Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Sinfi mübarizə və hakim sinfin daxilində mübarizə



Yüklə 3,06 Mb.
səhifə61/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   57   58   59   60   61   62   63   64   ...   263
Orta srlr tarixi S D Skazkin

Sinfi mübarizə və hakim sinfin daxilində mübarizə.

Əvvəlki dövrlərdən fərqli olaraq X-XI əsrlərdə sinfi mübarizə ,əsasən, məhdud yerli xarakter daşıyırdı.Bir-biri ilə əlaqəsi olmadan,təhkimliləşdirilməkdə olan kəndlilərin müxtəlif vaxtlarda baş verən çıxışları vahid geniş hərəkatda birləşmirdi.Yalnız 932-ci ildə Kiçik Asiyada Opsiki femində "Mis Əl" ləqəbi Vasilinin başçılığı altında qalxmış üsyan nisbətən böyük hərakat idi.Burada qalanı ələ keçirən üsyançılar feodal mülklərini dağıdırdılar.Vasili Konstantinopolda şəhər meydanında yandırıldı.


Şəhər üsyanları daha tez-tez baş verirdi.Bu üsyanların başlıca səbəbi vergi zülmü və məmurların özbaşınalığı idi.1042-ci ilin aprelində paytaxtda qalxan üsyan həmin üsyanların daha böyüyü idi.Üsyan V Mixailin devrilməsi ilə başa çatdı.Üsyançılar sarayın bir hissəsini ələ keçirdilər və vergi siyahılarını məhv etdilər


İmperiyanın başqa mənşədən olan xalqların yaşadıqları ucqarlarında - Cənubi İtaliyada,Bolqarıstanda,Ermənistanda olan üsyanlar xeyli geniş miqyasda baş vernəsi, uzun sürməsi və inadlılığı ilə fərqlənirdi.Bu hərəkatlar xalq-azadlıq mübarizəsi əsasına malik olmaqla, həm də antifeodal xarakter daşıyırdı.Məsələn, XI əsrdə qərbdəki slavyan femlərinin ən böyük üsyanı olan Pyotr Delyanın başçılığı altında baş vermiş 1040-1041-ci illər üsyanı belə üsyan idi.





  1. əsrdə qüvvətlənmiş Kiçik Asiya hərbi-qulluqçu əyanları II Vasilinin hakimiyyətinin

əvvəllərində hakimiyyəti əsilzadə məmurların əlindən qoparıb almağa cəhd göstərdilər.Qiyamçılar imperiyanın ,demək olar ki, bütün şərq femlərini ələ keçirdilər. II Vasili onları çox böyük çətinliklə yalnız Gellespont (Dardanel) sahillərində məğlubiyyətə uğrada


bildi.Lakin , çox çəkmədən hakimiyyət uğrunda yenidən mübarizə başladı.Feodallaşma prosesi əsilzadə məmurların mövqeyini sarsıtdı ki,imperator hakimiyyəti də, əsasən, bu məmurlara arxalanmağa davam edirdi.

XI əsrin ortalarında şiddətli feodal ara müharibələri imperiyanın hərbi qüvvələrini zəiflətdi.1071-ci ildə türk-səlcuqlar Bizans ordusunu Mansikert (Ermənistan) yaxınlığında darmadağın etdilər.IV Roman Dioken (1067-1071) əsir düşdü.Türklər Ermənistanı və demək olar ki , bütün Kiçik Asiyanı tutdular.Elə həmin ildəcə normanlar İtaliyada Bizansa məxsus olan axırıncı şəhəri - Barini ( Apuliyada) aldılar.


Feodal ara müharibələrinin yeni mərhələsi başlandı ki, bu da 1081-ci ildə qulluqçu əyalət əkinçi əyanların təntənəsi ilə başa çatdı.Həmin əyanlar imperiya taxtına I Aleksey Komnini (1081-1118) əyləşdirdilər.


6-cı Fəsil



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin