§3. KAROLİNQ DÖVLƏTİNDƏ FEODAL MÜNASİBƏTLƏRİNİN İNKİŞAFI VƏ KƏNDLİLƏRİN TƏHKİMLİLƏŞDİRİLMƏSİ.
Torpaq münasibətlərində çevrilişin başa çatması.
Frank dövlətinə VIII əsrin sonu və IX əsrin əvvəli üçün torpaq münasibətlərində çevriliş, feodal torpaq mülkiyyətinin- feodalizm quruluşunun əsasının tam hökümranlığına gətirib çıxarır. Kəndli torpaqlarının iri dünyəvi kilsə torpaq sahibləri tərəfindən zəbt olunması ilə bir zamanda müxtəlif cür qeyri-iqtisadi məcburiyyət formaları da qüvvətlənirdi ki, bu da feodal torpaq mülkiyyətinin bərqərar olmasının labüd nəticəsi idi. Belə ki, bilavastə istehsalçılara( kəndlilərə) torpaq və istehsal vasitələri verildiyi şəraitdə torpaq mülkiyyətçisinin xeyrinə izafi əməyi “onlardan hansı formada olu –olsun, ancaq qeyri- iqtisadi məcburiyyətlə sıxıb çıxarmaq olardı”.
Iri feodalların kəndlilərin pay torpaqlarını zəbt etməsi IX əsrin əvvələri üçün xüsusilə kütləvi xarakter aldı. Bunu , hətta o dövrün kral kapitulyariləri (fərmanları) da təsdiq etməyə məcbur idi. Məsələn Böyük Karlın 811-ci ildə verdiyi bir kapitulyaridə deyilir ki, “yoxsullar mülkiyyətdən məhrum olunmalarından şikayət edirlər; yepiskoplardan da, abbatlardan da, müdirlərdən də, qraflar və onların yüzbaşılarından da eyni dərəcədə şikayət edirlər”. Iri torpaq sahibləri – o, cümlədən bunlardan qraf və ya başqa vəzifəli şəxs kimi yerli kəndli əhaliyə münasibətdə bütün məcburiyyət vasitələrinə malik olanlar –kəndliləri sonra asılı adamlara çevirirdilər.
Karolinqlərin, xüsusilə Böyük Karlın geniş işğalçılıq siyasəti, artıq qeyd olunduğu kimi, müflisləşməsinə səbəb olurdu. Həmin siyasət hələ salamat qalmış kəndlilərdən uzun sürən hərbi xidmətə gəlmələrini tələb edirdi ki, bu da onları uzun müddət təsərrüfadan ayırıdı; onlardan habelə kilsə ondabiri, ağır dövlət vergiləri, müstəsna dərəcə yüksək məhkəmə cərimələri tələb
olunurdu.Kəndlilərin torpaqsızlaşdırılması və təhkimliləşdirilməsində kilsə böyük rol oynayırdı.
Kilsə öz torpaq mülklərini artırmaq üçün birbaşa zorakılıqla yanaşı kəndli kütlələrinin dini hissələrindən və mövhümata inanmasindan da istifadə edirdi;möminlərin beyninə yeridildi ki, kilsə bəxşişlər vermək onların günaharının bagışlanmasını təmin edəcək və axirət dünyasında əbədi saədət bəxş edəcəkdir.Ruhanlər kilsənin sərvətini artırmaq üçün ən kobud yalandan,saxtakarlıqlardan və zorakılıqlardan ar etmirdilər.Kilsə müəssisələri, ayrı-ayrı din xadimləri və hər şeydən əvvəl papaların özləri geniş surətdə,guya onların bu və ya digər torpaq mülklərinə hüququnu təsdiq edən saxta sənədlər düzədirdilər.
Dostları ilə paylaş: |