Feodal şəhəri."Eparxın kitabı".
IX əsrin ikinci yarısından Bizans şəhərlərinin yüksəlişi başlandı: əvvəllər tənəzzülə uğramış əski şəhərlər dirçəlir və yeni şəhərlər meydana gəlirdi.Sənətkarlıq məmulatı istehsalı xeyli artdı,keyfiyyəti yüksəldi,daxili və xarici ticarət genişləndi.Tədavüldə olan pulun miqdarı artdı.Cənubi ölkələri ilə,Şərqlə və Qərbi Avropa ilə ticarətdə Fessaloniya çox böyük rol
oynayırdı.Kornif,Fib,Adrianopol,Amastrida,Efes,Nikeya və Trabzonun əhəmiyyəti artmışdı.Konstantinopol,əvvəlki kimi yenə də, Avropanın ən böyük və əhalisi çox olan şəhəri olaraq qalırdı.
Konstantinopolun əsas əhalisi sənətkar və ticarətin əməyinin təşkili formaları haqqında X əsrin əvvəlinin mühüm abidəsi olan "Eparxın kitabı" məlumat verir."Eparxın kitabı" paytaxt eparxının -şəhər idarəsinə başçılıq edən əyanın qərarları toplusu idi.
Əsas sənət və ticarət sahələri istehsal birliklərində birləşmişdi.Birliklərə daxil olmayan sənətkar və tacirlər imtiyazlardan məhrum idilər.Onların rəqabəti birlik üzvlərinin mənafeyinə zidd olduqda hakimiyyət nümayəndələri belə sənətkarların,tacirlərin fəaliyyətinə mane olurdular.
Sənətkar birlikləri deyil,tacir birlikləri daha imtiyazlı birliklər idi.Varlı birlik üzvləri qulların və muzdlu işçilərin-mistiyaların əməyindən istifadə edirdilər.Birliklər mərkəzi hakimiyyətdən tam asılı vəziyyətdə idilər.Mərkəzi hakimiyyət onları ordu və donanmanı silahlandırmaq,təchiz etmək,təmtəraqlı libaslar,saraylar və kilsələrdən ötrü müxəlləfat istehsalı üçün sifarişlərlə təmin edirdi.
Dövlət sənətkar və tacir birliklərinin fəaliyyətinə nəzarət edərkən irad tutmaq üçün bəhanə axtarırdı.İstehsalın miqyasını,məmulatın keyfiyyətini və formasını,xammal ehtiyatlarını,ticarətin həmin,vaxtı və yerini birliklər deyil,xəzinənin mənafeyini nəzərə alan enarx məmurları müəyyən edirdilər.Konstantinopol birliklərinin Qərbi Avropa sexlərindən başlıca fərqi də bunda idi.
Dövlət aparatı.
X-XI əsrlərdə dövlət idarəçiliyi sistemi əhəmiyyətli dərəcədə mürəkkəbləşdi.İri vəzifə iyerarxiyası yarandı.Ayrı-ayrı sahələrə baxan dövlət idarələrinin sayı artıb altmışa çatdı.Maliyyə idarəçiliyi həmin həmin idarələrdən üçündə cəmləşmişdi ki, bunların da başlıcası vergi idarəsi idi.Dövlətdə poçt,xarici əlaqələr və stratiot qoşunları toplanılmasını təmin edən idarələr daha böyük rol oynayırdı.Hər bir vəzifəli şəxsə fəxri ad və ruqa-pul və natural təminat
verilirdi.Fəxri adlar mürəkkəb iyerarxiyalar təşkil edirdi ki, bu da rütbələr haqqında xüsusi cədvəldə qanunlaşdırılmışdı.
Ayrı-ayrı idarələrə başçılıq edən ali əsilzadələrlə yanaşı impertator sarayında çoxlu ştata rəhbərlik edən iri vəzifəli şəxslər də vardı.Zəif imperatorun hakimiyyəti zamanında tac qoymamış hökmdar rolu oynayan saray əsilzadələri tam ağalıq edirdilər.İmperator şurası (sinklit) da, bəzən, mərkəzi hakimiyyətin siyasətinə böyük təsir göstərirdi. IX əsrin ikinci yarısından başlayaraq, demək olar ki, XI əsrin sonlarına qədər sinklitdə əsilzadə məmurlar üstünlük təşkil etdilər.
Dostları ilə paylaş: |