Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə53/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   49   50   51   52   53   54   55   56   ...   263
Orta srlr tarixi S D Skazkin

Slavyanların müdaxiləsi.

VI əsrin ortalarına qədər Dunay sərhəddini keçən barbarlar,ya buradan ötüb qərbə keçir,ya da qənimət ələ keçirib geri-Dunayın o tayına qayıdırdılar.VI əsrin ortalarından etibarən,bu müdaxilələrdə slavyan tayfaları həlledici qüvvəyə çevrildikdə, vəziyyət dəyişdi.


VI əsrdə slavyanlar Bizansın ən yaxın və daha təhlükəli qonşuları idilər.O dövrün Bizans tarixçiləri slavyanları iki əsas qrupa-sklavinlar və antlara bölürdülər.Onlar Dnestrlə Dunay arasında,şimalda Vislaya qədər,qərbdə isə Savanın ortalarınadək ərazidə yaşayan tayfaları sklavinlar adlandırırdılar.Antlar Qara dənizin şimal sahillərindəki torpaqlarda-Dnestrdən şərqə doğru və Dnepr boyunda,habelə Azov dənizindən şimal-şərqə doğru Donsa ilə Don arasındakı vilayətlərdə məskən salmışdılar.


Bizans müəllifi Psevdo-Mavrikin özünü "Stratekikon" (VI-VII əsrin əvvəli) əsərində göstərdiyi kimi, slavyan tayfalarının əsas təsərrufat sahəsi qədimdən oturaq əkinçilik idi.Slavyan məskənlərində aparılan arxeoloji qazıntılar zamanı slavyanların evlərinin yanınd taxıl quyuları-anbarlar,habelə əkinçilik alətləri-dəmir kavahınlar,oraqlar,dəryazlar,dənəzən daşlar və s.aşkar olunmuşdur.Slavyanlarda maldarlıq da geniş inkişaf etmişdir.Onların təsərrüfat həyatında balıqçılıq,ovçuluq və meşə arıçılığının da əhəmiyyəti az deyildi.


Arxeoloji məlumatlara görə slavyanlarda metal emalı,zərgərlik və dulus çarxı ilə saxsı məlumatı istehsalı inkişaf etmişdir.Slavyan qebirlərində və məskənlərində çoxlu roma sikkələri və əşyalarının tapılması imperiya ilə ticarət əlaqələrinin inkişaf etdiyini sübut edir.


VI əsrdə slavyanlarda nəsli əlaqələr dağılır.İcma əsas təsərrüfat vahidi və ictimai vahid olur.Slavyan icması öz xarakterinə görə,görünür,qədim alman əkinçilik icmasına yaxın idi ki,sonralar bu icmadan da qonşuluq icmasına-markaya keçilmişdi.Bununla yanaşı,slavyanlarda hələ uzun müddət böyük ailələr və ya ev icmaları (cənub slavyanlarında bunlar zadruqalar adlanırdı) da qalırdı.Bu zaman onlarda patriarxal tipli qulçuluq da vardı.


Qeysəriyyəli Prokopi slavyanların siyasi quruluşunu hərbi demokratiyaya xas olan xüsusiyyətlərlə səciyyələndirir.O yazır:"Bu tayfaları sklavinləri və antları bir adam idarə etmiş,lakin qədimdən bərabərlik (demokratiya) şəraitində yaşayırlar...".Slavyanlarda ən mühüm məsələlər xalq yığıncaqlarında həll olunurdu.Hər tayfanın öz başçısı vardı ki,bunlar knyaz adlanırdı.VI-VII əsrlərdə slavyanlarda əmlaka görə ictimai təbəqələşmə inkişaf edir.Siniflərin yaranması prosesində knyazların hakimiyyəti irsi keçməyə başlamış,əyanların nüfuzu artır,ayrı-ayrı slavyan tayfaları isə tayfa ittifaqlarında birləşirlər. Slavyanlar cəsur və mahir döyüşçü idilər.Psevdo-Mavriki slavyan tayfalarının azadlıq sevən olduqlarını xüsusi qeyd edir.Onun sözlərinə görə,onları "heç cür köləyə döndərmək və ya tabe etmək olmaz".





  1. əsrin sonu-VI əsrin əvvəllərində slavyanların kütləvi surətdə Bizans imperiyasının hüdudlarına müdaxiləsi başlanır.Slavyan hücumları Yustinianın hakimiyyəti illərində xüsusilə təhlükəli olmağa başlamışdı.Bu zaman slavyan hücumları,demək olar,hər il təkrar

olunurdu.Slavyanlar,demək olar,Konstantinopolun ətrafına qədər gəlib çıxırdılar.Yustinianın zamanında imperiya,çətinliklə də olsa,onların basqılarını dəf edirdi.Lakin VI əsrin ikinci yarısından Bizansın daxilən zəifləməsi slavyanlar və başqa barbar tayfalarının yeni müdaxilələrinə və imperiyanın sərhədləri içərisində məskunlaşmalarına yol açdı.



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin