Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə65/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   61   62   63   64   65   66   67   68   ...   263
Orta srlr tarixi S D Skazkin

Feodal nərdivanı və kəndlilər

Vassalın öz senyorundan aldığı feodal və ya almanca " len" vassallıq münasibətlərinin əsasını təşkil edir və onu təmin edirdi.Feod benefisinin sonrakı inkişafı idi.Feod da hərbi mükəlləfiyyət yerinə yetirmək müqavilində verilirdi (şərti torpaq sahibliyi idi) .Lakin benefisdən fərqli olaraq irsi torpaq mülkiyyəti idi.Özünəməxsus hərbi torpaq sahibliyi kimi feod imtiyazı,"nəcib" torpaq mülkü hesab olunurdu.Bu torpaq mülkü yalnız hakim sinfin nümayəndələrinin əlində ola bilərdi.Həm feodal bilavasitə sahibi olan vassal,həm həmin vassalın bu torpağı aldığı senyor, həm də feodal nərdivanının yuxarı pilləsində duran bir sıra senyorlar bu feodun eyni zamanda mülkiyyətləri hesab olunurdular.Beləliklə, feodallar sinfi daxilindəki iyerarxiyanı feodal torpaq mülkiyyətinin şərti və iyerarxiya quruluşu müəyyən edirdi.Lakin o senyorla vassal arsında hakimlik və sədaqət barəsində şəxsi müqavilə münasibətləri ilə qanunlaşdırıldı.Vassala feod verilməsi- onun gələcək mülkünə gətirilməsi investitura adlanırdı.


İnvestitura hadisəsi ilə yanaşı vassallığa girməkdən ibarət olan təntənəli mərasim - "ommaj" (chommage - fransızca homm, latınca homo - insan sözündəndir) da keçirilirdi. Ommaj zamanı başqa feodalın vassal asılılığını qəbul edən feodal camaat qarşısında həmin feodalın "adamı" olduğunu etiraf edirdi. Bu zaman o senyora sədaqət andı içirdi. Həmin and fransızlarda "fua" (fransızca foi - sədaqət) adlanırdı.

Senyorun özü üçün və onun çağırışı ilə hərbi xidmət göstərməkdən (adətən il ərzində 40 gün) ibarət əsas vəzifə ilə yanaşı vassal heç zaman senyora verə biləcək heç bir hərəkət etməməli, senyor tələb etdikdə öz qüvvələri ilə onun mülklərini qorumalı, məhkəmələrində iştirak etməli və feodal qaydaları ilə müəyyən olunmuş bəzi hallarda senyora pulla kömək göstərməli idi. Öz növbəsində senyor da düşmənə hücum etdikdə vassalını müdafiə etməli və başqa çətin hallarda ona kömək göstərməli idi.


Vassallıq münasibətlərinin dolaşıqlığı və vassallıq təəhhüdlərinin tez-tez pozulması nəticəsində baş verən münaqişələr IX-XI əsrlərdə adi hal idi. Müharibə feodallar arasındakıə bütün mübahisələri həll etmək üçün qanuni yol hesab olunurdu. Ara müharibələrindən hamıdan çox kəndlilər zərər çəkirdi. Onların senyorunun saysız hesabsız düşmənləri ilə hər növbəti toqquşması zamanı kəndlilərin əkin yerləri tapdaq altında qalır, kəndlər yandırılır və xarabazara çevrilirdi. Kəndlilər feodal iyerarxiyası nərdivanına daxil deyildilər. Bu nərdivanın saysız hesabsız pillələri ilə birlikdə bütün ağırlığı kəndlilərin üzərinə düşürdü. Hakim sinif daxilində tez-tez münaqişələr baş verməsinə baxmayaraq, iyerarxiya təşkilatı onun bütün üzvləri arasında əlaqə yaradır və onları imtiyazlı bir təbəqə kimi birləşdirir, onların sinfi ağalığını möhkəmləndirir , istismar olunan kəndlilərə qarşı birləşdirirdi. IX-XI əsrlərin siyasi pərakəndəliyi və qüvvətli mərkəzi dövlət aparatının olmadığı şəraitdə ancaq feodal iyerarxiyası ayrı-ayrı feodallara kəndliləri şiddətli surətdə istismar etmək və kəndli çıxışlarını yatırmaq imkanı verirdi.Kəndli çıxışları qarşısında feodallar öz aralarındakı ədavəti unudaraq daim yekdil hərəkət edirdilər. Beləliklə,"torpaq" sahibliyinin iyerarxiya quruluş və bununla əlaqədar olan silahlı drujinalar sistemi zadəkanlara təhkimlilər üzərində hakimiyyət verirdi".





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin