§ 4. KAROLİNQ DÖVLƏTİNİN TƏKAMÜLÜ VƏ ONUN DAĞILMASI Karolinq dövlətinin siyasi təşkilatı . onun siyasətinin sinfi məzmunu.
Hələ Merovinq dövründə meydana gəlmiş erkən feodal dövləti VIII-IX əsrlərdə , karolinqlər zamanında , getdikcə daha aydın surətdə artıq bu zaman üçün, əsasən, yaranmış olan feodallar sinfinin siyasi ağalıq orqanına çevrilirdi. Təhkimliləşdirilməkdə olan kəndliləri
itaətdə saxlamaq, yeni ərazilər istila etmək və mənimsəmək üçün feodallara nisbətən qüvvətli mərkəzi hakimiyyət lazım idi. Kral hakimiyyətini ilk karolinqlər zamanında , xüsusən Böyük Karlın hakimiyyəti zamanı nəzərə çarpan müvəqqəti güclənməsi bununla izah olunur. Onun zamanında kral sarayı yenidən dölət həyatının mərkəzi oldu. Burda ildə iki dəhə ən nüfuzlu iri torpaq sahiblərinin müşavirəsi toplanırdı. Kral onların məsləhətləri ilə dövlət idarəliyinin ən müxtəlif məsələlərinə dair fərmanlar – kapitulyarilər vrğerirdi ki, bunlar da imperiyanın bütün geniş ərazisinin hər yerində qüvvədə olurdu.
Yerli idarə orqanlarında “ hökmdar elçiləri”(missi gominici) vasitəsilə nəzarət edilirdi. Onlar qraflıqları gəzir və yerli vəzifəli şəxslərin hərəkətinə göz qoyurdular. Hərbi baxışlar indi martda deyil, mayda keçirilir və “may baxışları” adlanırdı. “ Mart baxış”ndan fərqli olaraq bu yığma xalq qoşunlarının toplanışları deyil, başlıca olaraq kral benefisiçilərinin qurultayları idi. Böyük Karl yeni hərbi islahat keçirdi. Indi orduda ancaq istifadəsində 3-4 mansdan az olmayaraq torpaq olan nisbətən varlı azad torpaq sahibləri xidmət etməli idilər. Varı bundan az olan bütün qalan adamlar (birinci növbədə torpaq payı , adətən, bir mansdan çox olmayan azad kəndlilər) qrup-qrup birləşməli və ümumi hesaba bir nəfər silahlı döyüşçü çıxarmalı idilər. Beləliklə, nəinki asılı, eləcə də azad kəndlilər qəti olaraq hərbi xidmətdən kənar olunurdular. Hərbi xidmət getdikcə daha çox feodallar sinfinin imtiyazına çevrilirdi.
Imperiyanın müvəqqəti olaraq mərkəzləşməsi pərdəsi altında yerli idarəliyin feodallaşması prosesi gedirdi:qraf vəzifəli dövlət adamlarından tədriclə qrafı olduğu mahalın senyoruna çevrilir,idarə edilmək üçün ona etibar olunmuş torpaqlara mülkiyyət hüququnu ələ keçirirdi;qraflığın azad əhalisi isə onun vassalına çevrilirdi.877-ci ildə Kersi kapitulyarisi qraf vəzifəsini irsi keçməsini rəsmi sürətdə qəbul etdi;onun hər bir qraflığın ən iri torpaq sahibi olması təsbit olundu.Karolinq krallığının immunitet paylamaları və vassalığı başlıca qanuni ictimai əlaqə kimi tanınmaları da bu istiqamətdə gedirdi.
Karolinq imperiyası bir erkən feodal dövləti kimi bütün vasitələrlə feodallar sinifinin mənafeyini müdafiə edirdi. Karolinq sülaləsinin nümayəndələri hakim sinif üçün əlverişli olan qəsbkarlıq müharibələri aparıb və yeni istila olunmuş vilayətlərdə feodalizmin inkişafına kömək edirdilər. Onlar torpaq bəxşişləri verməklə,benefisi və immunitet paylamaqla,prekare və aslılıq sövdələrini təsdiq etməklə iri torpaq sahibliyinin inkişafı və kəndlilərin təhkimli halına salınmasına kömək edir,bu zaman baş verən kəndli hərəkatlarını yatırırdılar.
Böyük Karl imperiyasının dağılması.
Feodallaşma prosesinin əsasən, başa çatması, Böyük Karlın ölümündən sonra tezliklə onun imperiyasının siyasi cəhətdən dağılması ilə nəticələndi.Nə qədərki, frank feodalları, xüsusən xırda və orta feodallar təbəqəsi-benefisi sahibləri kral hakimiyyətini müdafiə edirdi,ancaq o zaman iqtisadi və etnik biliyi olmayan müxtəlif tayfa və xalqların karolinqlərin hakimiyyəti altında müvəqqəti olaraq birləşdirilməsi mümkün idi. IX əsrin ortalarına doğru imperiyanın feodallaşması prosesi, əsas etibarilə başa çatdıqda isə feodalların mərkəzi hakimiyyətə münasibəti dəyişdi.
Iri feodallar, artıq, demək olar ki, mərkəzi hakimiyyətdən asılı deyildilər; onların vassalına çevrilən xırda və orta feodallar dövlətin başçısından-Karldan daha çox iri torpaq sahibləri ilə əlaqədar idilər. Kəndlilər, artıq, əsas etibarilə təhkimli halına salınmışdılar. Ancaq məhəlli xarakter daşıyan kəndli hərakatları vassalıq əlaqələri ilə bağlı olan feodalların öz qüvvələri ilə yatırıldı. Natural təsərrüfatın hökümranlığı şəraitində Karolinqlər dövləti labüd olaraq bir sıra daha kiçik siyasi vahidlərə parçalanmalı idi.
Boyük Karlın oğlu və varisi, kilsəyə müstəsna dərəcədə candildən sadiq olmasına və ona səxavətlə bəxşişlər verməsinə görə “Mömin” ləqəbi almış Lüdovikq (814-840), artıq, 817-ci ildə imperiyanı öz oğulları arasında bölüşdürdü; öz əlində isə ancaq, ali hakimiyyəti saxladı. Bu bölgüdən sonra bir sıra bölgülər baş verdi ki, bu da uzun sürən ara müharibələri və ixtişaşlarla nəticələndi. Nəhayət Mömin Lüdoviqin ölümündən sonra, 843-cü ildə onun Verdende toplaşmış oğulları imperiyanın yenidən bölüşdürülməsi haqqında müqavilə bağladılar. Yeni bölgü ilə müəyyən olunan sərhədlər fransız, alman və italyan xalqlarının yayıldlığı əraziyə müvafiq idi. Buna görə də Verden müqaviləsi, faktiki olaraq, Qərbi və Mərkəzi Avropanın üç müasir dövlətinin Fransa, Amaniya, İtalyanın əsasını qoymuş oldu.
Verden müqaviləsinə görə Şelda, Maas və Rona çaylarından qərbə doğru olan torpaqlar-Qərbi Frank krallığı, Mömin Lüdoviqin kiçik oğlu “Daz” ləqəbli Karla çatdı. Gələcək Fransanın əsas ərazisi bu krallığın tərkibinə daxil idi. Bu torpaqlarda, sonralar fransız dilinin əsasında, duran roman dili ağalıq edirdi. Ortancıl qardaş- almaniyalı Lüdoqin Reyindən şərqə və Alpdan şimala doğru olan vilayətlərə yiyələndi. Bu vilayətlərin əhalisi ancaq qədim almanlardan ibarət idi və qədim alman dialektərində danişırdı. Bu krallıq Şərqi Frank krallığı, sonralar isə Almaniya adlanmağa başladı.
Verden müqaviləsinə əsasən imperator titulunu Lidoviqin böyük oğlu Lotar saxladı. Onun dövləti İtaliya, habelə Reyn boyu torpaqlardan ibarət idi. Lotarın imperiyası müxtəlif siyasi və etnik qrup qəlpələrinin süni birləşməsindən ibarət idi. Həmin imperuyada az-cox vahid bir tam ancaq İtalya idi ki,bura da sonralar italyan xalqının vətəni oldu.
5-ci fəsil
Dostları ilə paylaş: |