Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


BİZANS IX ƏSRIN İKİNCİ YARISI-XI ƏSRLƏRDƏ



Yüklə 3,06 Mb.
səhifə57/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   53   54   55   56   57   58   59   60   ...   263
Orta srlr tarixi S D Skazkin

2.BİZANS IX ƏSRIN İKİNCİ YARISI-XI ƏSRLƏRDƏ.


IX əsrin yarısı-X əsrdə Bizans kəndi

Slavyan Foma üsyanı və pavlikianlar hərəkatının darmadağın edilməsi icmanın iri torpaq sahiblərinin təzyiqinə qarşı müqavimətini zəiflətdi.Müflisləşmiş icma üzvlərinin bir hissəsi şəhərlərə gedir,çoxu isə varlanmış icma üzvlərinin zülmü altında qalır,torpağını itirir,iri sahibkarların köməyinə sığınır və buna görə də öz torpaq payları olan mülkiyyət hüququndan onların xeyrinə əl çəkir,asılı adamlar (pariklər) kimi onların torpaqlarında məskunlaşırdılar."Dinatlar"ın (qüdrətli adamların) hakimiyyəti altına bəzən,bütöv icmalar da düşürdü.Dinatlar,çox vaxt,icma torpaqlarının keçmiş mülkiyyətçilərini zorla öz pariklərinə çevirirdilər.


Azad kəndlilərin müflisləşməsi imperiyanın maliyyə və hərbi qüdrətinin əsaslarını sasıdırdı.Müflisləşmiş kəndlilər vergiləri ödəyə bilmirdilər.Yoxsullaşmış stratiotları döyüşçü siyahılarından çıxarmaq lazım gəlirdi.Xəzinədən verilən məvaciblə yaşayan qulluqçu əsilzadələrin mənafeyini ifadə edən Makedoniya sülaləsi (867-1056) imperatotları kəndli torpaqlarının azalmasına mane olmaq məqsədilə bir sıra qanunlar verdilər.X əsrin 20-ci illərində icma üzvlərinin onlara öz həmkəndlilərinin torpaqlarını satın almaq üçün üstünlük verən hüququ bərpa olundu.Çox keçmədən icmalara da dinatların torpaqlarını satın almaq üçün belə hüquq verildi.30 ildən az olmaq şərti ilə bundan əvvəl satılmış kəndli torpağı əvəzsiz olaraq onu satana və ya onun varisinə qaytarılmalı idi.Lakin bu qanunlara pis əməl olunurdu.


934-cü il Novellasında deyilir ki,dinatlar "imperator qanunlarına məhəl qoymayaraq" "kasıbları (yəni kəndliləri) öz xüsusi yerlərindən qovurlar".Novellalar təkrar olunur,lakin onlarda dinatlara getdikcə daha daha çox güzəştlər edilirdi.X əsrin 60-cı illərində,əvvəllər icmalara dinat torpaqlarını satın almaq üçün verilmış üstünlük hüququ onların əlindən alındı.Dövlətin özü 30 il ərzində vergi alınmamış,boş qalmış icma torpaqlarını müsadirə etdi.Dövlət həmin torpaqları satdı və ya öz mülklərinə-dövlət mülklərinə çevirdi.Bu torpaqlarda yaşayan kəndlilərin vəziyyəti xüsusi torpaqlarda yaşayan pariklərin vəziyyətindən az


fərqlənirdi.İcma daxilində meydana gəlmiş varlı təbəqə dinatlara qarışırdı.Hüquqi baxımdan icma üzvu olaraq qalan bu təbəqənin nümayəndələri "üstünlük hüququ"ndan istifadə edir,bəzən bütöv kəndləri öz mülklərinə çevirirdilər.996-cı ildə II Vasili zəbt edilmiş kəndli torpaqlarının dinat hesab olunması və həmin torpaqların əvvəlki vəziyyətinə qaytarılması haqqında hökm verdi; bu torpaqların icmaya qaytarılması üçün müəyyən edilmiş köhnəlmə müddəti ləğv olundu.Lakin vergi ödəyən əhakinin müflisləşməsi prosesinin qarşısını almaq üçün edilmiş bu son cəhd də az uğurlu oldu.

Ordunun sayca azalmasının qarşısını almaq üçün X əsrin ortalarında,stratiot torpaqlarının özgəninkiləşdirilməsi qadağan olundu.Hərbi xidmət göstərməyə qabil olan kəndlilər xüsusi siyahılara daxil edildilər.Daha varlı təsərrüfat süvari döyüşçü,nisbətən az varlı təsərrüfat isə dənizçi çıxarmalı idi.Əgər hərbi əhəmiyyətli torpaq sahəsi bölüşdürülmüş olsaydı onun sahibləri birlikdə süvari döyüşçü və ya dənizçi çıxarmalı idilər.


Lakin qanunlar feodallaşma prosesini dayandırmaqda aciz idilər.Strationların çoxu tədriclə kəndlilərin əsas kütləsi ilə qaynayıb qarışırdı.Strationların ancaq az hissəsi dinatlara çevrilirdi.Ordunun siması da dəyişirdi.Onun özəyini ağır silahlı atlı qoşun təşkil edirdi.Süvarini silahlandırmaq üçün lazım olan silahların dəyəri artır,bununla birlikdə isə atlı döyüşçü çıxaran torpaq sahəsi böyüyür və bu sahənin dəyəri çoxalırdı.


Belə təsərrüfatın sahibi,artıq,kəndlilər içərisində kəskin surətdə seçilir,Qərbi Avropa cəngavərinə bənzər xirda mülkədara çevrilirdi.Lakin X əsrdə belə stratiotlar hələ çox deyildi.Tədriclə möhkəmlənən hərbiçi əyalət əyanlarının güclənməsindən ehtiyat edən imperatorlar kəndlilərin hərbi mükəlləfiyyətinin ləğv etmir getdikcə daha çox muzdlu əsgərlərin-ruslar,normanlar,ermənilər,gürcülər,ərəblər və b.larının hərbi xidmətindən istifadə edirdilər.


VII-X əsrlərdə formalaşan iri torpaq sahibliyi yeni,feodal tipli torpaq sahibliyi idi.Qulu,kolonu,yarımazad icarəçini parik əvəz etdi.Parik feodal torpaq sahibinin mülkiyyətində olan torpaqdan irsi istifadə edən asılı istifadəçi idi.Qullar da pariklərin vəziyyətinə keçirilirdi.X əsrdə onların əməyindən iri mülklərdə hələ istifadə olunurdu.Lakin XI əsrdə onlar burada yalnız feodalın ev qulluqçuları kimi qalmışdılar.Çox vaxt muzdlu işçilər də parikə çevrilirdilər.Mərkəzi hakimiyyət imperator ailəsinin mülklərində və müxtəlif hökumət müəssisələrində işləyən kəndliləri də həmçinin dövlət parikləri hesab edildi.Bütün kateqoriyalardan olan pariklər torpağa təhkim olunmamışdılar.


IX-XII əsrlərdə işləyib ödəmə rentası geniş yayılmışdı.Lakin pulla və ərzaq şeyləri ilə alınan renta da durmadan artırdı.Dövlət,imtiyaz olaraq,feodallara dövlət vergilərini öz xeyirlərinə toplamaq hüququ verdikdə,həmin vergilər faktiki olaraq pul rentasına çevrildi.


Bizansın nəhəng vergi sistemi zülmü özünün bütün ağırlığı ilə azad kəndlilərin üzərinə düşdü.Kəndlilər pul ilə alınan əsas torpaq vergisi sayılan kanon,natural vergi olan,X əsrin sonundan isə pulla əvəz edilən sinonu,hətta qoşqu heyvanı olmayan kəndlilərdən də toplanılan həyətbaşı pul rüsumu olan kapnikon ödəyirdilər.Dövlət xeyrinə müntəzəm surətdə və qeyri-müntəzəm olaraq başqa rüsumlar və töycülər də alınırdı.


Öz novellalarının ziddinə olaraq,artıq,X əsr imperatorları kilsələrə və monastlara geniş ərazilər bağışlamağa başlamışdılar.Kilsə və monastrlara bu torpaqlarda asılı kəndliləri məskunlaşdırmaq hüququ da verilirdi.İmperatorlar,kilsələr və monastrlara dövlət pariklərinin yaşadıqları kəndlərlə birlikdə öz mülklərini də bağışlayırdılar.XI əsrin ortalarından etibarən


azad kəndlilərin yaşadıqları torpaqlar da getdikcə daha tez-tez dünyəvi əyanların

nümayəndələrinə idarə olunmaq üçün bəxşiş verilməyə (əvvəlcə ömürlük)başlandı.Əyanlar,eyni zamanda,bu torpaqlardan öz xeyirlərinə vergi yığmaq hüququ da əldə edirdilər.Bu cür bəxşişlər dövlətə hər hansı xidmət göstərmək şərti ilə verilir və proniyalar adlanırdı.İri torpaq sahibliyinin inkişafı və mərkəzi hakimiyyətin siyasəti azad kəndlilərin surətlə azalmasına səbəb oldu.


Feodalizm quruluşu əsas təsisatlarının yetkinləşməsi və feodalizm cəmiyyətinin iki başlıca sinfinin formalaşması prosesi Bizansda,Qərbi Avropaya nisbətən bir qədər gec,XI əsrin sonu-XII əsrin əvvəllərində başa çatdı.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin