Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Kəndlilərin feodallardan torpağa görə asılılığının bərqərar olması. İmmunitet



Yüklə 3,06 Mb.
səhifə43/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   39   40   41   42   43   44   45   46   ...   263
Orta srlr tarixi S D Skazkin

Kəndlilərin feodallardan torpağa görə asılılığının bərqərar olması. İmmunitet.


Feodal iyerarxiyasının meydana gəlməsi .

Belə şəraitdə müflisləşmiş və müflisləşmə həddinə çatmış azad kəndlilər asanlıqla iri torpaq sahiblərinə asılı vəziyyətə düşürdülər. Lakin bu zaman onlar, bir qayda olaraq , yaşadıqları torpaqlardan qovulmurdular. Feodallar kəndliləri torpaqdan qovmaqda maraqlı deyildilər, zira , feodalizm quruluşunda “ xalqın torpaqdan azad edilməsi deyil, əksinə, onun torpağa təhkim olunması feodal istismarının mənbəyi idi”. Torpaq natural təsərrüfatın hökmranlığı şəraitində yeganə dolanışıq vasitəsi idi. Buna görə azad icma üzvləri, hətda allodlarını itirərək feodallardan müəyyən mükəlləfiyyətlər ödəmək şərti ilə torpaq götürməyə məcbur idilər.


Azad kəndliləri asılı hala salmağın hələ Merovinqlər zamanında ikən ən geniş yayılmış üsullarından biri “prekari” (precaria) torpaqları verilməsi idi. VIII- IX əsrlərdə bu təcrübə ən mühüm feodallaşma vasitələrindən biri kimi xüsusilə geniş yayıldı. Prekari hərfən “xahişə görə verilən” mənasındadır. Bu iri torpaq mülkiyyətçisinin torpaqsız və ya aztorpaqlı adama müvəqqəti ( bəzən bir neçə ilə, bəzən də ömürlük) istifadə üçün verdiyi şərti torpaq parçası idi. Prekari alan həmin torpaqdan istifadə müqabilində torpaq mülkiyyətçisinin xeyrinə adətən töyücü verməli və ya tək-tək hallarda biyara getməli idi.


Bir neçə prekari forması vardı: bəzən belə şərti torpaq kifayət qədər torpağı olmayan və ya büsbütün torpağı olmayan adama verilirdi ( precari data) ; lakin bəzən də hələ öz torpağını itirməmiş xırda mülkiyyətçi ehtiyac üzündən və qonşu iri torpaq sahiblərinin təzyiqi nəticəsində öz torpağına mülkiyyət hüququnu bu iri feodallardan birinə, ən çox kilsəyə verir və elə bu torpağı da prekari olaraq ömürlük və ya bir –iki nəsil müddətinə irsi istifadə üçün geri alırdı (precasia oblata). Bunun müqabilində o müəyyən mükəlləfiyyətlər yerinə yetirməli idi. Bu cür sövdə nəticəsində prekari sahibi , əslində , özünü torpağa olan mülkiyyət hüququndan imtina etmiş olurdu. Bəzən prekari sahibi istifadə üçün geri ancaq verdiyi torpağı deyil, həm də əlavə torpaq sahəsi də alırdı.


Belə prekari “mükafatlı prekari” adlandırdı( precasia remmeratosia). Son prekari forması kilsə torpaqlarında xüsusilə geniş yayılmışdı:kilsə müəssisələri bu üsulla öz mülklərini tamamlamaq və becərilən kilsə torpaqlarının sahəsini artırmaq üçün daha çox kəndli- torpaq istifadəçisi cəlb etməyə çalışırdı. Əlavə torpaq sahələri , adətən, xam yerlərdə verilirdi ki, bu da çoxlu kəndli əməyi sərf olunmasını tələb edirdi.


Prekariçi torpağa mülkiyyət hüququndan imtina edərək onun mülkiyyətçisindən istifadəçisinə çevrilirdi. O, ilkin dövrdə özünün şəxsi azadlığını saxlasa da torpaq mülkiyyətçisindən torpağa görə asılı hala düşürdü. Bu isə sonralar onun şəxsi azadlığını da


itirməsinə gətirib çıxarırdı. Əgər nisbətən iri prekariçilər kilsədən cüzi töyücü vermək şərti ilə torpaq alırdısa , xırda prekariçilər , xüsusilə keçmiş torpaqsızların içərisindən olan prekariçilər daha ağır vergilər ödəyir, bəzən də biyara gedirdilər; öz vəziyyətlərinə görə şəxsən asılı kəndlilərə yaxınlaşırdılar.

Beləliklə, prekari münasibətləri “ könüllü saziş” xarakterində olsa da , əslində, kəndliləri torpaqlarını iri torpaq sahiblərinə verməyə vadar edən ağır iqtisadi vəziyyətlərinin, bəzən də birbaşa zorakılığın nəticəsi idi. Prekariçilərin timsalında azad icma üzvündən – allod sahibindən asılı kəndliyə keçid vəziyyətində olan aralıq ictimai qrup yarandı.


Kəndlilərlə yanaşı, VIII-IX əsrlərdə, adətən nisbətən varlı allod sahiblərinin – icma üzvlərinin içərisindən çıxaraq özləri asılı adamların əməyini istismar edən xırda mülkədarlar da tez-tez prekari alırdılar. Belə hallarda prekari yaranmaqda olan feodallar sinfi daxilində xırda mülkədarlar da tez-tez prekari alırdılar. Belə hallarda prekari yaranmaqda olan feodallar sinfi daxilində torpaq münasibətlərini rəsmiləşdirmək vasitəsi idi. Belə ki, bu cür xırda mülkədar mahiyyət etibarilə, artıq ona prekari olaraq torpaq vermiş daha iri feodal torpaq mülkiyyətçisi ilə müəyyən münasibətlərə girmiş feodal torpaq sahibi idi.


Prekari münasibətlərinin inkişafi və kəndlilərin torpaq üzərində mülkiyyət hüququnu itirməsilə bir zamanda kəndlilərin şəxsən təhkimli vəziyyətinə salınması prosesi də gedirdi. Torpağını itirən kəndli çox vaxt bunun dalınca özünü şəxsi azadlığını da itirirdi. Belə ki, borcunu ödəmək iqtidarında olmayan yoxsul borc verəni əsarəti altına düşür, sonra isə quldan demək olar ki, heç bir fərqi olmayan şəxsən asılı adama çevrilirdi. Ehtiyac üzündən oğurluq etməyə və ya başqa cinayətlər törətməyə məcbur olan yoxsulu da çox vaxt belə aqibət gözləyirdi: o vurduğu ziyanı ödəyə bilmədiyi üçün zərər çəkənin köləsinə çevrilirdi. Xırda azad kəndlinin dünyəvi iri sahibkarın və ya kilsənin himayəsinə girməsi hadisəsi- kommendasiya ya (yuxarı bax) çox vaxt şəxsi asılığa gətirib çıxarırdı. Kəndlinin feodaldan bu cür şəxsi asılılığının bərqərar olması işdə , bəzən , bundan sonra onun allodunu da itirməsilə nəticələnirdi.


Lakin onların arasında bu cür şəxsi münasibətlərin geniş yayılmasının xırda kəndli və icma mülkiyyəti hesabına iri torpaq sahibliyinin sürətli inkişafı kimi ümumi zəmini vardı ki, bu da o zamankı dövrdə Frank dövlətinin başlıca ictimai inkişaf meylini idarə edirdi.


Kəndlilərin müflisləşməsi və asılılığa cəlb olunması na siyasi hakimiyyətin ayrı-ayrı iri torpaq sahiblərinin əlində cəmlənməsinin davam etməsi də aaz kömək etmirdi. Bu onlar üçün qeyri-iqtisadi məcburiyyət vasitəsi idi. Iri sahibkarın itaəti altında olan adamların- prekariçilər, əsarət altına düşmüş adamlar, himayəyə sığınanların (kommendasiya yolu ilə-tərc) sayca nə qədər artmasından asılı olaraq o həmin adamlar üzərində daha çox hakimiyyətə malik olurdu.


Siyasi hakimiyyətin iri torpaq sahiblərini əlində cəmləşməsinin qarşısını almaq iqtidarında olmayan kral hakimiyyəti isə bunu xüsusi bəxşişlər yolu ilə təsdiq etməyə məcbur idi. Bu cür bəxşişlər hələ Merovinqlər dövründə verilməyə başlanmışdı. Lakin onların geniş yayılması Karolinqlər dövrünə aiddir. Bunların mahiyyəti ondan ibarət idi ki, xüsusi kral fərmanları ilə vəzifəli hökümət adamlarında-qraflara, yüzbaşılara və onların köməkçilərinə hər hansı məhkəmə inzibati, polis və ya xəzinə işləri ilə əlaqədar vəzifə yerinə yetirmək üçün bu və ya digər iri torpaq sahibin məxsus əraziyə daxil olmaq qadağan edilirdi. Bütün bu vəzifələr iri sahibkarlara və onların vəzifəli adamlarına verilirdi. Bu cür bəxşiş “immunitet” (latınca immunitas sözündəndir ki, bu da toxunulmazlıq nədənsə azad olmaq mənasındadır) adlanırdı.


Təkcə müəyyən siyasi hüquqların toplusu deyil eyni zamanda bu bəxşişin şamil edildiyi ərazi də immunitet adlanırdı.

Iri torpaq sahibinin toxunulmazlıq(yəni immuntet) hüququ adətən aşağıdakına gətirib çıxarırdı: o öz torpaqlarında məhkəmə hakimiyyətinə malik olurdu; immuntet ərazisində bundan əvvəl krala verilən bütün rüsumları( vergilər, məhkəmə cərimələri və başqa töyücülər) toplaşmaq malik idi; nəhayət, o immunitet mahalı ərazisindən toplanılacaq hərbi qoşunların başçısı idi. Immunitet mühakimə hüququna, adətən, onun torpaqlarında yaşayan təkcə şəxsən asılı adamların deyil, həm də şəxsən azad adamların mülki iddialarına və xırda cinayət işlərinə baxılması daxil idi. Ali cinayət məhkəməsi, adətən qrafların əlində qalırdı. Hərçənd bəzi immunistlər ali mühakimə hüququnu da öz əllərinə keçirirdilər.


Burjua tarixşünaslığında immunitet haqqında sırf hüququ təsəvvür yayılmışdır. Bu təsəvvürə görə immuntet müstəsna olaraq, kral bəxşişinin nəticəsi, immunitet sahibi isə mərkəzi hakimiyyətin yerlərdəki müvəkkilləirndən biri kimi qiymətləndirilir. Bununla da immunitet siniflər fövqündə duran , guya feodalın təsərrüfat mənafeyi və kəndlilərin istismarı ilə heç bir əlaqəsi olmayan əmin-amanlıq və qayda-qanun orqanı kimi qələmə verilir.


Əslində immunitet bəxşişinin , hər şeydən əvvəl, feodalın iri torpaq sahibi kimi hələ bu bəxşişi almazdan çox əvvəl istifadə etdiyi və labüd olaraq feodalizm quruluşunun bazisindən feodal torpaq mülkiyyətinin xarakterindən doğan siyasi hakimiyyəti , qeyri-iqtisadi məcburiyyət aparatının ancaq rəsmiləşdirirdi. Maks yazır: “...feodalizm dövründə hərbi işlə və məhkəmədə ali hakimiyyət torpaq mülkiyyətinin atributu idi” immunitet kəndliləri məcbur etmək və onların asılığını möhkəmləndirmək üçün mühüm vasitə idi. Məhkəmə -inzibati və vergi yığmaq səlahiyyətinə malik olan immunitet bundan , öz tələblərinin- həm artıq ondan asılı olan , həm də hələ şəxsən azad kəndlilərin istismarını şiddətləndirmək və qəti olaraq təhkimliləşdirmək üçün istifadə edirdi. Karolinq dövründə immunitet bəxşişi çox vaxt immunitetin hakimiyyətini hələ bu vaxta qədər heç kəsin xüsusi hakimiyyətindən asılı olmamış torpaqlara və hələ şəxsən azad olan adamlara şamil edirdi.


Bununla yanaşı immunitet feodalların mərkəzi hakimiyyətdən siyasi müstəqilliyini gücləndiir eyni zamanda Karolinq imperiyasının sonralar siyasi cəhətdən süqut etməsi üçün qabaqcadan zəmin hazırlayırdı.


Feodalların siyasi müstəqilliyinin artmasına vassalıq münasibətlərinin inkişafı da az təsir göstərmirdi. əvvəllər vassalçox vaxt iri torpaq sahibininhərbi qüulluqçularına – drujinaçılarına çevrilmək şərti ilə şəxsi müqavilə münasibətlırinə girən azad adamlarına deyilirdi. Karolinq dövründə vassallıq asılığına girən şəxsə- vassala , çox vaxt , eyni zamznda benefisi də bəxşiş verilirdi. Bununla da vassallıq əlaqələri tək0tək şəxsi əlaqələr deiul, həm də torpaq əlaqələri xarakteri kəsb edirdi. Vassal öz ağasına(senyoruna) sədaqətlə xidmət etməyə boyun olur, “adamı “na (homa) çevrilirdi. Senyor isə vassalı müdafiyə etməyi öhdəsinə alırdı. Çoxlu vassalı olan iri tirpaq sahibi siyasi nüfauz və hərbi qüvvə əldə edirdi ki, bu da onun mərkəzi hakimiyyətə nisbətdə müstəqil vəziyyətdə olmasını təmin edirdi.


847-ci ildə böyük Karlın nəvəsi Daz Karl özünün Mersen kapitulyarisi ilə ərm verirdi ki, “hər bir azad adam özünə senyor seçsin”. Beləliklə vassallıq münasibətləri başlıca qanuni ictinai əlaqə forması kimi qəbul edilirdi. Vassallıq münasibətlərinin inkişafı hakim feodallar sinfinin iyerarxiya quruluşunun meydan gəlməsinə gətirib çıxarır. Mərkəzi hakimiyyəti zəiflədir və feodalların xüsusi hakimiyyətini gücləndirirdi.


Iri torpaq sahibliyinin təşkili. Feodal mülkü.

IX əsrin əvvəli üçün torpaq üzərində feodal mülkiyyətinin möhkəmlənməsi və rəsmiləşməsi iləFrank cəmiyyətinin təsərrüfat təşkyalında əhəmiyyətli dəyişikliklər baş verirş əgər torpaq münasibətlərində çevriliş başlanana qədər frank cəmiyyətinin təsərrüfat təşkilatınıln əsası azad kənd icması-marka olaraq qalırdısa, VIII əsrin sonu IX əsrin əvvəli üçün onun yerini feodal mülkü və ona tabe edilmiş təhkimli icma tutur.


Karolinq dövründə qəti olaraq meydana gəlmiş iri torpaq sahibliyinin quruluşu bir cür deyildi. Istər dünyəvi istərsə də dini iri torpaq sahibləri son dərəcə müxtəlif böyüklükdə və keyfiyyətədə olan torpaqlara makil idilər. Onların torpaqları içərisində bütöv bir kiənd böyüklütyündə və bir sıra kəndlərdən ibarət olan, geniş əraziləri əhatə edən iri mülklər vardır. Bu cür mülklər ən çox frank dövlətinin şimal vilayətlərində- Reynlə Luara arasında yayılmışdır. Lakin, bəzən hətta iri torpaq sahiblərinin mülkləri də xırda mülklərdən əmələ gəlirdi. Belə xırda mülklər böyük kəndin bir hissəsini və ya müxtəlif kəndlərdə səpələnmiş halda olan əraziləri əhatə edir, yada ki başqa torpaq mülkiyyətinin, çox halda hələ azad olan kəndlilərin torpaqları arasında qarmaqma qarışıq səpəlnmiş ayri-ayri mülklərdən ibarət olurdu. Feodal mülkünü bu forması ölkənin hər yerində vardır.Lakin bu cür mülklər dövlətin vənub vilayətləri üçün daha səciyyəvi idi.


İiri torpaq sahibliyinin quruluşundakı müxtəliflik bununla izah olunur ki , iri torpaq sahibi, heç də birdən birə bütün kəndin mülkiyyətçisinə çevrilmirdi. Bəzən o əvvəlcə bir neçə xırda kəndli sahəsi ələ keçirirdi. Sonra isə öz torpaqlarını mübadilə, satınalma, yada birbaşa zəbt etmə yolu ilə ta bütün kənd onun mülkünə və ya mülkünün bir hissəsinə çevrilincə genişləndirirdi.


Karolinq dövlərində feodal mülkünün tarixinə dair mənbələr {poliptiklər kartulyarilər , Böyük Karlın “mülklər haqqında kapitulyari”si (capitulare de villis) } göstərirki artıq bu dövrdə feodal mülkü asılı kəndliləri istismar etmək təşkilatı idi, iri torpaq sahiblərinin feodal rentasına-kəndlilərin töycü və biyar fortmasında olan izafi əməyinin mənimsəmək təşkilatı idi. Feodal mülkünə daxil olan torpaqlar adətən , 2 hissəyə bölünürdü: feodalın öz təsərrüfatında ibarət olan ağa torpaqları və ya domen,(latınca”dominis”- ağa sözündən) ; asılı kəndlilərin istifadəsində olan və töycü alınan torpaq paylarından ibarət yerlər.


Ağa və ya domen torpaqlarının (terra dominica, mansus indominicautus) daxil olduğu mülkədarın malikanəsi- ev və təsərrüfat tikililəri ilə birliktə həyət ( bəzən malikanə sənətkarların emalatxanaları da burda olurdu) , bağ, bostan bəzən üzümlük, tövlə və senyorun quşxanasından ibarət idi. Dəyirmanlar və feodalın mülkiyyəti hesab olunan kilsə, adətən mülkədar malikanəsi ilə əlaqədar olurdu.Mülkədarın xırda sahələrə bölünmüş əkin yerləri, biçənəkıləri və üzümlükləri asılı kəndlilərin sahələri arsında səpələnmiş halda yerləşirdi. Meşələrin və əvvəllər azad icmaya- markaya məxsus olan otlaqların, biçənəklərin və xamların bir hissəsi də indi həmçinin feodalın mülkiyyətinə çevrilmişdir.


Ağa torpaqlarının adda-budda yerləşməsi nəticəsində feodal mülkündə məcburi növbəli əkin sistemi hökmranlıq edirdi. Çünki mal-qara üçün herikə qoyulmuş yerlər hesabına və biçənək sonra kövşənliklərdən ibarət örüş yerləri saxlanıkmalı idi.Feodalın özü də bu qaydaya riayət etməyə məcbur idi. Ağa torpqları əsasən,asılı kəndlilərin köməyi ilə becərilirdi. Onlar öz heyvanları və avadanlıqları ilə ağa təsərrüfatlarına biyara gəlirdilər.


Çox uzun dərəcədə də olsa həyət-baca qullarının əməyindəndə istifadə olunurdu. Onlar mülkədarın-senyorun avadanlığı və heyvanları ilə işləyirdilər.

Kəndlilərin istifadəsində olan torpaqlar Frabk dövlətinin qərb hissıdində “mans”, şərqində isə “qufh” adlanan torpaq paylarına ayrılırdı.Hər bir torpaq payıan və hyət içərisinədki tikililərlə birliktə kəndin həyəti, bəzən həyətə bitişik olan bostan, bağ və üzümlük və çöl əkin payı daxil idi. Çöl əkin payı başqa kəndlilərin və mülkədarın özünün torpaq sahələri içərisində adda-budda yerləşmiş əkin zolaqlarında ibarət olurdu. Bundan başqa, kəndlilər icmanın ixtiyarında qalmış örüşlərdəndə istifadə edirdilər.beləliklə məcburi növbəli əkin sistemi tətbiq olunan və bölünməmiş yerlərdən kollektiv surətdə istifadə edən icma təşkilatı feodal mülkünün meydana gəlməsi ilə hələ aradan qalxmadı. Lakin bir vaxtlar azad olan icma-marka indi asılı, təhkimli icmaya,azad icma üzvlərinin kənd yığıncaqları isə asılı kəndlilərin yığınvaqlarına çevrilmişdir. Bu yəğıncaqlar senyorun təyin etdiyi kəndxudaların sədrliyi ilə keçirilirdi ki , oda senyorun tələblərini həyata keçirirdi.


Asılı ləndlilərin yaşadıqları torpaq payları töycü alınan torpaqlar idi. Belə ki, onların üzərinə müəyyənmükəlləfiyətlər ( töycü , biyar ) qoyulmuşdur. Malikanə ( mülk ) torpaqları içərisində adətən müstəqil torpaqlar orda-burda qalmaqda olan kəndin allodları, prekareler və malikanələr inzibati heyəti tərkibinə daxil olan vəzifəli şəxslərin öz xidmətləri müqabilində bir muzd olaraq istifadə etdikləru benefialər, habələ feodalın-mülkədarın xirda vassallarının benefisləri də vardır.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin