Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Imperator Yustinianın hakimiyyəti



Yüklə 3,06 Mb.
səhifə50/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   46   47   48   49   50   51   52   53   ...   263
Orta srlr tarixi S D Skazkin

Imperator Yustinianın hakimiyyəti.

Bizans imperiyası özünün ən yüksək tərəqqi dövrünə VI əsrin ortalarında –imperator


Yustinianın (527-565) hakimiyyəti zamanı çatdı. Bu dövrdə Bizans dövlətinin daxili sabitləşməsi baş berir və geniş xarici istilalar həyata keçirilir.


Yutinian Makedoniyada, yoxsul illiriyanlı kəndli ailəsində doğulmuşdu. Onun əmisi, əsgərlər tərəfindən taxta çıxarılan imperator Yustin (518-527) hakimiyyəti Yustinianla birlikdə idarə edirdi. əmisini ölümündən sonra Yustinian nəhəng bir imperiyanın hökmdarı oldu. Müasirləri və sonrakı nəsillər Yustiniana son dərəcə ziddiyyətli qiymət vermişlər. Yustinianın tarixçisi Qeysəriyyəli Prokopi özünün rəsmi əsərlərində və “ Məxfi tarix”ində imperatorun ikili obrazını yaratmışdı; onun simasında qəddar müstəbid və hökmlü şöhrətpərəstlə müdrik siyasətçi və yorulmaz islahatçı surəti vəhdətdə verilmişdir. Müstəsna zəkaya, idarə qüvvəsinə malik olan və əla təhsil almış Yustinian qeyri-adi enerji ilə dövlət işləri ilə məşğul olurdu.


Müxtəlif rütbədən olan adamlar onu asanlıqla başa düşə bilirdilər. Məftunedici rəftara malik idi. Lakin bu aldadıcı və zahiri sadəlik yalnız onun amansız , ikiüzlü və məkrli rəğbətinin örtən maska idi. Prokopinin sözlərinə görə o, “heç bir günahı olmayan on minlərlə adamın


qırılması haqqında sakit və rəvan səslə əmr verə” bilirdi. Yustinian özünü imerator zatının böyüklüyünə fanatikcəsinə mübtəla olmuşdu. O, belə hesab edirdi ki, Roma imperiyasının keçiş qüdrətinin dirçəldilməsi vəzifəsi onun üzərinə düşmüşdür. Ona aravadı – Bizans taxtının ən parlaq və orijinal simalarında biri olan Feodora qüvvətli təsir göstərirdi. Rəqqasə və yüngül əxlaqlı qadın olan Feodora özünün nadir gözəlliyi , ağıllığı və möhkəm iradəliyinə görə Yustinianı məftun etmiş , onun qanuni arvadı və imperatriçə olmuşdu. O, dövlət işlərində qeyri-adi ağıla malik idi, idarə işlərinin mahiyyətinə nüfuz edir əcnəbi səfirləri qəbul edir, diplomatik yazışmalar aparır, çətgin dəqiqələrdə nadir cəsarət və misilsiz enerji nümayiş etdirirdi. Feodora dəlicəunə hakimiyyət sevən idi və kölə pərəstişi ikimi pərəstiş tələb edirdi. Yustinianın daxili siyasəti dövlətin mərkəzləşdirilməsinin qüvvətləndirilməsi və imperiya iqtisadiyyatını möhkəmləndirilməsinə və yeni ticarət yollarının axtarılmasına yönəldilmişdi. Ipək istehsalı sirrinin açılması bizanslıların böyük müvəfəqiyyəti idi. Bu sirr əsrlərlə Çində qorunub saxlanılrdı. Rəvayyətə görə nestorçu rahib əsalarının oyuğunda barama qurdunun toxumunu Çİndən Bizansa gətirə bilmişdi; VI əsrdə imperiyanın (Suriya və Finikiyada) özünün ipək parça istehsalı meydana gəldi. Konstantinopol bu zaman dünya ticarətinin mərkəzinə çevrilirdi. Imperiyanın zəngin şəhərlərində sənətkarlıq istehsalının yüksəlişi müşahidə olunur, inşaat texnikası təkmilləşirdi. Bu Yuastiniana şəhərlərdə saraylar və məbədlər ucaltmaq və sərhəd rayonlarında müdafiə tikintiləri inşa etdirmək imkanı verdi.

Inşaat texnikasının tərəqqisi memarlığın çiçəklənməsi üçün də mühüm təkan idi. VI əsrdən metal emalı da nəzərə çarpacaq dərəcədə yaxşılaşdı. Yuastinianın keçmiş hərbi tədbirləri silah istehsalı və hərb səntini çiçəklənməsinə təkan verdi.


Yuastinian özünü aqrar siyasətində iri kilsə torpaq sahiblərini inkişafəna qayğı göstərir eyni zamanada , orta torpaq sahibi təbəqələrini də müdafiyə edirdi. O, ardıcıl olmasa da iri sahiblərini özü də birinci növbədə əski snator aristokratiyasının hakimiyyətini məhdudlaşdırmaq siyasəti yeridirdi.


Yustinianın hakimiyyəti illərində Roma hüququ islahatı keçirildi. Ictimai-iqtisadi münasibətlərin kökündən dəyişməsi Bizans cəmiyyətinin daha da inkişafına əngəl törədən əski hüquq normalarının yenidən işlənilməsini tələb edirdi. Tribonian başda olmaqla görkəmli hüquqşünaslardan ibarət komissiya qısa müddət ərzində(528-534illərdə) Roma hüquqşünaslarının bütün zəngin irsinin yenidən nəzərdən keçirilməsi sahəsində böyük iş gördü və “Mülkü hüquq toplusu” (“Corpus juris civilis”) yaratdı. O əvvəlcə üç hissədən ibarət idi: Yustinian “məcəllə”si –Roma imperatorlarının ( Adriandan Yustiniana qədər) müxtəlif mülkü işlərə dair ən mühim qanunlarının toplusu (12 cildlik); “Digestlər” və ya “Pandektlər” –məşhur Roma hüquqşünaslarının mötəbər fikirlərini külliyyatı ( 50 kitabdan ibarət) ; “İnstitysiyalar”-Roma müki hüququna dair qısa elementar əsənamə. 534-565-ci illərdə Yustinianın özünün verdiyi qanunlar, sonralar “Toplu”nun dördüncü hissəsini təşkil etdi və “Novellalar” (yəni “Yeni qanunlar”) adı aldı.


Bu dövrdə Bizansın bütün ictimai həyatında olduğu kimi qanunvericilikdə də əski köləlik dünyasının doğulmaqda olan yeni dünyaya – feodal dünyasına qarşı mübarizəsi müəyyənedici cəhət idi. VI əsrdə Bizansda quladarlıq quruluşu əsaslarının saxlanıldığı şəraitdə Corpus iuris cirilis-in bünövrəsi yalnız əski Roma hüququ ola bilərdi. Yustinian qanunvericiliyinin mühafizəkarlığı da elə buradan irəli gəlirdi. Lakin , bununla belə, həmin qanunvericilikdə(xüsusilə “Novellalar da”) ictami həyatda baş verən əsaslı dəyişikliklər o cümlədən mütərəqqi dəyişikliklər əks olunmuşdu. “Allahın yerdə nümayəndəsi olan”


hökmdarın- müstəbidin qeyri-məhdud hakimiyyətə makil olması ideyası və dövlətin xristian kilsəsi ilə ittifaqı- kilsə imtiyazlarının müdafiə olunması azadlığının inkar edilməsi, təriqətçilərin və bütpərəstlərin təqib olunması ideyasi Yustinian qanunvericiliyinin ictimai siyasi ideyaları içərisində mərkəzi ideyalara çevilir.

Yustinian qanunvericiliyində ( xüsusilə “Məcəllə”də “Hovellalar”da) qullara pekuli verilməsi rəğbətləndirilir, qulların azadlığa buraxılması yüngülləşdirilir, kolonluq sistemi hüquqi cəhətdən dəqiq rəsmiləşdirilirdi.


IV-VI əsrlərdə Bizansda sənət və ticarətin inkişaf etdiyi bir sıra iri mərkəzlərin-şəhərlərin qalması xüsusi mülkiyyət hüququnun ciddi sürətdə nizama salınması və qorunmaısnı tələb edirdi. Burada da Roma hüququ bu, “bizə məlum olan yeganə əsası xüsusi mülkiyyətdən ibarət olan ən təkmil hüquq forması” VI əsr hüququşünasları lazımi qanunvericilik normalarını götürdükləri mənbə oldu. Buna görə də Yustinian qanunvericiliyində ticarət, sələmçilik və borc əməliyatlarının icarəni və i. a .-nın tənzim olunmasına mühüm yer verilir.


Lakin xüsusi hüquq münasibətləri sahəsində mühüm dəyişikliklər edilirdi: bütün əski, artıq vaxtını keçirmiş mülkiyyət formaları ləğv olundu və bütün mülki hüququn əsası olan vahid tam xüsusi mülkiyyətin hüquqi anlayışı tətbiq olundu.


Yustinianın qanunları hələ Roma dövründə Roma vətəndaşları ilə əsarət altına salınmış əhali arasında hüququ fərqlərini faktiki olaraq aradan qalxmağa başalması meylini təsbit etdi. Imperiyanın bütün azad vətəndaşları bundan sonra vahid hüquq sisteminə tabe edilirdi. Imperiyanın bütün azad sakinləri üçün vahid dövlət, vahid qanun və vahid nigah sistemi-Yustinian qanunvericiliyində ailə hüququnun əsas ideyası belə idi.


Xüsusi mülkiyyət hüququnun əsaslandırılması və müdafiə olunması Yustinian “Mülki hüquq toplusu”nun əsas müddəalarının həyatiliyini təmin edirdi. Bu müddəalar bütün orta əsrlər boyu öz əhəmiyyətini saxlamış sonralar isə həmin müddəalardan burjua cəmiyyətində istifadə olunurdu.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin