IX əsrin ikinci yarısı-XI əsrin sonlarında imperiyanın xarici siyasəti.
Makedoniya sülaləsinin əsasını qoyan I Vasilinin (867-886) zamanında imperiyanın xarici siyasi vəziyyəti müvəqqəti olaraq möhkəmləndi.Ərəblərin hücumu dəf olundu.Lakin IX əsrin sonu X əsrin əvvəlində ərəblər və bolqarlar Bizansa yenidən zərbə dalınca zərbə vurmağa başladılar.Ərəblərə Kipri və demək olar ki bütün Siciliyanı tutub imperiyanın Cənubi İtaliyadaki torpaqlarını təhlükə altında qoydular.Krit ərəb dəniz quldurlarının yuvasına çevrildi.Onlar adanı və sahil torpaqlarını xarabazara döndərdilər.904-cü ildə ərəblər Fessaloniyanı qarət etdilər.Bizans qüvvətlənməkdə olan Bolqarıstanla mübarizədə də bundan az dəhşətli məğlubiyyətlərə uğramadı.Bolqarıstanla müharibə,demək olar ki,30 il çəkdi.
İmperiyanın hərbi uğursuzluqları dərin ictimai irəliləyişlərin nəticəsi idi.Feodallaşma prosesi stratiot qoşunları sarsıtmışdı.Feodal atlı qoşunları hələlik ordunun əsasına çevrilməmişdi.Muzdlu qoşunlar isə son dərəcə az idi.Bizansın beynəlxalq vəziyyəti X əsrin ortalarından etibarən yenidən yaxşılaşmağa başladı.Buna Bolqarıstanın zəifləməsi və Bağdad xilafətinin bir sıra feodal knyazlıqlara parçalanması az təsir göstərmədi.İmperiya Yuxarı Mesopotamiyanı,Kiçik Asiyanın bir hissəsini və Suriyanın xeyli vilayətlərini,Krit və Kipri ərəblərdən geri aldı.Gürcüstan və Ermənistan yenidən Bizansın təsir altına düşdü.X əsrin ikinci yarısında imperiya Bolqarıstan çarlığına qarşı hücuma başladı.Fəal və qəddar "Bolqardöyən" II Vasili (976-1025) şərq sərhədlərində vəziyyətin sabitlənməsindən istifadə edib Balkan yarımadasına çox böyük qubbə yeritdi.Bolqar feodalları arasına məharətlə ədavət və xəyanət toxumu səpən II Vasili müntəzəm olaraq bolqar torpaqlarına hücum etdi və 1018-ci ildə Bolqarıstan istila olundu.Dünaya qədər bütün Balkan yarımadası Bizans imperiyasının tərkibinə daxil oldu.
Lakin II Vasilinin ölümündən sonra daxili iğtişaşların didib dağıtdığı imperiya müdafiəyə keçdi.Onun sərhədləri daralmağa başladı.Şərqdəki torpaqlara yeni düşmən -türk-səlcuqlar hücum etdi.Avropadakı torpaqlara isə Qara dəniz sahillərindəki düzlərdən peçenek qoşunları qopub gəldi ki,onların da hücumları getdikcə daha təhlükəli olmağa başlamışdı.Rusların bizanslılarla toqquşması hələ VIII-IX əsrin əvvəllərindən məlumdur.Ruslar,artıq,IX əsrin əvvəlində imperiyanın Krımdakı mülklərinə (Xersona) və Qara dənizin cənub sahillərinə hücum edirdilər.860-cı ildə onların qoşunları qəflətən Konstantionopolun qarşısına gəlib çıxdılar,onu həm qurudan həm də dənizdən mühasirəyə aldılar.Toqquşma müqavilə bağlanması ilə sona yetdi.Müntəzəm rus-Bizans əlaqələri başlandı.Lakin IX əsrin sonu - X əsrin əvvəlində ara kəsildi.907-ci ilin yayında ruslar bütöv ağac gövdəsinin içini oyub düzəltdikləri qayıqlarda yenidən Konstantinopola yaxınlaşdılar,onun ətraflarını və Bosfor sahillərini xaraba qoydular.
Bizans ruslar üçün olduqca sərfəli müqavilə bağlamağa məcbur oldu.Müqavilə 911-ci ildə imzalandı.Qızğın ticarət əlaqələri başlandı."Varyaqlardan yunanlara gedən böyük yol" X əsrin birinci yarısında bizanslılara,artıq,yaxşı məlum idi.
941-ci ildə knyaz İqor yenidən Bosfor,Nikomidiya və Paflaqoniya sahillərini viran qoydu.Lakin onun donanması Konstantinopol yaxınlığında "yunan odu"nun (yanar maddə) köməyi ilə darmadağın edildi.Üç ildən sonra,rus qoşunları ,artıq,gəlib Dunaya çatdıqda, bizanslılar Qədim Rus dövləti ilə ticarət müqaviləsini bərpa etməyi üstün tutdular.
Knyaz Svyatoslav Bizans-Bolqarıstan müharibələrinə qarışdı və Balkana iki yürüş etdi.969 və 970-ci illərdə o,bolqarlarla birlikdə Şimali Frakiyanı xaraba qoydu.Lakin 971-ci ildə I İoann Simisxi (969-976) Svyatoslavı sıxışdırıb Şimali Bolqarıstanı ələ keçirə bildi.
Kiçik Asiya iri əyanların II Vasiliyə qarşı qiyamı zamanı knyaz Vladimir Bizans imperatoruna köməyə rus dəstəsi göndərdi.Bu kömək Vladimirin imperatorun başçısı Anna ilə evlənməsinə razılıq verilməsi şərti ilə edilmişdi.Ruslar qiyamı yatırdılar,lakin,II Vasili şərti yerinə yetirmədi.Belə olduqda Vladimir Krımda Xersonu mühasirə edib ələ keçirdi və şəhəri yalnız Anna ilə evləndikdən (989) sonra qaytardı.Elə bu zaman Qədim Rus dövlətində Bizansdan xristianlıq qebul olundu.Bu dinlə birlikdə daha yüksək Bizans mədəniyyəti ünsürləri də mənimsənildi.Bizansdan və Bolqarıstandan əvvəlcə dini,sonra isə dünyəvi kitablar gətirildi;Bizans rəssamları və memarları gəldilər.
Rusların Konstantinopola 1043-cü ildəki axırıncı yürüşü də,həmçinin Qədim Rus dövlətinin ticarət və siyasi mənafeyinin məhdudlaşdırılması ilə əlaqədar idi.Rusların donanması fırtınadan və (yunan odu)dan tələfata uğrayıb geri dönməli olsa da münaqişə yeni müqavilə ilə sona yetdi.1047-ci ildə ruslar IX Konstantin Monomaxa (1042-1055) feodal qiyamını yatırmaqda kömək etdilər.Monomaxın qızı isə ,çox çəkmədən,Kiyev knyazı Yaroslav Mudrının oğlu Vsevolodun arvadı oldu.
Dostları ilə paylaş: |