feodal torpaq sahibliyinin inkişafı və feodalların azad kəndliləri sıxışdırması nəticəsində sinfi mübarizə kəskinləşdi.Vüsəti və nəticələrinə görə ən mühüm hərəkatlardan biri xalq-təriqətçilik hərəkatı olan pavlikianlar hərəkatı idi.Bu hərəkat VII əsrin sonunda Ermənistanda meydana gəldi.Lakin VIII-IX əsrlərdə Kiçik Аsiyаdа xüsusilə geniş yаyıldı.Pavlikianlar erkən xristian kilsəsi qaydaları və adətlərinin bərpa olunmasını tələb edirdilər.Bununla onlar,hər şeydən əvvəl,erkən xristian icmalalarının bərabərliyini nəzərdə tuturdular.Bu bərabərliyi isə,pavlikianlar,təkcə allah qarşısında bərabərlik kimi deyil,həm də ictimai bərabərlik kimi başa düşürdülər.Onların dini təlimi ikili xarakterdə idi:onlar dünyanı iki düşmən aləmdən-ilahi səltənətdən və şeytan dünyasından,mənəvi aləmdən və maddi aləmdən ibarət təsəvvür edirdilər.Onlar hakim kilsəni öz sərvəti ilə birlikdə şeytan dünyasına and edirdilər.
Pavlikianlar,həmçinin ibadətin sadələşdirilməsinin,kilsə iyerarxiyası və ikonalara sitayişin çəhv edilməsini,rahibliyin ləğv olunmasını tələb edirdilər.Pavlikianların tələbləri imperiyanın xalq kütlələri içərisinə son dərəcə geniş rəğbətlə qarşılandı.
820-ci ildə,Slavyan Foma üsyanı da kəndlilərin təhkimliləşdirilməsinə qarşı mübarizə əsası üzərində başlandı.Kiçik Asiya femlərindən birində hərbi komandir olan Foma özünü imperator elan etdi və mərkəzi hakimiyyətə qarşı üsyan qaldırdı.Üsyançların özəyi təhkimliləşdirilməkdə olan kəndlilər,hərbi əyanların sıxışdırdığı strationlar və şəhər yoxsullarının bir hissəsindən ibarət idi.Üsyanda qullar da iştirak edirdilər.Üsyanı pavlikianlar və başqa bidətçi cərəyanların tərəfdarları da müdafiə edirdilər.Üsyan Kiçik Asiyanın çox hissəsini bürüdü.Sonra Foma böyük və yaxşı silahlanmış ordu ilə Frakiya və Makedoniyaya keçdikdə onu imperiyanın slavyan əhalisi də müdafiə etdi.
Üsyançılar bir il ərzində Konstantinopolu mühasirədə saxladılar.Lakin hökumət tərəddüd edən ünsürləri ələ alıb öz tərəfinə çəkə bildi və üsyançıları əhəmiyyətli dərəcədə zəiflətdi.İmperator üsyanı yatırmaq üçün bolqar çarının hərbi yardımından da istifadə etdi.Üsyançilar qəhrəmancasına müqavimət göstərmələrinə baxmayaraq 823-cü ildə darmadağın olundular.Foma əsir alındı və dəhşətli işgəncələrdən sonra edam olundu.
Slavyan Foma üsyanı hakim sinfi qorxuya saldı.O,ikona əleyhdarları hərəkatı nəticəsində öz sıralarında baş vermiş ixtilafı aradan qaldırdı.Oğlu III Mixailin (842-867) azyaşlı olduğu dövrdə hakimiyyəti idarə edən imperatriçə Feodora 843-ci ildə ikonaya pərəstiş bərpa etdi.Lakin monastrların əlindən alınmış torpaqların çox hissəsi hərbi-qulluqçu əyanların əlində qaldı.Hökumət və dünyəvi əsilzadələrin rahiblərlə barışması pavlikianların dəhşətli surətdə təqib olunması ilə müşayiət edilirdi.Pavlikianlar buna üsyanla (IX əsrin ortalarında) cavab verdilər.Kiçik Asiyadakı Tefrika qalası üsyan mərkəzi oldu.Onlar burada öz respublikalarını yaratdılar.Silahlı kəndli,sənətkar,şəhər yoxsulları kütlələri axışıb pavlikianların bayrağı altında toplaşdılar.Üsyançı qoşunlarında sərt intizam hökümranlıq edirdi.Onlar dəfələrlə imperator
ordularını məğlubiyyətə uğratmışdılar.Hökumət ancaq bütün qüvvələrini səfərbərliyə almaq bahasına onları damadağın edə bildi.872-ci ildə Tefrika qalası təslim oldu.Lakin Kiçik Asiyada pavlikianlar hərəkatı bundan sonra da davam etdi.X əsrdə isə Balkan yarımadasında da yayıldı.Burada Bolqarıstan kəndli kütlələrinin təriqətçilik hərəkatı ilə birləşərək boqomilçiliyin tərkib hissələrindən biri olduş
Beləliklə,IV-VII əsrlərdə Bizansda quldarlıq münasibətlərinin dağılması prosesi getdi və gələcək feodalizm quruluşunun ilk ünsürləri meydana gəldi.VII əsrdən Bizansda feodalizmin meydana gəlməsi dövrü başlanır.Qerbi Avropa ölkələri ilə müqayisədə imperiyada bu prosesin özünəməxsusluğu bundan ibarət idi ki,burada quldarlıq quruluşu daha uzun müddət davam etdi.(Bizansda asılı kəndlilər sinfinin formalaşmasında quldarlıq dövründən qalma asılı adam kateqoriyaları,ilk növbədə qullar xeyli böyük rol oynadılar); azad kənd icması,sənət və ticarət mərkəzləri olan iri şəhərlər davamlı və həyat qabiliyyətli idi.İnkişafın şəhərdən kəndə keçməsi Bizansda VII-IX əsrin ortalarında,özü də Qərbə nisbətən çox zəif, hiss olundu. Nəhayət,Bizansda feodalizm meydana gəlməsinin mühüm xüsusiyyəti orada erkən orta əsrlər dövründə qüvvətli mərkəzləşmiş dövlətinin mövcud olması idi.
Dostları ilə paylaş: |